Seymur Talıbov ölkəni niyə tərk edib? - Universitetdəki yoxlamaların pərdəarxası
Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun və yaxın ətrafının başı üzərindəki "qara bulud"lar hələ çəkilməyib. Ötən il dekabrın 21-də könüllü şəkildə vəzifəsindən istefa verən Naxçıvan "xan"ı onu və ailə üzvlərini gözləyən təhlükəni tam dəf edə bilməyib.
"Yeni Sabah" xəbər verir ki, Vasif Talıbov mandatını və azadlığını qoruya bilsə də, ailə üzvləri bu təhlükədən tam olaraq sığortalanmayıblar. Atasından əvvəl tutduğu vəzifədən könüllü şəkildə imtina edən Seymur Talıbovun həbs təhlükəsi ilə üzləşdiyi bildirildi.
Qeyd edək ki, Talıbovların süqutuna kimi Naxçıvan Dövlət Universitetində beynəlxalq əlaqələr üzrə prorektor postunu tutan Seymur Talıbov bir müddət əvvəl ölkəni tərk edib. Sabiq prorektorun Dubayda olduğuna dair məlumatlar var. Yaxın ətrafı gənc Talıbovun ailə biznesini idarə etmək üçün Dubaya yollandığını bildirsə də, bunun əksini iddia edənlər də var.
Vasif Talıbovun "vurulmasından" sonra ailənin düşdüyü situasiyanı göz önündə canlandıran bəzi müşahidəçilər Seymur Talıbovun Dubaya işgüzar məqsədlə səfər etdiyinə inanmırlar. Onların qənaətinə görə Talıbovların sonbeşiyi olan Seymur gələcək təhlükədən yayınmaq üçün Dubaya qaçmaq məcburiyyətində qalıb.
Xatırladaq ki, Hesablama Palatası martın 14-də Naxçıvan Dövlət Universitetində yoxlamalara başlayıb. Qurumun ciddi pozuntular aşkarlayacağı heç kimdə şübhə doğurmur.
Naxçıvan hakimiyyətində təmsil olunan vəzifəli şəxslərdən biri saytımıza açıqlamasında deyib ki, universitetdə yoxlamaların aparılacağı ilə bağlı Seymur Talıbovdan əvvəldən məlumat olub. Hesablama Palatası onun bir çox qanunsuz əməllərinin üstünü açacağını başa düşən keçmiş prorektor vəziyyətdən çıxış yolunu ölkəni tərk etməkdə görüb.
Mənbə Seymur Talıbovun taleyi ilə bağlı qərarın yoxlamalar başa çatdıqdan sonra veriləcəyini bildirib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1732 Tarix: 16 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda polkovnik qəfil vəfat etdi
Azərbaycanda polkovnik qəfil vəfat edib. BİG.AZ -a istinadən xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin təqaüddə olan polkovniki Mehman Hacıyev ötən gün dünyasını dəyişib. M.Hacıyev uzun illər Horadizdə hərbi hissələrin birində komandir vəzifəsində çalışıb. Onun təqaüdə təzəlikcə çıxdığı bildirilir
10:17 193 ABŞ İrana yeni nüvə şərti irəli sürdü
ABŞ İranla mümkün nüvə razılaşmasının tərkib hissəsi kimi uranın silah məqsədilə istifadəyə yararsız vəziyyətə salınmasını və sonradan utilizasiya və ya dinc məqsədlərlə istifadə üçün başqa ölkəyə göndərilməsini tələb edir. xəbər verir ki, bu barədə The New York Times qəzeti mənbələrə istinadən məluma
12:19 151 Regionun ən böyük kitab festivalı qayıdır
Regionun ən böyük kitab festivalı - 12-ci Bakı Beynəlxalq Kitab Sərgisi bu il 21-27 oktyabr tarixində Bakı Ekspo Mərkəzində kitabsevərlərin görüşünə gələcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, sərgi "Azərbaycan Mədəniyyəti-2040"
14:34 132 Bəhruz Quliyev: Talibanı devirmək təkcə hərbi yolla mümkün deyil
"Son günlər müxtəlif informasiya mənbələrində ABŞ və NATO-nun dəstəyi ilə Taliban hakimiyyətinə qarşı yeni əfqan müqavimət qüvvələrinin formalaşdırılması barədə iddialar yayılır. Bu məlumatların əksəriyyəti hələlik rəsmi təsdiqini tapmasa da, Əfqanıstan ətrafında yeni siyasi və hərbi prosesləri
14:24 137 Yağış, 39° isti... - Sabahın havası
Avqustun 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25 isti, gündü
12:52 214 "Könüllülər koalisiyası"nın gələcəyi sual altındadır
Almaniya kansleri Fridrix Merzin vəzifəsindən istefa verməsi Qərb qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı yaradılmış "könüllülər koalisiyası" formatının qismən yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər. xəbər verir ki, bu fikri -ya müsahibəsində MGIMO Beynəlxalq Araşdırmalar İnstitutunu
12:15 144 Nağdsız ödənişlərə illərlə təşviq, indi isə məhdudiyyət - Niyə?
"Kartdan-karta köçürmələrə limit tətbiq edilməsi problemi həll etmir, sadəcə onu başqa istiqamətə yönəldir". Bunu BİG.AZ-a açıqlamasında iqtisadçı Asif İbrahimov bildirib. O, qeyd edib ki, Azərbaycanda illərdir dövlət nağdsız ödənişlərin genişlənməsi üçün vətəndaşları bank kartlarından istifadəy
14:36 139 Mafiyanın hədəfində Ukraynada istifadə olunan dronlar var
İtaliya mafiyasının Ukraynada istifadə olunan dronları və digər müasir silahları qara bazardan əldə etməyə çalışdığı bildirilir. xarici mediaya istinadən xəbər verir ki, bu barədə İtaliya rəsmilərindən biri açıqlama verib. Onun sözlərinə görə, hüquq-mühafizə orqanları artıq Balkanlar marşrutu ilə İtaliyay
12:10 149 Şahbuzda 3 ballıq zəlzələ oldu
Naxçıvan Muxtar Respublikasının (MR) Şahbuz rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Yerli vaxtla saat 11:54-də baş verən zəlzələnin maqnitudası 3 olub. Yeraltı təkanlar 7 km dərinlikdə qeydə alınıb. Zəlzələ episentrdə 3 bala qədə
12:46 149