Sülhdən uzaq, terrorçulara yaxın Rusiya hərbi kontingenti: Azərbaycan hansı addımlar atmalıdır? - ŞƏRH

Sülhdən uzaq, terrorçulara yaxın Rusiya hərbi kontingenti: Azərbaycan hansı addımlar atmalıdır? - ŞƏRHİstər-istəməz sual yaranır ki, əgər sülhməramlılar qanunsuz erməni silahlı birləşmələrinin çıxarılmasına dəstək vermirlərsə, digər ölkələrin xüsusi xidmət orqanlarına bağlı şəxslərin keçidinə maneə ola bilmirlərsə, ərazilərin minalanmasını sadəcə müşahidə edirlərsə, onda onlar nəyə lazımdırlar?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Son vaxtlar Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərində təxribatlar artıb. Hər gün Müdafiə Nazirliyinin atəşkəsin pozulması ilə bağlı açıqladığı rəsmi məlumatlarda bunu görmək mümkündür. Bu günlərdə İran xüsusi xidmət orqanlarının əməkdaşlarının olduğu avtomobilin sülhməramlıların nəzarətində olan əraziyə gəlişi ilə bağlı mətbuatda gedən məlumatlar da narahatlıq doğurur. Sülhməramlılar onların nəzarətlərində olan əraziyə keçidinə sadəcə olaraq göz yumublar.

Azərbaycan Müdafiə Nazirliyinin Rusiya sülhməramlılarının gündəlik bülletenlərində toponimlərin erməni dilində verilməsi ilə bağlı dəfələrlə etdiyi iradlara da etinasız yanaşma davam edir. Sülhməramlıların nəzarətində olan ərazilərdə qanunsuz erməni silahlı birləşmələri tərəfindən ərazilərin minalanması ilə bağlı faktları da yaddan çıxarmaq olmaz. İki ildən artıqdır ki, Qarabağdakı cinayətkar rejim də məhz sülhməramlıların himayəsi altında varlığını qoruyub saxlayır.

"Təlimatı Moskvadan verilir"

Mövzu ilə bağlı Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, Rusiyaya məxsus hərbi kontingent ərazilərimizə gəldiyi gündən erməniməramlılıqla məşğuldur:

"Bunlar Azərbaycan qanunlarını pozmaqla ancaq ziyanımıza işləyiblər. Bu hərbi kontingent gələn gündən 30 ildən artıq kök salmış separatçılarla, ərazidə hələ də qalmaqda davam edən Ermənistan dövlətinə məxsus hərbi birləşmələrlə, cinayətkarlarla, terrorçularla əməkdaşlıq edib. Özləri də həmin separatçılar, cinayətkarlar kimi Azərbaycan ərazisində qanunlarımıza qarşı fəaliyyət göstərir və bunu da əməlləri ilə hər gün təsdiq edirlər. İki ildən artıq bir müddətdə ərazimizdə kök salmış cinayətkarları, separatçıları, terrorçuları silahlandırıblar, onlara təlimlər keçiblər, növbəti qanlı döyüşlərə hazırlayıblar. Onlar komandirlərinin Petrov və ya başqası olmasından asılı olmayaraq, özbaşına heç bir şey edə bilməzlər. Bunların təlimatı Moskvadan verilir. Ona görə də həmin hərbi kontingentin ərazilərimizdə qalması Azərbaycan üçün ciddi təhlükə mənbəyidir".

"Getməmək üçün nə fitnə-fəsad desən, törədəcəklər"

Deputat qeyd etdi ki, iki ildir minlərlə terrorçuya Qarabağda Rusiya hərbi kontingenti təlimlər keçir, onları silahlandırır:

"Üçtərəfli razılaşmada deyilirdi ki, bu hərbi kontingent Azərbaycan ərazisinə daxil olduğu andan etibarən Ermənistan dövlətinə məxsus qanunsuz hərbi birləşmələr oradan çıxarılacaq. Çıxarmadılar, əksinə, onları gücləndirdilər. Ötən iki ildə Ermənistana məxsus hərbi birləşmələr nə ilə təchiz olunur, bunların təminatı haradandır? Əlbəttə ki, onların yükünü də həmin bu Rusiya hərbi kontingenti daşıyır".

E.Məmmədov qeyd edib ki, rus sülhməramlılarının sayı da razılaşmada qeyd ediləndən çoxdur:

"Üçtərəfli bəyanata əsasən, hərbi kontingent 1960 nəfər olmalı idi. Hərbi texnikalarının sayı da bəyan edilmişdi. Ancaq bu gün bəlkə də sayları 10 000 nəfərə qədərdir. Bunu isə müxtəlif adlar altında təqdim edirlər. Bunlar gəldikdən sonra ərazimizdə olmayan ruslara kilsə tikdilər, rus icması yaratdılar, heykəllər qoydular. Bunların təəssüf ki, getmək fikri yoxdur. Onlar getməmək üçün nə fitnə-fəsad desən, törədəcəklər. Öz əsgərlərini öldürəcəklər, texnikalarını yandıracaqlar ki, guya bunlar burada olmasa, qan su yerinə axacaq".

