Azərbaycanda müğənni canlı yayımda qızlarla danışdı, arvadı isə... - Şok təfərrüat

Azərbaycanda müğənni canlı yayımda qızlarla danışdı, arvadı isə... - Şok təfərrüatŞəmkir rayonunda 1992-ci il təvəllüdlü Səlim ailə münaqişəsi zəminində həyat yoldaşı Samirəni (adlar şərti verilib - red.) öldürməyə cəhd edib.

BiG.AZ Teleqraf.com-a istinadən bildirir ki, Səlim arvadı Samirənin tanımadığı başqa bir şəxslə ona xəyanət etməsindən şübhələnib. O, 3 iyul 2022-ci ildə saat 14 radələrində qayınanası Tahirəyə məxsus fərdi yaşayış evində arvadı ilə mübahisə edib.

Səlim Samirəni barışaraq uşaqları ilə birlikdə evə qaytarmaq istəsə də, qadın onunla razılaşmayıb.

Buna görə o, hiddətlənərək arvadını öldürmək qərarına gəlib. Cib bıçağı ilə qayınanası və azyaşlı uşağının gözləri qarşısında Samirənin sinə nahiyəsinə zərbə endirib.

Daha sonra qaçaraq yataq otağına daxil olan Samirənin arxasınca gedib və ona daha 7 zərbə vurub. Qadına xəstəxanada vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Səlimin barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

"Xəyanət etdiyini anladım"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səlim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, onlar 2013-cü ildə rəsmi olaraq ailə qurublar və bu evlilikdən hazırda 3 azyaşlıl övladları var: "2019-cu il oktyabrın 19-da arvadım Samirənin istifadəsində əvvəllər görmədiyim telefon gördüm. Telefonun kimin olduğunu soruşdum. Samirə heç bir cavab vermədi".

Təqsirləndirilən şəxsin sözlərinə görə, Samirənin həmin telefonla kiminləsə danışığını da görüb: "Belədə Samirənin mənə xəyanət etdiyini anladım. Buna görə onunla mübahisə etdim və dalaşdıq. Bir müddət küsülü qaldıq. Samirənin atası Nəcəf və anası Tahirə məsələdən xəbər tutduqda məndən boşanmamağı xahiş etdilər. Mən də övladlarıma görə Samirəni bağışladım və telefonunu sındırdım. Ona yeni mobil telefon aldım.

Münasibətlərimiz ilk vaxtlar normal olsa da, sonradan yenə Samirədən şübhələnməyə başladım. Çünki o mənimlə çox soyuq münasibət saxlayırdı".

"Özümə xəsarət yetirdim"

Təqsirləndirilən şəxs qeyd edib ki, 2 iyul 2022-ci ildə saat 9 radələrində yaşadıqları evdə Samirənin mobil telefonu ilə vatsapda kiminləsə yazışdığını görüb:

"Şübhələndiyimə görə qəfildən telefonu əlindən aldım. Telefona baxanda Samirənin tanımadığım, dəqiq xatırlamadığım nömrə ilə sevgi məzmunlu yazışdığını gördüm. Samirə telefonu əlimdən almaq istədi. Amma vermədim və mesajları oxumağa davam etdim.

Mesajları oxuduqda Samirənin həmin şəxslə sevgi münasibətində olduğunu başa düşdüm. Həmin nömrəyə mesaj yazaraq ailəmi dağıtdığını dedim. Cavabda o şəxs yazaraq psixoloq olduğunu bildirdi. Hiddətlənərək evdə saxladığım cib bıçağını götürdüm və sol qolumu üzdən bir neçə dəfə kəsərək özümə xəsarət yetirdim".

"Məndən şikayət etdi"

Səlimin ifadəsinə görə, Samirə uşaqları da götürüb və evdən qonşu Ləmanın evinə gedib:

"Samirənin arxası ilə getdim və geri qayıtması üçün danışmaq istədim. Lakin o gəlmədi. Bundan başqa, Ləman məndən polisə şikayət etdi. Polis əməkdaşları məni Şəmkir rayon polis şöbəsinə apardılar. İzahat verib polis şöbəsindən çıxdım.

Evə gələndə Samirənin uşaqları və həmin telefonu da götürərək anasının yaşadığı evə getdiyini bildim".

