Dənizkənarı Bulvar İdarəsi Novruz bayramı ilə bağlı Milli Parkda hazırlıq işlərini yekunlaşdırır
Dənizkənarı Milli Park Novruz bayramına aid müxtəlif bəzəklər və kompozisiyalarla bəzədilir.
İdarədən verilən məlumata görə, 18 mart 2023-cü il tarixindən uşaqların istirahətini yüksək səviyyədə təmin etmək məqsədilə Milli Parkın "Köhnə bulvar" (Kukla Teatrının arxası) ərazisində əyləncəli-musiqili proqramlar təşkil olunacaq. Burada uşaqların asudə vaxtının səmərəli keçirilməsi üçün diskoteka, animatorların iştirakı ilə tamaşalar və konsert proqramları təşkil ediləcək.
Bundan əlavə, burada ziyarətçilər üçün Novruz şəhərciyi quraşdırılır. Bu şəhərcikdə Bahar bayramını simvolizə edən müxtəlif rəngarəng kompozisiyalar, bəzəklər yerləşdirilir. Onların arasında, səməni, tonqallar, milli geyimdə və milli musiqi alətləri ilə olan kuklalar, Nizami Gəncəvinin "Xəmsə"sindən olan təsvirlərlə bəzədilmiş rəngarəng oyuncaqlar vardır. Bununla yanaşı, uşaqların əyləncəsinə rəngarənglik qatmaq məqsədilə hava ilə doldurulmuş oyuncaqlar da yerləşdirilir. Bahar bayramına həsr olunan rəngarəng bəzəkləri, kompozisiyaları nəinki şəhərcikdə, eləcə də Köhnə Bulvar ərazisi boyunca görmək olar.
Belə ki, Kukla Teatrının ətrafında Novruz çərşənbələrini (Su, Od, Yel və Torpaq) simvolizə edən kuklalar, böyük səməni xonçası Milli Parka rəngarəng bayram abu-havası bəxş edəcək. Dənizkənarı Bulvar İdarəsi tərəfindən təşkil olunacaq Novruz bayramına həsr olunmuş şənliklər 26 mart 2023-cü il tarixinə kimi davam edəcək. Ümid edirik ki, Novruz bayramı ilə bağlı Milli Parkda qurulan maraqlı kompozisiyalar, əyləncə və istirahət üçün yaradılmış şərait nəinki uşaqların, eləcə də böyüklərin marağına səbəb olacaq. İnanırıq ki, Dənizkənarı Bulvar İdarəsi tərəfindən Milli Parkda yaradılan bayram abu-havası rəngarəngliyi ilə ziyarətçilərə xoş ovqat bəxş edəcək. Bayram günlərində Dənizkənarı Bulvar İdarəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1084 Tarix: 16 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda polkovnik qəfil vəfat etdi
Azərbaycanda polkovnik qəfil vəfat edib. BİG.AZ -a istinadən xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin təqaüddə olan polkovniki Mehman Hacıyev ötən gün dünyasını dəyişib. M.Hacıyev uzun illər Horadizdə hərbi hissələrin birində komandir vəzifəsində çalışıb. Onun təqaüdə təzəlikcə çıxdığı bildirilir
10:17 193 ABŞ İrana yeni nüvə şərti irəli sürdü
ABŞ İranla mümkün nüvə razılaşmasının tərkib hissəsi kimi uranın silah məqsədilə istifadəyə yararsız vəziyyətə salınmasını və sonradan utilizasiya və ya dinc məqsədlərlə istifadə üçün başqa ölkəyə göndərilməsini tələb edir. xəbər verir ki, bu barədə The New York Times qəzeti mənbələrə istinadən məluma
12:19 151 Regionun ən böyük kitab festivalı qayıdır
Regionun ən böyük kitab festivalı - 12-ci Bakı Beynəlxalq Kitab Sərgisi bu il 21-27 oktyabr tarixində Bakı Ekspo Mərkəzində kitabsevərlərin görüşünə gələcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, sərgi "Azərbaycan Mədəniyyəti-2040"
14:34 132 Bəhruz Quliyev: Talibanı devirmək təkcə hərbi yolla mümkün deyil
"Son günlər müxtəlif informasiya mənbələrində ABŞ və NATO-nun dəstəyi ilə Taliban hakimiyyətinə qarşı yeni əfqan müqavimət qüvvələrinin formalaşdırılması barədə iddialar yayılır. Bu məlumatların əksəriyyəti hələlik rəsmi təsdiqini tapmasa da, Əfqanıstan ətrafında yeni siyasi və hərbi prosesləri
14:24 137 Yağış, 39° isti... - Sabahın havası
Avqustun 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25 isti, gündü
12:52 214 "Könüllülər koalisiyası"nın gələcəyi sual altındadır
Almaniya kansleri Fridrix Merzin vəzifəsindən istefa verməsi Qərb qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı yaradılmış "könüllülər koalisiyası" formatının qismən yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər. xəbər verir ki, bu fikri -ya müsahibəsində MGIMO Beynəlxalq Araşdırmalar İnstitutunu
12:15 144 Nağdsız ödənişlərə illərlə təşviq, indi isə məhdudiyyət - Niyə?
"Kartdan-karta köçürmələrə limit tətbiq edilməsi problemi həll etmir, sadəcə onu başqa istiqamətə yönəldir". Bunu BİG.AZ-a açıqlamasında iqtisadçı Asif İbrahimov bildirib. O, qeyd edib ki, Azərbaycanda illərdir dövlət nağdsız ödənişlərin genişlənməsi üçün vətəndaşları bank kartlarından istifadəy
14:36 139 Mafiyanın hədəfində Ukraynada istifadə olunan dronlar var
İtaliya mafiyasının Ukraynada istifadə olunan dronları və digər müasir silahları qara bazardan əldə etməyə çalışdığı bildirilir. xarici mediaya istinadən xəbər verir ki, bu barədə İtaliya rəsmilərindən biri açıqlama verib. Onun sözlərinə görə, hüquq-mühafizə orqanları artıq Balkanlar marşrutu ilə İtaliyay
12:10 149 Şahbuzda 3 ballıq zəlzələ oldu
Naxçıvan Muxtar Respublikasının (MR) Şahbuz rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Yerli vaxtla saat 11:54-də baş verən zəlzələnin maqnitudası 3 olub. Yeraltı təkanlar 7 km dərinlikdə qeydə alınıb. Zəlzələ episentrdə 3 bala qədə
12:46 149