Səhiyyə Nazirliyindən qriplə bağlı xəbərdarlıq

Səhiyyə Nazirliyindən qriplə bağlı xəbərdarlıqSəhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionist Təyyar Eyvazov nazirliyin sosial şəbəkələrdəki hesablarına mövsümi qriplə bağlı gələn sualları cavablandırıb.

Axşam.az həmin müsahibəni təqdim edir:

- Təyyar müəllim, ilk öncə bilmək istərdik ki, qrip nə dərəcədə təhlükəli virusdur?

- Qrip ağır infeksion xəstəlikdir və onun ağırlığı, təhlükəliliyi fəsadları ilə özünü büruzə verir. Sətəlcəm, bronxit, sinuzit, otit mediası və digər xəstəliklər kimi ciddi fəsadlara səbəb ola biləcək ağır intoksikasiya ilə müşayiət olunur, mövcud xroniki patologiyanın kəskinləşməsinə səbəb olur.

Xəstəliyin ağır gedişinin və fəsadlaşmasının yüksək riski olan qruplar vardır. Buraya hamilə və doğuşdan sonrakı 2 həftəyədək olan zahı qadınlar, 59 ayadək olan körpələr, 5 yaşadək olan uşaqlar, yaşı 65-dən yuxarı olan şəxslər, xroniki xəstəlikləri olan insanlar (ürək, ağciyər, böyrək xəstəlikləri, metabolizm pozuntuları, qaraciyər, qan, nevroloji xəstəliklər) və immuniteti zəif olan şəxslər aiddir. Həmçinin İİV/QİÇS-ə yoluxmuş, steroid və immunsupressor (iltihab əleyhinə) dərmanlarla müalicə və ya profilaktika alan pasiyentlər.

Ağır xəstələr stasionara yerləşdirilməli və antiviral və antibiotiklərlə daha intensiv terapiya almalıdırlar.

- Hansı yaş qrupunda qripə yoluxma hallarına daha çox rast gəlinir?

- Qrip elə bir xəstəlikdir ki, bütün yaş qruplarında rast gəlinir və ona yoluxmaq insanın həyat tərzindən asılıdır. Təmasların sayı çox olarsa, yoluxma ehtimalı da yüksək olur. Risk qrupuna uşaqlar və qocalar, hamilə qadınlar, tibb işçiləri, məktəbəqədər tədris müəssisələrində xidmət göstərən heyət, həmçinin daxili orqanların xroniki xəstəlikləri və yaşından asılı olmayaraq immun çatışmazlığı olan şəxslər daxildir. Səhiyyə, təhsil, ictimai nəqliyyat və ictimai xidmət işçilərinin də yoluxma riski yüksəkdir.

- Ağır keçən və müalicə olunmayan qripin hansı fəsadları ola bilər?

- Ümumiyyətlə, qripin fəsadları iki qrupa bölünür. Birinci qrupa aid fəsadlar bilavasitə qripin gedişi ilə əlaqədar olur. Buraya hemorragik ödemi, meningit, meningoensefalit, toksik şok aiddir. İkinci qrup ağırlaşmalar isə xəstəliyin sonrakı 4-5-ci günündə meydana çıxır və adətən bakterial infeksiyanın qoşulması ilə əlaqədar olur.

Ən təhlükəli və tez-tez baş verən ağırlaşma pnevmoniyadır. Pnevmoniya həm ilkin olaraq, həm də yuxarı tənəffüs yollarının virus infeksiyalarından sonra da inkişaf edə bilər. İkincili pnevmoniyaya ən çox səbəb olan bakterial infeksiyalardı (pnevmokok və stafilokok). Belə pnevmoniya xəstəliyin birinci həftəsinin sonunda - ikinci həftənin əvvəlində inkişaf edir.

Qripin digər təhlükəli ağırlaşma kəskin respirator distres sindromudur. Bu ağırlaşmanın fonunda ciddi tənəffüs çatışmazlığı yaranır. Həmçinin qripin ağırlaşmaları otit, sinuzit, qlomerulonefrit, irinli meningit və sepsis kimi ciddi fəsadlara səbəb ola bilər.

- Hamilə qadın qripə yoluxarsa, ilk olaraq nə etməlidir?

