DYP-dən sağlamlıq imkanları məhdud olan şəxslərlə bağlı sürücülərə MÜRACİƏT
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi sağlamlıq imkanları məhdud olan şəxslərlə bağlı sürücülərə müraciət edib.
İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli Oxu.Az-a bildirib ki, əlilliyi olan insanların hüquqlarının qorunması məsələsi geniş mənada başadüşülən anlayışdır:
"Dekabrın 3-ü dünyada Beynəlxalq Əlillər Günü kimi qeyd olunur. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır.
Belə ki, bu kateqoriyadan olan insanların sərbəst və təhlükəsiz hərəkətlərinin təmini məsələsi dövlətin daim diqqət mərkəzindədir. Xüsusən də 44 günlük Vətən müharibəsinin qələbə ilə başa çatmasında sağlamlığını itirən bir sıra gənclərimizin və ümumilikdə yollarda xüsusi qayğıya ehtiyacı olan hər bir vətəndaşımıza anlayışlı münasibət göstərmək, onların təhlükəsizliyi üçün daim qayğı göstərmək hər birimizin vəzifəsi olmaqla yanaşı insanlıq borcudur.
Hərəkətin bütün iştirakçılarından yol infrastrukturunda sağlamlıq imkanları məhdud olan şəxslərin qanunla qorunan hüquqlarına hörmətlə yanaşmağı, yollarda hərəkətin təhlükəsizliyinə hesablanmış yol nişanlarının, pandusların, sərnişindaşıma və parklama kimi məsələlərdə müəyyən edilən üstünlüklərə cəmiyyət olaraq hər bir fərdin həssas münasibət göstərməsini xahiş edirik.
İnklüziv həyat tərzinin əsas göstəricilərindən biri kimi, hərəkətin təhlükəsizliyi və əlçatanlığını ictimai məsuliyyət hissi ilə təmin etməyi isə unutmamalıyıq. Bir-birimizə anlayışlı və diqqətli münasibət göstərmək isə sivil cəmiyyət olaraq inkişafımıza mütləq qaydada öz töhfəsini verməklə yanaşı formalaşan yeni nəsil üçün də düzgün nümunədir".
"Bir daha sürücülərdən və hərəkətin bütün iştirakçılarından sağlamlıq imkanları məhdud olan şəxslərə yollarda diqqətli və nümunəvi münasibət göstərməyi, eləcə də yol hərəkəti qaydalarının tələblərinə əməl etməyi xahiş edirik!" - DYP rəsmisi vurğulayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 760 Tarix: 03 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali
15:20 0 Demokratlar Ukraynaya 15 milyard dollarlıq yardım paketi hazırlayır
ABŞ Demokratlar Partiyasının nümayəndələri Ukraynaya təxminən 15 milyard dollar məbləğində yeni hərbi yardım paketinin ayrılması, eləcə də Rusiyaya qarşı sanksiya təzyiqinin gücləndirilməsi imkanlarını müzakirə edirlər. "Report" xəbər verir ki, bu barədə "Financial Times" müzakirələrl
13:50 131 Slovakiyanın baş naziri etiraf etdi: "Ölkəmizin Aİ-yə üzvlüyü ilə bağlı referendum saxtalaşdırılıb"
"2003-cü ildə Slovakiyanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı keçirilən referendumun nəticələri saxtalaşdırılıb". TASS-a istinadən xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso deyib. "Slovakiya 2004-cü ildə Aİ-yə daxil olanda burada böyük ruh yüksəkliyi var idi. Bi
13:30 146 Prezident: "Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"
"O binada (Xankəndidəki keçmiş icra hakimiyyətinin binası - red.) oturanlar - hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar". BİG.AZ AZƏRTAC- a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində deyib. "Onlar Bakıya tanklarl
12:35 132 Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli Zəfər Günü münasibətilə paylaşım edib
Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli 8 Noyabr Zəfər Günü münasibətilə təbrik paylaşımı edib. BİG.AZ xəbər verir ki, o, 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birliyi, qəhrəman gənclərimizin Şuşa qayalarını fəth edərək tarixi dəyişməsini xüsusi vurğulayıb:. "Zəfər gün
14:33 129 Prezident: "Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!"
Əminəm, hər birimiz özümüzə deyirik: Biz elə güclü olmalıyıq ki, bundan sonra heç kimin ağlına belə Azərbaycana zərər vermək gəlməsin! Əminəm ki, belə də olacaq. BİG.AZ AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində deyib. Dövlətimizi
12:41 155 Kasım-Jomart Tokayev İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevi 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli İlham Heydər oğlu. Azərbaycan Respublikasının Zəfər Günü münasibətilə səmimi təbriklərimi qəbul edin
13:08 130 "Azərbaycanda filmə çəkilmək mənim üçün inanılmaz təcrübə oldu"
Türkiyəli aktrisa Özge Gürel bu gün qatıldığı tədbirdə baş rollarından birini ifa etdiyi, Azərbaycanın Vətən müharibəsinə həsr olunan "44" bədii filmi ilə bağlı təəssüratlarını bölüşüb. Axşam.az xəbər verir ki, aktrisa "Gece mühabiri"nə açıqlamasında filmdə rol almağın onun üçün qürurveric
12:00 148 Marneulidə faciə: Atasının ölüm xəbərini alan qızı da vəfat etdi
Gürcüstanın Marneuli rayonunda 50 yaşlarında kişi qəfil vəfat edib. -yə istinadən xəbər verir ki, kişinin iş yerində halı qəfil pisləşib və o, ürək çatışmazlığından dünyasını dəyişib. Məlumata görə, atasının ölümündən sarsılan orta yaşlı qızı da qısa müddət sonra qəfil vəfat edib
15:30 0