"Münaqişə jurnalistikası və jurnalistlərin təhlükəsizliyi" mövzusunda tədbir keçirilib

"Münaqişə jurnalistikası və jurnalistlərin təhlükəsizliyi" mövzusunda tədbir keçirilibVyana şəhərində keçirilən ATƏT-in insan ölçüsü üzrə birinci əlavə görüşü çərçivəsində Medianın İnkişafı Agentliyinin və Azərbaycan Respublikasının ATƏT yanında Daimi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Münaqişə jurnalistikası və jurnalistlərin təhlükəsizliyi" mövzusunda tədbir keçirilib.

Tədbirin təşkilində əsas məqsəd münaqişə zonalarında jurnalistlərin qarşılaşdığı təhlükə və çağırışlar barədə məlumatlılığın artırılması, media ekspertlərinin məsələ ilə bağlı fikirlərinin öyrənilməsi və təcrübə mübadiləsinin aparılması, münaqişə zonalarında fəaliyyət göstərən jurnalistlərin təhlükəsizliyinin gücləndirilməsi məqsədilə müxtəlif qabaqcıl və uğurlu strategiyaların araşdırılmasıdır.

Geniş auditoriya üçün açıq qapı formatında keçirilən tədbirdə iştirakçı dövlətlərin jurnalistləri, media mütəxəssisləri və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edib.

Agentliyin Beynəlxalq əlaqələr və strateji planlaşdırma qrupunun rəhbəri, medianın inkişafı məsələləri üzrə mütəxəssisi Rasim Bağırovun moderatorluğu ilə keçirilən tədbirdə Dr. Bruno Kreiski Fondunun Müasir Siyasi Tarix üzrə Təhlillər İnstitutunda elmi işçi, Vyanada yerləşən siyasi akademiya - Karl Renner İnstitutununda Mərkəzi və Şərqi Avropa üzrə hüquq və siyasət məsləhətçisi Anis Bajrektarevic; Çin və Qloballaşma Mərkəzinin baş əməkdaşı, Tsinxua Universitetinin Araşdırma Mərkəzinin baş məsləhətçisi, Vyana Amadeus Beynəlxalq Məktəbinin baş beynəlxalq məsləhətçisi, köşə yazarı və "China Daily", "China Global TV Network", "China Radio International"ın şərhçisi Dr. Harvey Dzodin; Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Gənc Demokratlar İnstitutunun sədri Yeganə Hacıyeva; "freelance" jurnalist, "blogger" Adnan Hüseyn çıxış edib.

Jurnalist peşəsinin cəmiyyətdə ən vacib və əsas peşələrdən biri olduğunu qeyd edən Anis Bajrektarevic jurnalistlərin münaqişə zonalarında böyük təzyiq altında fəaliyyət göstərdiyini bildirib. O, jurnalistlərin müxtəlif həyati risklərlə üzləşdiyini, onların xüsusilə mina və digər partlayıcı vasitələrin partlaması nəticəsində həlak olduğunu və ya ağır yaralandığını qeyd edib, peşə öhdəliklərini yerinə yetirmələri və cəmiyyətə xidmət etmələri üçün jurnalistlərin təhlükəsizliyinin beynəlxalq səviyyəsində təmin edilməsinin vacibliyini vurğulayıb.

Yeganə Hacıyeva çıxışında jurnalistlərin münaqişələri işıqlandırarkən nəzərə almalı olduğu məqamlar, münaqişə və jurnalistika anlayışları arasındakı əlaqənin tənzimləməsində beynəlxalq standartların lokal istifadəsi barədə danışmış, ermənilərin basdırdıqları minaların qurbanı olmuş azərbaycanlı jurnalistlər haqqında geniş məlumat vermişdir.

Dr. Harvey Dzodin münaqişə zonasında fəaliyyət göstərən jurnalistlərin qarşılaşdığı çətinliklərin aradan qaldırılması, xüsusilə minaların basdırıldığı yerlərin təyin edilməsi üçün müxtəlif texnologiyaların araşdırılması və tətbiq edilməsinin vacibliyini diqqətə çatdırıb, bu istiqamətdə özəl şirkətlərlə səmərəli əlaqələrin qurulmasının əhəmiyyətini qeyd edib.

Adnan Hüseyn jurnalistlərin mürəkkəb məsələlərin və perspektivlərin aydınlaşdırılmasına kömək edən, qərəzsiz və faktlara əsaslanan xəbərlərin yayılmasında mühüm rol oynadığını, həqiqətlərin ictimaiyyətə çatdırılmasına müstəsna töhfə verdiyini qeyd etmiş, istər beynəlxalq səviyyədə tanınmış ərazilərinin otuz ilə yaxın müddətdə işğalı zamanı, istərsə də Vətən müharibəsindəki qələbədən sonra uzun illər boyu Azərbaycanın saxta xəbərlərə məruz qaldığını bildirmişdir.
Tədbir çərçivəsində münaqişə zonalarında fəaliyyət göstərən jurnalistlərin üzləşdiyi problemlər və risklər barədə məlumat verilib, onların təhlükəsizliyinin və müdafiəsinin gücləndirilməsi üçün potensial həll yollarının müəyyən edilməsinə dair fikir mübadiləsi aparılıb.

"Münaqişə jurnalistikası və jurnalistlərin təhlükəsizliyi" mövzusunda tədbir keçirilib"Münaqişə jurnalistikası və jurnalistlərin təhlükəsizliyi" mövzusunda tədbir keçirilib"Münaqişə jurnalistikası və jurnalistlərin təhlükəsizliyi" mövzusunda tədbir keçirilib"Münaqişə jurnalistikası və jurnalistlərin təhlükəsizliyi" mövzusunda tədbir keçirilib"Münaqişə jurnalistikası və jurnalistlərin təhlükəsizliyi" mövzusunda tədbir keçirilib"Münaqişə jurnalistikası və jurnalistlərin təhlükəsizliyi" mövzusunda tədbir keçirilib"Münaqişə jurnalistikası və jurnalistlərin təhlükəsizliyi" mövzusunda tədbir keçirilib"Münaqişə jurnalistikası və jurnalistlərin təhlükəsizliyi" mövzusunda tədbir keçirilib"Münaqişə jurnalistikası və jurnalistlərin təhlükəsizliyi" mövzusunda tədbir keçirilib


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1017   Tarix: 15 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.