- Hamiləlik dövründə immun, tənəffüs və ürək-damar sistemləri əvvəlkindən fərqli işləməyə başlayır. Buna görə də bu zaman qripə yoluxma müəyyən qədər fəsadlı məsələdir. Ən çox rast gəlinən təsirlər vaxtından əvvəl doğuşların olması, çəkisi az olan körpənin doğulmasıdır. Bu, ananın hamiləliyin hansı dövründə qripə yoluxmasından asılıdır. Əgər virusa yoluxma hamiləliyin erkən dövründə, yəni birinci trimestrdə olarsa, müxtəlif anomaliyalar inkişaf edə bilər. Nadir də olsa, bu hallar qeydə alınır. Hamilə qadınlar həmin riski nəzərə almalı, qrip mövsümünün aktiv olduğu vaxtlarda insanların çox olduğu yerlərdən uzaq olmalıdırlar. Əks halda arzuolunmaz hallara gətirib çıxara bilər. Bu hal xüsusilə ağır qriplərdə rast gəlinir.

- Xəstəlikdən qorunmaq üçün hansı qidalara üstünlük verilməlidir?

- Payız-qış mövsümündə orqanizmin immuniteti müəyyən qədər aşağı düşür. Bu vaxtlarda xüsusən sağlam qidalar qəbul edilməli, gündəlik rasionda daha çox təzə meyvə-tərəvəz olmalıdır. Bunlar mümkün olmazsa, balanslaşdırılmış polivitamin həblərindən istifadə etmək olar.

- Qripdən qorunmaq üçün insanlar daha çox nəyə diqqət etməlidilər?

- Qripdən, hava-damcı ilə yayılan digər kəskin respirator virus infeksiyalarından qorunma yolları eynidir. Yəni əllərin tez-tez yuyulması və digər respirator gigiyena qaydalarına əməl etmək, qrip simptomları olan şübhəli şəxsləri təcrid etmək, xəstələrlə sıx təmasdan çəkinmək, sosial məsəfəni gözləmək, insanların kütləvi toplaşdığı məkanlarda olmamaq, çirkli əllərlə gözlərə, buruna və ya ağıza toxunmamaq tövsiyə edilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1057   Tarix: 09 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yaponiya kibertəhlükəsizliyi gücləndirmək üçün 63 milyon dollar ayıracaq

Yaponiya hökuməti şirkətlərə və dövlət qurumlarına artan haker hücumlarına cavab olaraq kibertəhlükəsizlik tədbirlərini gücləndirmək üçün büdcənin ehtiyat fondundan 10 milyard yen (təxminən 63 milyon dollar) ayıracaq. "Report"un "Kyodo" agentliyinə istinadən verdiyi məlumata görə

11:45 140
.

Həkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı

Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd

12:20 143
.

Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Müdafiə Naziri Zakir Həsənov 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. təbriki təqdim edir:. "Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!. Sizi böyük qürur hissi və təntən

12:54 150
.

Prezident: "Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!"

Əminəm, hər birimiz özümüzə deyirik: Biz elə güclü olmalıyıq ki, bundan sonra heç kimin ağlına belə Azərbaycana zərər vermək gəlməsin! Əminəm ki, belə də olacaq. BİG.AZ AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində deyib. Dövlətimizi

12:41 151
.

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto

"Zəfər xəbərini ilk kiminlə bölüşdünüz?" Vətən Müharibəsi qəhrəmanına şagirdlərin ünvanladığı ilk sual bu idi. Bütün zalın cavabını maraqla gözlədiyi suala qəhrəman belə cavab verir:. "Şuşada idik. Noyabrın 9-dan 10-na keçən gecə, təxminən saat 2 radələrində atəşkəs elan olunduğunu dedilər

14:16 68
.

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli Zəfər Günü münasibətilə paylaşım edib

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli 8 Noyabr Zəfər Günü münasibətilə təbrik paylaşımı edib. BİG.AZ xəbər verir ki, o, 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birliyi, qəhrəman gənclərimizin Şuşa qayalarını fəth edərək tarixi dəyişməsini xüsusi vurğulayıb:. "Zəfər gün

14:33 48
.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib - Foto/Video

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

13:59 105
.

Prezident: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir. Azərbaycançılıq bütün vətəndaşlarımızı birləşdirən fəlsəfədir. Azərbaycançılıq bizi irəliyə aparan məfkurədir. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbayca

12:38 129
.

İlham Əliyev: "Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi"

"Təbii ki, uzun illər ərzində Ordu quruculuğu, Silahlı Qüvvələrimizin peşəkarlığının artırılması, müntəzəm olaraq hərbi təlimlərin keçirilməsi, döyüş qabiliyyətinin artırılması, ordumuzun müasir texnika ilə, silahlarla təchiz edilməsi amilləri Qələbəmizin qazanılmasında böyük rol oynamışdır. Amm

12:20 136
.