"Yayda əhali su ilə tam təmin oluna bilməyəcək" - Kür quruyur

"Yayda əhali su ilə tam təmin oluna bilməyəcək" - Kür quruyurKür çayının Salyan və Neftçala rayonları ərazisindən keçən hissəsində şirin su qıtlığı kəskin vəziyyət alıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) məlumat yayıb.

Bildirilib ki, araşdırmanı Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin əməkdaşları aparıblar.

Salyan və Neftçala rayonlarında şirin su qıtlığının təbii və antropogen ekosistemlərdə yaratdığı ekoloji vəziyyəti tədqiq edərkən, məlum oldub ki, Kür çayı quruyub, yatağında axımı olmayan kiçik gölməçələr qalıb. Çay yatağında davamlı bitki örtüyünə malik landşaftlar geniş sahədə quruyub, takırabənzər yataq əmələ gəldiyi aşkarlanıb.

Kürün dənizə açıldığı yerdə süni bəndin tikilməsi ilə çay və dəniz ekosistemləri arasında mübadilə tamamilə dayanıb. Bu hissədə Kür suyunun səviyyəsi dənizdən 1,6 m aşağı düşüb.

Yay aylarında bu su ekosisteminin xəstəlik mənbəyinə çevriləcəyini ehtimal edən mütəxəssislər əhalinin su ilə tam təmin oluna bilməyəcəyini, habelə əkin sahələrinin suvarılmasında ciddi problemlər yaranacağını diqqətə çatdırıblar.

Xatırladaq ki, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyətlə bağlı keçirilən tədbirdə bildirmişdi ki, hələ Kürün quruması kimi ciddi problemimiz yoxdur: "Kürün suyundan həm içməli, həm də suvarmada istifadə olunur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1038   Tarix: 16 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda polkovnik qəfil vəfat etdi

Azərbaycanda polkovnik qəfil vəfat edib. BİG.AZ -a istinadən xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin təqaüddə olan polkovniki Mehman Hacıyev ötən gün dünyasını dəyişib. M.Hacıyev uzun illər Horadizdə hərbi hissələrin birində komandir vəzifəsində çalışıb. Onun təqaüdə təzəlikcə çıxdığı bildirilir

10:17 193
.

ABŞ İrana yeni nüvə şərti irəli sürdü

ABŞ İranla mümkün nüvə razılaşmasının tərkib hissəsi kimi uranın silah məqsədilə istifadəyə yararsız vəziyyətə salınmasını və sonradan utilizasiya və ya dinc məqsədlərlə istifadə üçün başqa ölkəyə göndərilməsini tələb edir. xəbər verir ki, bu barədə The New York Times qəzeti mənbələrə istinadən məluma

12:19 151
.

Regionun ən böyük kitab festivalı qayıdır

Regionun ən böyük kitab festivalı - 12-ci Bakı Beynəlxalq Kitab Sərgisi bu il 21-27 oktyabr tarixində Bakı Ekspo Mərkəzində kitabsevərlərin görüşünə gələcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, sərgi "Azərbaycan Mədəniyyəti-2040"

14:34 132
.

Bəhruz Quliyev: Talibanı devirmək təkcə hərbi yolla mümkün deyil

"Son günlər müxtəlif informasiya mənbələrində ABŞ və NATO-nun dəstəyi ilə Taliban hakimiyyətinə qarşı yeni əfqan müqavimət qüvvələrinin formalaşdırılması barədə iddialar yayılır. Bu məlumatların əksəriyyəti hələlik rəsmi təsdiqini tapmasa da, Əfqanıstan ətrafında yeni siyasi və hərbi prosesləri

14:24 137
.

Yağış, 39° isti... - Sabahın havası

Avqustun 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25 isti, gündü

12:52 214
.

"Könüllülər koalisiyası"nın gələcəyi sual altındadır

Almaniya kansleri Fridrix Merzin vəzifəsindən istefa verməsi Qərb qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı yaradılmış "könüllülər koalisiyası" formatının qismən yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər. xəbər verir ki, bu fikri -ya müsahibəsində MGIMO Beynəlxalq Araşdırmalar İnstitutunu

12:15 144
.

Nağdsız ödənişlərə illərlə təşviq, indi isə məhdudiyyət - Niyə?

"Kartdan-karta köçürmələrə limit tətbiq edilməsi problemi həll etmir, sadəcə onu başqa istiqamətə yönəldir". Bunu BİG.AZ-a açıqlamasında iqtisadçı Asif İbrahimov bildirib. O, qeyd edib ki, Azərbaycanda illərdir dövlət nağdsız ödənişlərin genişlənməsi üçün vətəndaşları bank kartlarından istifadəy

14:36 139
.

Mafiyanın hədəfində Ukraynada istifadə olunan dronlar var

İtaliya mafiyasının Ukraynada istifadə olunan dronları və digər müasir silahları qara bazardan əldə etməyə çalışdığı bildirilir. xarici mediaya istinadən xəbər verir ki, bu barədə İtaliya rəsmilərindən biri açıqlama verib. Onun sözlərinə görə, hüquq-mühafizə orqanları artıq Balkanlar marşrutu ilə İtaliyay

12:10 149
.

Şahbuzda 3 ballıq zəlzələ oldu

Naxçıvan Muxtar Respublikasının (MR) Şahbuz rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Yerli vaxtla saat 11:54-də baş verən zəlzələnin maqnitudası 3 olub. Yeraltı təkanlar 7 km dərinlikdə qeydə alınıb. Zəlzələ episentrdə 3 bala qədə

12:46 149
.

TOP MP3