Sürücülərin DİQQƏTİNƏ! Bu avtomobillər yığışdırılır
Ölkəmizdə istehsal ili köhnə və istismara yararsız avtomobillərin sayı kifayət qədərdir. Belə avtomobil sahibləri nəqliyyat vasitələri ilə bağlı veriləcək qərarı səbirsizliklə gözləyir. Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə deyir ki, bunun üçün həmin avtomobillərdə aparılan qiymətləndirmə əsasında, həmçinin nəqliyyat vasitəsinin növünə uyğun olaraq sahibinə vauçer veriləcək. Vətəndaş Həmin Vauçerlə ölkəmizdə fəaliyyətdə olan avtomobil dilerləri və distribütorlarından yeni nəqliyyat vasitəsi ala biləcək.
Məsələ ilə bağlı "ATV Xəbər" maraqlı süjet hazırlayıb.
Rasim Səttarzadə - Ekologiya və Təbii Sərvətlər Nazirinin müşaviri: "Yeni avtomobil alarkən, həmin məbləğ qədər onlara güzəşt olunacaq. Yəni deyək ki, hər hanısa avtomobil 20 min manatdırsa, ona 2 min manat pul veriblərsə, artıq o avtomobil üçün 20 min manat yox, 18 min manat ödəyəcək. Onu müxtəlif cür çek də adlandırmaq olar. Ola bilsin ki, hər hansısa köhnə avtomobil sahibi bunu təhvil vermək isytəyir və eyni zamanda artıq avtomobil almaq fikri yoxdur. Onda ona başqa şərtlərlə pul qismində də verilə bilər".
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov hesab edir ki, utilizasiya prosesinə tam yararsız avtomobillərdən başlanılmalıdır və proses mərhələli şəkildə icra edilməlidir.
"2 mərhələli prosses aparıla bilər, istismarda olan avtonəqliyyat vasitələri istismarda olmayan və artıq metalloma çevrilən nəqliyyat vasitələri, istənilən halda utilizasiyaya gedəcək avtomobillər könüllük əsasında həyata keçirildiyinə görə, burada nəqliyyat vasitəsinin ili əsas götürülməyəcək. Söhbət onun artıq istismar edilməməsindən, bugünkü təhlükəsizlik və müasir ekaloji standartlara cavab verməyən avtomobillərin utlizasiyasından gedir".
Ekspert deyir ki, avtomobillərin utilizasiyası böyük sosial-iqtisadi proqramdır. Bu proqramı Çin, Rusiya, Yaponiya, ABŞ, Avropa ölkələrində icra etmək rahatdır. Bizim kimi avtomobil istehsalı zəif olan ölkələrdə tətbiq etmək isə elə də asan deyil. Vətəndaşlara stimullaşdırıcı təkliflər etmək lazımdır ki, sürücü avtomobilini təhvil verməkdə maraqlı olsun.
Qeyd edək ki, "İstismar müddəti bitən Nəqliyyat vasitələrinin utilizasiyası" proqramı layihəsi artıq hazırdır və dövlət qurumları ilə razılaşdırma mərhələsindədir. Proqramın icrası isə "2022-2026-cı illəri əhatə edəcək. Avtomobillərin təhvil verilməsi könüllülük prinsipi əsasında olacaq. Həmin avtomobillərin metal, şüşə və plastik hissələri təkrar emal olunaraq xammal kimi istehsalat dövriyyəsinə qaytarılacaq.(müsavat.com)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 866 Tarix: 04 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşVətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto
"Zəfər xəbərini ilk kiminlə bölüşdünüz?" Vətən Müharibəsi qəhrəmanına şagirdlərin ünvanladığı ilk sual bu idi. Bütün zalın cavabını maraqla gözlədiyi suala qəhrəman belə cavab verir:. "Şuşada idik. Noyabrın 9-dan 10-na keçən gecə, təxminən saat 2 radələrində atəşkəs elan olunduğunu dedilər
14:16 121 Moldova və Rumıniyanın birləşməsi prosesi praktiki mərhələyə keçib
Moldova ilə Rumıniya arasında yaxınlaşma prosesi artıq birgə infrastruktur və enerji layihələri sayəsində praktiki aləmə qədəm qoyub. "Report" xəbər verir ki, bunu Moldovanın Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoy TVR Moldova telekanalının efirində bildirib. Onun sözlərin
14:40 102 Mask "Starlink"in ötürmə qabiliyyətinin 100 dəfə artacağını açıqlayıb
"Starlink" peyk şəbəkəsinin tutumu növbəti iki-üç ildə yeni nəsil peyklərin buraxılması sayəsində 100 dəfə artacaq. "Report"un məlumatına görə, "SpaceX" şirkətinin qurucusu İlon Mask bunu sahibkar Ron Beronla müsahibəsində açıqlayıb. "Hazırda orbitdə 11 00 peyk var
11:30 144 Bloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. BİG.AZ xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lent
14:29 124 İlham Əliyev: "Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi"
"Təbii ki, uzun illər ərzində Ordu quruculuğu, Silahlı Qüvvələrimizin peşəkarlığının artırılması, müntəzəm olaraq hərbi təlimlərin keçirilməsi, döyüş qabiliyyətinin artırılması, ordumuzun müasir texnika ilə, silahlarla təchiz edilməsi amilləri Qələbəmizin qazanılmasında böyük rol oynamışdır. Amm
12:20 137 İsrail Prezidenti hökuməti formalaşdırmağı Qadi Ayzenkota həvalə edəcək
İsrail Prezidenti İsxak Hersoq "Yaşar" partiyasının sədri Qadi Ayzenkota hökuməti formalaşdırmağı tapşıracağını açıqlayıb. "Report" xəbər verir ki, bu barədə prezident administrasiyasına istinadən "Ynet" məlumat yayıb. Bildirilib ki, müxalifət lideri Ayzenkot sabah yəhud
12:40 142 "Haber Global" Ərdoğanın Qarabağa səfər proqramını açıqlayıb - Video
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr -Zəfər Gününün 6-cı ildönümündə Prezident İlham Əliyevin dəvəti ilə Azərbaycana səfər edir. xəbər verir ki, bu barədə "Haber Global" telekanalının səfərlə bağlı hazırladığı süjetdə bəhs edilir. Bildirilir ki, Rəcəb Tayyib Ərdoğan səfər çərçivəsind
12:36 145 Rumıniya sahillərində tankerdə beş nəfərin meyiti aşkarlanıb
Rumıniyanın Qara dəniz sahillərində ötən ay dron hücumuna məruz qalan tankerdə beş dənizçinin meyiti aşkarlanıb. xəbər verir ki, bu barədə "BurgasMedia" nəşri məlumat yayıb. Qeyd olunub ki, gəmiyə oktyabrın 15-də zərbə endirilib. Həmin vaxt tankerdə 12 dənizçi olub. Onlardan beşi xilas edilib
13:20 136 Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
13:12 135