"Həddindən artıq diqqətli olmalıyıq"

E.Məmmədov bildirdi ki, bu gün Azərbaycan çox ciddi düşmənlərlə və təhlükələrlə üz-üzədir:

"Ona görə də biz həddindən artıq diqqətli olmalıyıq. Fikrimcə, əgər bizə Zəngəzur dəhlizi verilmirsə, nəyə görə bu cinayətkarların, terrorçuların gediş-gəlişi üçün gözəl yol çəkib ixtiyarlarına verməliyik? Niyə bu yolda bizim heç bir nəzarətimiz olmamalıdır? Biz mütləq həmin yolda nəzarət-buraxılış məntəqələrimizi yaratmalıyıq. Orada hər bir hərəkət Azərbaycan sərhədçisinin nəzarətində olmalıdır. Hesab edirəm ki, bu məsələlərə ciddi diqqət yetirməliyik".

"Sülhməramlılar təyinatlarına uyğun fəaliyyət göstərmirlər"

Hərbi ekspert Alp Arslan İmamqulu bildirdi ki, Rusiya Federasiyası sülhməramlı qüvvələrinin 10 noyabr bəyanatından irəli gələn öhdəlikləri yerinə yetirmədiyi aşkardır:

"Hətta bu da yetməmiş kimi, terrorçuları dəstəklədikləri hər kəsə məlumdur. Son dönəmlərdə Azərbaycanın humanitar məqsədlərlə açdığı Laçın yolunun daha çox bu cür terrorçu qüvvələr üçün canlı qüvvə, silah və təchizat dəstəyi üçün istifadə edilməsi birmənalı olaraq öz təsdiqini tapıb. Bu o deməkdir ki, sülhməramlı qüvvələr Azərbaycan ərazilərində öz təyinatlarına uyğun fəaliyyət göstərmirlər. Belə olduğu halda Azərbaycanın tam hüququ var ki, ümumiyyətlə sülhməramlı qüvvələrin ərazilərində mövcudluğundan imtina etsin".

A.İmamqulu hesab edir ki, bundan sonra bizi maraqlandıran əsas məsələ təhlükəsizliyimizdir:

"Çünki Rusiya sülhməramlı qüvvələri ərazilərimizdə yaşayan erməni icmasının revanşizmə yönəlməsinə və terrorçu qüvvəyə çevrilməsinə şərait yaratmaqla bizə risk yaratmaqdadırlar. Bu səbəblə Laçın yolunun bağlanması və anti-terror əməliyyatlarının keçirilməsi qaçılmazdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 580   Tarix: 03 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?

Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali

15:20 0
.

Demokratlar Ukraynaya 15 milyard dollarlıq yardım paketi hazırlayır

ABŞ Demokratlar Partiyasının nümayəndələri Ukraynaya təxminən 15 milyard dollar məbləğində yeni hərbi yardım paketinin ayrılması, eləcə də Rusiyaya qarşı sanksiya təzyiqinin gücləndirilməsi imkanlarını müzakirə edirlər. "Report" xəbər verir ki, bu barədə "Financial Times" müzakirələrl

13:50 131
.

Slovakiyanın baş naziri etiraf etdi: "Ölkəmizin Aİ-yə üzvlüyü ilə bağlı referendum saxtalaşdırılıb"

"2003-cü ildə Slovakiyanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı keçirilən referendumun nəticələri saxtalaşdırılıb". TASS-a istinadən xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso deyib. "Slovakiya 2004-cü ildə Aİ-yə daxil olanda burada böyük ruh yüksəkliyi var idi. Bi

13:30 146
.

Prezident: "Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

"O binada (Xankəndidəki keçmiş icra hakimiyyətinin binası - red.) oturanlar - hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar". BİG.AZ AZƏRTAC- a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində deyib. "Onlar Bakıya tanklarl

12:35 132
.

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli Zəfər Günü münasibətilə paylaşım edib

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli 8 Noyabr Zəfər Günü münasibətilə təbrik paylaşımı edib. BİG.AZ xəbər verir ki, o, 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birliyi, qəhrəman gənclərimizin Şuşa qayalarını fəth edərək tarixi dəyişməsini xüsusi vurğulayıb:. "Zəfər gün

14:33 129
.

Prezident: "Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!"

Əminəm, hər birimiz özümüzə deyirik: Biz elə güclü olmalıyıq ki, bundan sonra heç kimin ağlına belə Azərbaycana zərər vermək gəlməsin! Əminəm ki, belə də olacaq. BİG.AZ AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində deyib. Dövlətimizi

12:41 155
.

Kasım-Jomart Tokayev İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevi 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli İlham Heydər oğlu. Azərbaycan Respublikasının Zəfər Günü münasibətilə səmimi təbriklərimi qəbul edin

13:08 130
.

"Azərbaycanda filmə çəkilmək mənim üçün inanılmaz təcrübə oldu"

Türkiyəli aktrisa Özge Gürel bu gün qatıldığı tədbirdə baş rollarından birini ifa etdiyi, Azərbaycanın Vətən müharibəsinə həsr olunan "44" bədii filmi ilə bağlı təəssüratlarını bölüşüb. Axşam.az xəbər verir ki, aktrisa "Gece mühabiri"nə açıqlamasında filmdə rol almağın onun üçün qürurveric

12:00 148
.

Marneulidə faciə: Atasının ölüm xəbərini alan qızı da vəfat etdi

Gürcüstanın Marneuli rayonunda 50 yaşlarında kişi qəfil vəfat edib. -yə istinadən xəbər verir ki, kişinin iş yerində halı qəfil pisləşib və o, ürək çatışmazlığından dünyasını dəyişib. Məlumata görə, atasının ölümündən sarsılan orta yaşlı qızı da qısa müddət sonra qəfil vəfat edib

15:30 0
.