"Qayınanama arvadımın xəyanət etdiyini dedim"

Səlim qeyd edib ki, iyulun 3-də saat 13 radələrində Samirənin anası evinə gedib:

"Məqsədim Samirə ilə barışmaq və uşaqlarımla birlikdə yaşadığımız evə geri gətirmək olub. Avtomobildə olanqatlanan bıçağı da özümlə götürdüm və şalvarımın bel hissəsində gizlətdim. Məqsədim Samirəni qorxutmaq idi. Qayınanam da həmin vaxt evdəydi. İçəri girib qayınanamla söhbət etdim. Ona arvadımın mənə xəyanət etdiyini dedim. Tahirə mənə boşanmağımı bildirdi.

Mən isə ailəmi dağıtmaq fikrimin olmadığı üçün Samirəni bağışlamaq istədiyimi bildirdim. Belə olan halda Tahirə mənə "sən get, mən onunla söhbət edib başa salacam, səninlə barışsın"- dedi. Mən də razılaşdım".

"Tövbə etməyi təklif elədim"

Səlim deyib ki, daha sonra Tahirədən saxlaması üçün verdiyi 1060 manat pulu geri istəyib: "Tahirə pulu mənə qaytardı. Evə girərək Samirəyə səhvini etiraf etməyi, birlikdə tövbə etməyi təklif elədim. Samirə mənimlə yaşamaq istəmədiyini, uşaqların da özünün olduğunu dedi. Valideynlərimin ünvanına nalayiq ifadə işlətdi, getməyimi tələb elədi.

Əsəbimdən bıçağı çıxardım və Samirənin qarın nahiyəsinə vurdum. Həmin vaxtı biz evdə birinci mərtəbədən ikinci mərtəbəyə qalxan otaqda idik. Samirə yerdən durdu, ikinci mərtəbəyə çıxdı və otağa girmək istədi. Onun arxası ilə qaçdım. Samirəni həmin yerdə vurub-vurmadığımı xatırlamıram.

Səs-küyə gələn qonşular və Tahirə Samirəni götürərək evin həyətinə çıxardılar. Mən də evdən çıxdım və avtomobilimlə anamın yanına getdim. Maşını evdə saxladım, anamın pensiya kartını geri verdim. Törətdiyim əməli anama danışdım.

Sonra polisə təslim olmaq üçün piyada qəsəbəyə kimi gəldim və orada dayanmış "VAZ 2106" markalı taksi ilə Şəmkir rayon polis şöbəsinə yollandım. Hadisə zamanı istifadə etdiyim bıçağı da özümlə gətirdim".

"Ərim və qayınanamla dalaşırdıq"

Zərərçəkmiş şəxs qismində ifadə verən Samirənin sözlərinə görə, Səlimlə ailə həyatı qurduqdan sonra 2019-cu ilədək onun anası və qardaşı ilə birlikdə yaşayıblar:

"Biz evləndikdən təxminən 2 il sonra qardaşı da ailə həyatı qurdu və bizimlə birlikdə yaşamağa başladılar. Səlim toylara müğənni kimi gedirdi. Pul qazansa da, pulu ailəsinə yox, anasına verirdi. Qayınanam da pulu götürərək özü bildiyi kimi ailənin xərclərini qarşılayırdı. Evə normal ərzaq almırdı.

Bu kimi şeylərə görə evdə həmişə mübahisə və dava düşürdü. Dəfələrlə ərim və qayınanamla dalaşmışıq. 2019-cu ildə atam mənə bir otaqlı ev aldı".

"Məni və anamı öldürəcəyini söyləyirdi"

Zərərçəkmiş qeyd edib ki, 2013-cü ildən etibarən ailəsi ilə birlikdə atasının aldığı evdə yaşamağa başlayıblar: "Həmin evdə də Səlim yenə səbəbsiz yerə mənimlə dalaşır, mübahisə edirdi. Səlim təxminən 2017-ci ildən narkotikdən vasitə istifadə edirdi. Ona dəfələrlə evdə narkotikdən istifadə etməməyi desəm də, mənə məhəl qoymurdu.

Belə olan halda Səlimə boşanacağımı demişəm. O isə hər dəfə boşanacağım halda məni və anamı öldürəcəyini söyləyirdi.

Səlim məni döydüyü üçün əşyalarımı topladım, anamın evinə getmək istədim. O isə məndən üzr istəyərək getməyə qoymadı. Mən də hər dəfə olduğu kimi yenə fikrimdən daşındım".

"Canlı yayım açaraq tanımadığım qızlarla danışırdı"

Samirənin sözlərinə görə, Səlim söz düşdükcə onu öldürəcəyini və işinin yüngül olması üçün polisə namus üstündə qətl törətdiyini deyəcəyini bildirib:

"Səlim "TİK-TOK" sosial şəbəkəsində canlı yayım açaraq tanımadığım qızlarla danışdığı üçün və onun hərəkətlərindən bezdiyim üçün 2022-ci ilin mayında Şəmkir rayon Məhkəməsinə getdim, boşanma ilə bağlı ərizə verdim.

