Həkimlərin əməliyyat masasında qoyub qaçdığı Nəzakət Məmmədova: Əri onu hər gün döyürdü

Həkimlərin əməliyyat masasında qoyub qaçdığı Nəzakət Məmmədova: Əri onu hər gün döyürdüBiG.AZ Kulis.az-a istinadən Əməkdar artist Nəzakət Məmmədova haqqında maraqlı faktları təqdim edir.

Nəzakət Məmmədova 1944-cü il fevralın 28-də Gəncə şəhərində anadan olub. Uşaq yaşlarında atasını itirib. Anası onun müəllimə olmasını istəyib.

Anasının istəyini nəzərə alan Nəzakət təhsil almaq üçün Bakıya gəlir. Ali məktəbə qəbul olunsa da, bir müddət sonra təhsilini yarımçıq qoyaraq 1966-cı ildə Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olur. Onun səsinə ilk qiyməti Əhməd Bakıxanov və Hacıbaba Hüseynov verirlər. Onların qarşısında "Bayatı-Qacar" oxuyan gənc qız hər iki sənətkarın diqqətini cəlb edir.

***

Sonralar təhsilini incəsənət institutunda davam etdirən Nəzakət Məmmədova bir müddət "Lalə" qızlar ansamblında çalışır. 1968-ci ildə Opera və Balet Teatrına qəbul olunur və 1971-ci ildə tamaşaçılar qarşısına yeni Leylilərdən biri kimi çıxır. Nəzakət Məmmədova opera müğənnisi kimi parlaq istedadını nümayiş etdirir. Sürəyya Qacar, Həqiqət Rzayeva, Gülxar Həsənova kimi sənətkarlardan sonra Nəzakət Məmmədova da Leyli obrazları arasında yeni bir səhifə açır. O, "Rast", "Qatar", "Şahnaz", "Segah" və digər muğamların, mahnı və təsniflərin mahir ifaçısı kimi tanınır.

Soçi şəhərində plastik əməliyyatlarla lisenziyasız məşğul olan Karol Anatoli İvanoviç adlı birinə müraciət edən sənətçi boynundakı qırışlardan azad olmaq istəyir. Lakin əməliyyat zamanı həkim-dermatoloqun səhvi - bıçağın boğazdakı şah damara dəyməsi müğənninin ölümünə səbəb olur. Nəzakət Məmmədova qanaxmadan dünyasını dəyişir. Əslən erməni olan həkim Karol isə törətdiyi əmələ görə Krasnodar məhkəməsi tərəfindən 9 il azadlıqdan məhrum edilir.

***

Nəzakət Məmmədova gənc yaşda ailə qurur. Lakin, ailə həyatı o qədər də uğurlu alınmır. Çoxları tərəfindən sevilən, seçilən müğənni həyat yoldaşı tərəfindən demək olar ki, hər gün döyülüb söyülür. Bir axşam isə müğənni yenə də əri tərəfindən möhkəm döyülür. Deyilənlərə görə hətta o, üz-gözündən belə ağır zədələr alır. Onun harayına anası ilə bacısı çatır. Onlar Nəzakəti ər evindən götürüb birdəfəlik öz evlərinə aparırlar. Həmin hadisədən sonra Nəzakət həyat yoldaşından birdəfəlik ayrılır.

Boşanandan sonra Nəzakətin gözəlliyinə, səsinə valeh olan çox insan ona elçi düşür. Onunla ailə qurmaq istəyənlərin arasında hətta müğənnilərdən də olub. Ancaq nədənsə Nəzakət Məmmədova bir daha heç kimlə ailə qurmur, oğlu Ceyhunu özü tək böyütməyə qərar verir.

***

Deyilənlərə görə, boğazında olan zoba bənzər şişkinlik müğənnini hər zaman narahat edirmiş. Bir başqa versiyaya görə isə müğənni sadəcə olaraq boğazındakı qırışları plastik əməliyyatla aradan götürmək istəyirmiş. Xanəndənin son lent yazılarına da baxanda onun boğazını iri boyunbağılarla, yaylıqlarla bağlaması diqqətdən yayınmır. Lakin, onu əməliyyata sövq edən tamaşaçı məktubu olur.

***

Günlərin birində müğənni bir pərəstişkarından məktub alır. Həmin məktubu yazan şəxs ona səsinin, özünün gözəlliyi ilə bağlı təriflər yağdırır. Ancaq daha sonra əlavə edir ki, boğazındakı qüsur onun görünüşünə xələl gətirir. Elə həmin məktubdan sonra müğənni estetik əməliyyat etdirmək qərarını qətiləşdirir.

Bacısı Kifayət xanım yuxuda bacısının əməliyyata gedəcəyi təqdirdə öləcəyini görür. Bunu xanəndəyə bildirəndə isə o, gülüb deyir, "öləndə də öləcəm, qorxma. Mən ölsəm, sən Ceyhuna da baxarsan, anama da".

