"Qadınlar qeysəriyyə əməliyyatına dəb xatirinə gedirlər" - Həkim

"Qadınlar qeysəriyyə əməliyyatına dəb xatirinə gedirlər" - HəkimQeysər kəsiyi kimi tanınan qeysəriyyə əməliyyatı hamiləliyi sonlandırmaq üçün tətbiq olunan cərrahi müdaxilədir. Müasir zamanımızda da geniş yayılmış bu əməliyyatın tarixi qədim dövrdən başlayır. Hazırkı dövrdə qeysəriyyə əməliyyatı ən rahat və ağrısız doğuş növü sayıldığına görə hamilə qadınların əksəriyyəti bu üsulu tərcih edirlər.

Həkim göstərişi olmadan belə hamilələr körpələrini qeysəriyyə kəsiyi ilə dünyaya gətirirlər. Doğuşun operativ növü sayılsa da, qeysəriyyə əməliyyatının bir sıra fəsadları var.

Həkim-ginekoloq Təranə Həsənova BiG.AZ-a açıqlamasında bildiirb ki, hazırda ana olmağa hazırlaşan qadınların bu seçimi ehtiyacdan çox, dəb xarakteri daşıyır:

"Düşünürəm ki, bu, estetik üz, bədən əməliyyatları kimi dəb halına gəlib, yəni lazım oldu-olmadı, hamı burnunu əməliyyat etdirir, dodağını böyüdür və s. Bunlar sosial medianın beynimizə birbaşa təlqin etdiyi şeylərdir. Qeysəriyyə əməliyyatları da sırf təbliğ olunan bir şeydir. Qadınlar qeysəriyyə əməliyyatına dəb xatirinə gedirlər: "Filankəs etdi, mən geri qaldım", "Kimin arvadından, qızından əksiyəm, filan klinikada o doğdu, mən də məhz orada qeysəriyyə əməliyyatı olunmalıyam", "Nəyin hesabına olur olsun, ev-eşiyimi satıb, amma filan klinikada mən əməliyyat olunmalıyam".

Bilirsiniz, bunlarla nə qədər rastlaşıram? Ailə gəlir və həkimi məcbur edir ki, qeysəriyyə əməliyyatına salsın. Deyirik ki, qeysəriyyə əməliyyatı üçün heç bir göstərişi yoxdur. Böyükləri başa salmaq istəyirsən, onlar başa düşmək istəmirlər, yaxud başa düşə bilmirlər. Yəni qəbul edə bilmirlər. Sanki belə də olmalıdır və bunu etməlisən. Mən də deyirəm: "Siz ki, lazım olmayan təqdirdə belə məcbur edirsiniz, etmirəm".

İstənilən əməliyyatın özünəməxsus fəsadları var. Qeysəriyyə əməliyyatını o zaman aparırıq ki, anada və döldə vacib göstərişlər olsun. O vacib göstərişləri bizə mamalıq, ginekologiya elmi deyir. Onu biz özümüz kəşf etmirik, özümüzdən yaratmırıq. Mamalıq elminin qarşımıza qoyduğu konkret amillər var. Onlara uyğun olaraq, əgər kiminsə hamiləliyində problem varsa, o problemə uyğun olaraq biz onu qeysəriyyə əməliyyatına aparırıq. Əgər bu problem doğuş zamanı və doğuşdan sonra heç bir fəsad törətmirsə, biz hamiləni təbii doğuşa aparırıq. Burada sifariş qəbul olunmur.

Amma çox təəssüf ki, şəxsən mənim gördüklərim çox ürəkağrıdıcıdır. Həkimi divara dirəyirlər ki, "hökmən qeysəriyyə əməliyyatı etməlisən". Həkim də bunu etməyəndə olur "pis həkim". Yəni əgər heç bir problem yoxdursa, problemin olmadığını həkim pasiyentə deyir. Bu halda hamiləliyi normal doğuşla başa çatdırmaq lazımdır. Əgər uşağa və ananın həyatına təhlükə yarada biləcək istənilən problem varsa, yalnız o zaman hamiləlik qeysəriyyə əməliyyatı ilə başa çatmalıdır".