Ərizə versəm də 85 manat məbləğində rüsulu ödəyə bilmədim. Sabahsı gün ödəməyimi planlayaraq evə qayıtdım".

"Qızlarla danışmayacağını söylədi"

Zərərçəkmiş qeyd edib ki, yolda olarkən Səlim ona zəng edib və harada olduğunu soruşub: "Məhkəməyə boşanma ərizəsi verdiyimi dedim. Səlim bu sözümə əsəbiləşdi, məni evə çağırdı. Evə çatanda məni döymək istədi, amma döymədi. Daha sonra məndən üzr istədi, bir daha "TİK-TOK" sosial şəbəkəsində qızlarla danışmayacağını söylədi. Mən də bir daha məhkəməyə getmədim.

Ancaq hər dəfə Səlim narkotik istifadə etdikdən sonra məhkəməyə boşanma ərizəsi verməyimi bəhanə edərək dalaşır, guya kiminləsə münasibətim olduğu üçün boşanmaq istədiyimi deyir, məni qısqanırdı".

"Məni öldürməklə təhdid etdi"

Zərərçəkmiş qeyd edib ki, iyulun 2-də Səlimlə yenidən aralarında mübahisə olub: "Səlim hamama girdi və "gör çıxım səni neynəyəcəm" deyərək məni təhdid etdi. Ən kiçik övladımla qonşu Ləmanın evinə getdim.

Gecə saatlarında Səlim Ləmanın evinə gəldi. Qapını döyərək açmağımızı, açmadığımız halda qapını qıraraq bizi öldürəcəyini dedi. Biz qorxduq. Ləman Daxili İşlər Nazirliyinin 102 "Qaynar Xətt" xidmət mərkəzinə zəng etdi. Təxminən 10-15 dəqiqə sonra polis əməkdaşları gələrək Səlimi polis şöbəsinə apardılar".

"Mən razılaşmadım"

Zərərçəkmiş qeyd edib ki, Səlim polis şöbəsində olarkən evə gedib, əşyalarını götürüb və anasının evinə yollanıb: "Saat 13 radələrində Səlim anamın evinə gəldi. Anam həyətə çıxaraq onu qarşıladı. Mən isə evin qapısını bağladım və qapı arxasından Səlimlə anamın söhbətinə qulaq asdım.

Səlim məni geri qaytarmaq üçün söhbət etmək istədi. Qonşuluqda yaşayan Ləmanın qızı da bizdə idi.

Mən uşaqları götürərək evin ikinci mərtəbəsində olan otağa girdim. Səlim də yuxarı qalxdı və məndən evə qayıtmağımı xahiş edm. Mən isə razılaşmadım".

"Yalvarmağa davam etdi"

Zərərçəkmiş qeyd edib ki, Səlim onun qarşısında dizi üstə çöküb yalvararaq evə qayıtmağını istəsə də, o, yenə razılaşmayıb: "Daha sonra 6 aylıq qızım ağlamağa başladı. Qızımı bəhanə edərək otaqdan çıxdım. Səlim də arxamca gələrək məndən evə qayıtmağımı xahiş etdi. Uşağı götürdüm və o biri otağa girdim.

Səlim arxamca gələrək yalvarmağa davam etdi. Otağa anam da gəldi. Mən otaqdan çıxaraq pilləkənlərlə aşağı düşdüm. Bu zaman Səlim qəflətən sinə nahiyəmdən bıçaqla vurdu. İkinci mərtəbədə olan otağa girdim və qapını örtdüm. Lakin bağlaya bilmədim.

Səlim arxamca gələrək mənə sayını dəqiq xatırlamadığım bir neçə bıçaq zərbəsi vurdu. Yerə yıxıldım. Anam Səlimi məndən ayırmağa çalışdı. Onu sakitləşdirmək mümkün olmadı. Səsə qonşularımız gəldilər, çətinliklə Səlimi sakitləşdirdilər. Daha sonra huşumu itirdim. Bir də özümə gələndə anamın və səs-küyə gələn qonşuların məni xəstəxanaya aparmaq üçün maşına doğru apardıqlarını gördüm".