***

Anası onun bu əməliyyata getməsinin qəti əleyhinə olub. Hətta ona deyib ki, ayıbdı. Camaat eşitsə, deyər ki, gedib üzünü çəkdirib. Getmə. Ölümündən sonra da Nəzakət Məmmədova haqqında yayılan müxtəlif şaiyələrə səbəb məhz el-oba töhmətindən çəkinmək olur. Nəzakət Məmmədovanın anası ciddi-cəhdlə qızının plastik əməliyyat nəticəsində rəhmətə getməsini gizlətmək istəyib.

Sənətçinin bacısı onun ölümündən sonra yaranan söz-söhbətin həqiqətə uyğun olmadığını, onun uğursuz plastik əməliyyatın qurbanı olduğunu deyir: "Nəzakət gözəl qadın idi. Amma boğazının dərisindən xoşu gəlmirdi. Boğazında şişkinlik vardı. Nəzakət də bunu özünə dərd eləmişdi. Xarici ölkəyə səfərə hazırlaşırdı. Buna görə də əməliyyat etdirmək istəyirdi, deyirdi, uğurlu alınsa, gözlərimin də quruluşunu dəyişəcəyəm. Soçidə həkim tapmışdı. Onu inandırmışdılar ki, əməliyyatla dərisini dartıb gözəlləşdirəcəklər. Amma əməliyyat zamanı yuxu damarını zədələmişdilər. Nəzakət bu əməliyyatdan sağ çıxmadı".

***

Nəzakət Məmmədovanın bacısı Məlahət Məmmədovanın sözlərinə görə müğənninin nəşi Soçidən Bakıya dəmir qutuda gətirilib. Onun cənazəsini görən molla qadınlar ağlayırmışlar. Həmin gün bir çox insan xanəndənin boğazında və yanağında olan tikiş izlərini öz gözləri ilə görüblər.

***

Xanəndə Çəmbərəkənd qəbirstanlığında dəfn olunur. Lakin, illər keçəndən sonra Nəzakət Məmmədova Gəncədə yaşayan bacısı Kifayət Məmmədovanın yuxusuna girib ona deyir ki, məni Bakıda tək qoymusan, mən sənin yanında olmaq istəyirəm. Kifayət xanım, bacısını yuxuda görəndən sonra onun və anasının məzarını Bakıdan Gəncəyə İmamzadə Məzarlığına köçürür.

Müğənnin ölüm xəbəri gələndə onun ardınca ailə üzvləri gedirlər. On üç yaşlı oğlu isə Bakıda qalır Xəbəri eşidib xanəndənin evinə gedənlərdən biri də Rübabə Muradova olur. Ancaq Nəzakət xanımın on üç yaşlı oğlu onu qapıdan içəri buraxmır, deyir, yalan deyirlər mənim anam ölməyib, kim gəlsə,onu burdan qovacam. Rübabə xanım ağlayır və əhd edir ki, əgər Nəzakət sağ qalmış olsa,qara qoç qurban kəsib onun qarşısına iməkləyə-iməkləyə gedəcək.

***

Cinayətkar həkimin həbs olunması üçün xanəndənin bacısı o vaxtkı rəsmi qurumlara məktub yazır. Nəhayət məhkəmə baş tutur. Heç kimin gözləmədiyi halda bir qadın ayağa qalxıb şahid kimi ifadə verir. O, xanəndənin əməliyyat günü xəstəxanada olduğunu əməliyyat zamanı müğənninin üç dəfə möhkəmdən qışqırdığını bundan sonra isə həkimin və köməkçisinin otaqdan çıxıb qaçdığını görür. Həkim isə əməliyyat vaxtı sərxoş olubmuş. Əgər ona vaxtında tibbi yardım göstərilsə, o, sağ qalacaqmış.

Sonradan aparılan istintaq zamanı bəlli olur ki, əməliyyat edən plastik cərrah yox, salonda işləyən "manikür" ustası imiş. Məhkəmə saflığından istifadə edib öncə müğənnini tora salan, daha sonra isə "canını alan" həkimə 9 il iş kəsir.

***

N.Məmmədovanın oğlunu xalası öz himayəsinə götürüb böyüdür, evləndirir. Evlənəndən sonra Ceyhunun bir qızı dünyaya gəlir. Ceyhun qızına anası Nəzakətin adını verir və beləcə Nəzakət Məmmədovaya nəvəsinin timsalında yenidən həyat bəxş edilir. Ancaq nə yazıq ki, nəvə Nəzakət Məmmədova da nənəsinin nakam taleyini yaşayır. Oxuduğu institutdan evə qayıdanda Nəzakətin olduğu maşının üstünə ağac aşır. Və beləcə nəvə Nəzakətin də çox gənc yaşında həyat kitabı yarımçıq qalır. Qızının dərdinə dözə bilməyən Ceyhun da 43 yaşında vaxtsız dünyasını dəyişir.