Nuranə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1062   Tarix: 05 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto

"Zəfər xəbərini ilk kiminlə bölüşdünüz?" Vətən Müharibəsi qəhrəmanına şagirdlərin ünvanladığı ilk sual bu idi. Bütün zalın cavabını maraqla gözlədiyi suala qəhrəman belə cavab verir:. "Şuşada idik. Noyabrın 9-dan 10-na keçən gecə, təxminən saat 2 radələrində atəşkəs elan olunduğunu dedilər

14:16 121
.

Moldova və Rumıniyanın birləşməsi prosesi praktiki mərhələyə keçib

Moldova ilə Rumıniya arasında yaxınlaşma prosesi artıq birgə infrastruktur və enerji layihələri sayəsində praktiki aləmə qədəm qoyub. "Report" xəbər verir ki, bunu Moldovanın Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoy TVR Moldova telekanalının efirində bildirib. Onun sözlərin

14:40 102
.

Mask "Starlink"in ötürmə qabiliyyətinin 100 dəfə artacağını açıqlayıb

"Starlink" peyk şəbəkəsinin tutumu növbəti iki-üç ildə yeni nəsil peyklərin buraxılması sayəsində 100 dəfə artacaq. "Report"un məlumatına görə, "SpaceX" şirkətinin qurucusu İlon Mask bunu sahibkar Ron Beronla müsahibəsində açıqlayıb. "Hazırda orbitdə 11 00 peyk var

11:30 144
.

Bloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO

Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. BİG.AZ xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lent

14:29 124
.

İlham Əliyev: "Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi"

"Təbii ki, uzun illər ərzində Ordu quruculuğu, Silahlı Qüvvələrimizin peşəkarlığının artırılması, müntəzəm olaraq hərbi təlimlərin keçirilməsi, döyüş qabiliyyətinin artırılması, ordumuzun müasir texnika ilə, silahlarla təchiz edilməsi amilləri Qələbəmizin qazanılmasında böyük rol oynamışdır. Amm

12:20 137
.

İsrail Prezidenti hökuməti formalaşdırmağı Qadi Ayzenkota həvalə edəcək

İsrail Prezidenti İsxak Hersoq "Yaşar" partiyasının sədri Qadi Ayzenkota hökuməti formalaşdırmağı tapşıracağını açıqlayıb. "Report" xəbər verir ki, bu barədə prezident administrasiyasına istinadən "Ynet" məlumat yayıb. Bildirilib ki, müxalifət lideri Ayzenkot sabah yəhud

12:40 142
.

"Haber Global" Ərdoğanın Qarabağa səfər proqramını açıqlayıb - Video

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr -Zəfər Gününün 6-cı ildönümündə Prezident İlham Əliyevin dəvəti ilə Azərbaycana səfər edir. xəbər verir ki, bu barədə "Haber Global" telekanalının səfərlə bağlı hazırladığı süjetdə bəhs edilir. Bildirilir ki, Rəcəb Tayyib Ərdoğan səfər çərçivəsind

12:36 145
.

Rumıniya sahillərində tankerdə beş nəfərin meyiti aşkarlanıb

Rumıniyanın Qara dəniz sahillərində ötən ay dron hücumuna məruz qalan tankerdə beş dənizçinin meyiti aşkarlanıb. xəbər verir ki, bu barədə "BurgasMedia" nəşri məlumat yayıb. Qeyd olunub ki, gəmiyə oktyabrın 15-də zərbə endirilib. Həmin vaxt tankerdə 12 dənizçi olub. Onlardan beşi xilas edilib

13:20 136
.

Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"

"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf

13:12 135
.