"Dizi üstə yerə çökdüm"

Samirənin ifadəsinə görə, bu vaxt küçədə olan Səlim onun ayaqüstə olduğunu görüb və yenidən üstünə hücum çəkib: "Anam cəld şvabranı götürərək Səlimi qorxutdu. Evə girərək qapını bağladı. Mən qapının arxasında dizi üstə yerə çökdüm. Qonşu qapını döyərək Səlimin getdiyini dedi. Məni Şəmkir rayon Mərkəzi Xəstəxanasına apardılar".

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Səlim 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1464   Tarix: 21 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Nuridə Məmmədova vəzifəsindən azad olundu

Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad olunub. BİG.AZ "Report"a istinadla xəbər verir ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının (RMX) PHŞ-nin direktoru Nuridə Rafiq qızı Məmmədovanın işdən azad olunmasına səbəb yaşayış yerini dəyişməsi olub. Belə ki, o, öz istəy

03.08.2026 359
.

Trampın qərarı İsraildə təəccüb yaratdı: Netanyahu xəbəri sosial şəbəkədən öyrəndi

İsrail hakimiyyəti, o cümlədən Baş nazir Benyamin Netanyahu, ABŞ Prezidenti Donald Trampın İrana qarşı birgə hərbi əməliyyatların ləğvi ilə bağlı qərarını ilk dəfə onun Truth Social platformasındakı paylaşımından öyrənib. xəbər verir ki, bu barədə The Times of Israel qəzeti məlumat yayıb. Nəşrin yazdığın

11:32 131
.

Qardaşı ilə dənizdə batan Ruslanın da meyiti tapıldı

Avqustun 2-si dənizdə batan Ruslan Rafiq oğlu Həmidovun meyiti tapılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. "Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2004-cü il təvəllüdlü Ruslan Rafiq oğlu Həmidovu

10:29 162
.

Şahbuzda 3 ballıq zəlzələ oldu

Naxçıvan Muxtar Respublikasının (MR) Şahbuz rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Yerli vaxtla saat 11:54-də baş verən zəlzələnin maqnitudası 3 olub. Yeraltı təkanlar 7 km dərinlikdə qeydə alınıb. Zəlzələ episentrdə 3 bala qədə

12:46 110
.

Seuta böhranı Aİ-də fikir ayrılıqlarını üzə çıxardı

İspaniyanın Seuta şəhərində yaranmış miqrant böhranı fonunda Avropa İttifaqının birlik nümayiş etdirə bilmədiyi bildirilir. xəbər verir ki, bu fikri Associated Press (AP) agentliyinə açıqlamasında Fransa maliyyə qrupu Natixis-in Asiya-Sakit okean və Yaxın Şərq üzrə baş iqtisadçısı Alisiya Qarsiya-Herrer

12:04 118
.

Dembele həyat yoldaşı ilə FOTOSUNU paylaşdı: görün nə oldu

PSJ-nin ulduz futbolçusu Usman Dembele həyat yoldaşı və qızı ilə tətilindən çəkilmiş ailə fotosunu paylaşıb. -ın xarici mediaya istinadən xəbərinə görə, şəxsi həyatını ictimaiyyətin diqqətindən kənarda saxlamağa üstünlük verən fransız ulduz qısa müddətdə paylaşımına minlərlə bəyənmə toplayıb. PSJ-ni

03.08.2026 383
.

İran ABŞ-ı hədələdi: Dəniz blokadası davam edərsə...

ABŞ-ın dəniz blokadasını davam etdirməsi halında İran Amerika hərbi gəmiləri üçün ciddi təhlükə yaradacağını bəyan edib. xəbər verir ki, bu barədə İslam Respublikasının Ali Liderinin hərbi müşaviri Möhsün Rzayi SNN telekanalına müsahibəsində danışıb. "Əgər ABŞ dəniz blokadasını davam etdirərsə

11:23 126
.

Bakı Qızlar Universitetinin işçilərinin aqibəti necə olacaq? - Nazir müavini

Akkreditasiya Şurasının qərarı hamıya məlumdur və Bakı Qızlar Universitetində təhsil alan tələbələrin köçürülməsi ilə bağlı proses davam edir. Trend xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənov 2026/2027-ci tədris ili üzrə Dövlət Proqramı qalibləri ilə görüş çərçivəsində jurnalistlər

11:45 132
.

Azərbaycanda zəlzələ oldu

İmişlidə zəlzələ olub. BİG.AZ xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, 21:53-də qeydə alınan yeraltı təkanın maqnitudası 3.2, dərinliyi isə 26 km olub. Zəlzələ hiss edilməyib

03.08.2026 334
.

TOP MP3