Həkimlərin əməliyyat masasında qoyub qaçdığı Nəzakət Məmmədova: Əri onu hər gün döyürdüHəkimlərin əməliyyat masasında qoyub qaçdığı Nəzakət Məmmədova: Əri onu hər gün döyürdüHəkimlərin əməliyyat masasında qoyub qaçdığı Nəzakət Məmmədova: Əri onu hər gün döyürdüHəkimlərin əməliyyat masasında qoyub qaçdığı Nəzakət Məmmədova: Əri onu hər gün döyürdüHəkimlərin əməliyyat masasında qoyub qaçdığı Nəzakət Məmmədova: Əri onu hər gün döyürdüHəkimlərin əməliyyat masasında qoyub qaçdığı Nəzakət Məmmədova: Əri onu hər gün döyürdüHəkimlərin əməliyyat masasında qoyub qaçdığı Nəzakət Məmmədova: Əri onu hər gün döyürdü


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1156   Tarix: 21 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Miss Mister Of Azerbaijan 2026 - Final Gecəsi

Ollin Professional`ın baş sponsorluğu ilə keçirilən Miss Mister Of Azerbaijan 2026 Milli Gözəllik Müsabiqəsinin final gecəsi 28 oktyabr Elektra Events Hall`da baş tutdu. Müsabiqədə münsiflər heyəti, zalda əyləşən tamaşaçılar və idarə heyətinin verdiyi səslərlə qaliblər müəyyən olundur. Layihənin Münsi

03.11.2026 589
.

Sovet və Rusiya aktrisası Lidiya Fedoseyeva-Şukşina vəfat edib

Sovet və Rusiya aktrisası Lidiya Fedoseyeva-Şukşina ömrünün 89-cu ilində vəfat edib. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə onun qızı Mariya Şukşina məlumat verib. Oktyabrda mediada aktrisanın ürək problemləri səbəbindən xəstəxanaya yerləşdirilməsi barədə məluma

17:10 158
.

"Hürrəm" ilk dəfə Bakıdadır - Video

Türk əsilli almaniyalı aktrisa Məryəm Üzərli Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sosial mediada görüntülər paylaşılıb. O, Azərbaycana ilk dəfə gəldiyini vurğulayıb. "İlk dəfə Bakıya gəlmişəm. İnanılmaz dərəcədə sevincliyəm", - deyə o əlavə edib. Həmin görüntüləri təqdim edirik

04.11.2026 558
.

Röyanın tanınmaz halda GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO

Xalq artisti Röya Ayxan bu dəfə fərqli və sirli obrazı ilə diqqət çəkib. Mavi üz boyası, al-qırmızı saçları və qeyri-adi görünüşü ilə kamera qarşısına keçən sənətçi Halloween bayramına özəl maraqlı çəkiliş etdirib. Beauty, Beast & Bugs" adlandırılan layihə həm konsepti, həm də vizual həlli il

01.11.2026 771
.

"Avroviziya 2027" ilə bağlı ilk detallar açıqlandı

"Avroviziya" mahnı müsabiqəsinin 2027-ci ildə keçiriləcək yarışmasında iştirak edəcək ölkələrin siyahısı açıqlanıb. Axşam.az xəbər verir ki, Avropa Yayım Birliyi (EBU) müsabiqədə 36 ölkənin ictimai yayımçısının iştirakını təsdiqləyib. Təmsilçilər gələn ilin mayında Bolqarıstanın Burqas şəhərind

28.10.2026 669
.

"Başkalarının hayatı" da yayımlanmayacaq

"Başkalarının hayatı" serialının da yeni bölümü sabah yayımlanmayacaq. Axşam.az xəbər verir ki, bu qərar reklam gəlirlərinin aşağı olması ilə əlaqədar qəbul edilib. Qeyd edək ki, eyni səbəbdən cümə axşamı "Halef", "Sevdiğim Sensin" və "Muhtemel Aşk" seriallarını

31.10.2026 519
.

Nailə İslamzadədən danışan Çingiz Abdullayev: "40 il əvvəl atam sevirdi, indi mən..."

Xalq yazıçısı Çingiz Abdullayev etirafı ilə diqqət çəkib. xəbər verir ki, "Qonaqcanlı" verilişinə dəvət olunan yazıçı Əməkdar artist Nailə İslamzadəyə olan rəğbətindən danışıb. "40 il əvvəl Nailə xanımı atam sevirdi, indi də mən sevirəm. Onu görəndə inanmadım ki, necə belə yaxşı qalıb

03.11.2026 620
.

"Ən bahalı müğənnisən, sənin yerinə utandım"

"Sənin yerinə utandım. Ayıbdır. Abbas Bağırov "Rolls-Royce", ən yeni "BMW"dən düşməlidir. Azərbaycanın ən bahalı müğənnisidir. Simiclik edirsiniz. Həyat sənə bir dəfə verilib, xərclə". Axşam.az xəbər verir ki, bu sözləri radio aparıcısı Rəvan Bağırov "Manpası"

30.10.2026 888
.

"Sevgilim 3 il məni aldatdı"

Aktrisa Pərvin Abıyeva şəxsi həyatı ilə bağlı etiraflar edib. Axşam.az xəbər verir ki, aktrisa sosial şəbəkədəki canlı yayım zamanı sonuncu münasibətinin üç il davam etdiyini bildirib. O, həmin müddətdə qarşı tərəfin ona dəfələrlə yalan vədlər verdiyini söyləyib. Pərvin ailə qurmaq və ana olmaq arzusund

16:10 194
.