Dostunu avtomobildə qətlə yetirib, meyitini başqa əraziyə atdı - TƏFƏRRÜAT + VİDEO
2021-ci il iyunun 20-i saat 18 radələrində paytaxtın 6-cı mikrorayon ərazisində naməlum kişi meyiti aşkar edilib.
İstintaqla müəyyən edilib ki, Zeynal Zeynalov iyunun 17-də idarə etdiyi avtomobildə tanışları Ramil Oruclu, Səttar Mehtiyev və Mikayıl Rzayevlə birlikdə hərəkətdə olduğu zaman R.Oruclu narkotik vasitə almaq üçün pul lazım olduğunu bildirib.
Z.Zeynalov üzərində cəmi 7 manat olduğunu söylədikdə aralarında mübahisə yaranıb. Ünvanına söyüş söydüyü üçün o, tanışının öldürmək qərarına gəlib. Maşını saxlayaraq, salonun saxlanc yerindən götürdüyü bıçaqla Ramil Orucluya 2 dəfə zərbə vurub. Səttar Mehdiyev və Mikayıl Rzayev avtomobildən düşəndən sonra o, avtomobili başqa əraziyə sürüb. Orada Ramil Oruclunun meyitini otluq sahəyə atıb, hadisə yerindən uzaqlaşıb.
İş üzrə dindirilmiş Zeynal Zeynalov bildirib ki, 15 ildir taksi fəaliyyəti ilə məşğul olur. Ramil Oruclunu təxminən 20 ildir tanıyır, dostluq ediblər. 2021-ci il iyunun 17-də günorta müştərisi Səttar Mehtiyev zəng edərək Xocəsən qəsəbəsinə getmək istədiyini bildirib. Onunla "Moskva" univermağının yanında görüşüb. Bu zaman parkda olan Ramil Oruclu və Mikayıl Rzayev yaxınlaşıblar. Ramil avtomobilin qapısına söykənərək Səttarla narkotik vasitə necə əldə edə biləcəkləri barədə məsləhətləşib. Daha sonra onlar avtomobilə oturublar. Maşında Səttar Zeynalın yanında, arxa oturacaqda Mikayılla Ramil əyləşiblər. Hərəkətdə olarkən dostu ona narkotik vasitə almaq üçün pul istəyib. O, üzərində olan 7 manatdan 4 manatı verə biləcəyini deyəndə Ramil həmişə narkotik üçün pul yığılanda onun belə etdiyini bildirib. Yol boyu dayanmadan ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib. Hadisə baş verən yerə gələnə kimi, avtomobili 3 dəfə yolun kənarında saxlayıb dostundan maşından düşməsini tələb edib. Lakin Ramil söyüş söyməkdən əlavə, arxadan Zeynalın başına bir dəfə yumruqla zərbə vurub. Əsəbiləşib, maşından bıçağı götürüb, söyüş söyməyi dayandırmasa, onu vuracağını bildirib. Lakin Ramil ağır təhqiramiz ifadə işlədib. Bundan sonra hadisə baş verib. Səttarla Mikayıl ona dərhal Ramili xəstəxanaya aparmasını bildiriblər. Dostunun boğazına əski parçası sıxaraq, qanın qarşısını almağa çalışıb. Səttar və Mikayıl avtomobildən çıxıb. Maşını 6-cı mikrorayona sürüb. Yolda Ramil huşunu itirib və bir az keçmədən artıq onun öldüyünü görüb. Özündən asılı olmayaraq Ramilin meyitini avtomobildən çıxarıb, otluq sahəyə atıb və oradan uzaqlaşıb.
Məhkəmə iclasında Zeynal Zeynalov elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zeynal Zeynalov 17 il müddətinə azadlıqdan məhrum olunub.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 748 Tarix: 03 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali
15:20 0 Demokratlar Ukraynaya 15 milyard dollarlıq yardım paketi hazırlayır
ABŞ Demokratlar Partiyasının nümayəndələri Ukraynaya təxminən 15 milyard dollar məbləğində yeni hərbi yardım paketinin ayrılması, eləcə də Rusiyaya qarşı sanksiya təzyiqinin gücləndirilməsi imkanlarını müzakirə edirlər. "Report" xəbər verir ki, bu barədə "Financial Times" müzakirələrl
13:50 131 Slovakiyanın baş naziri etiraf etdi: "Ölkəmizin Aİ-yə üzvlüyü ilə bağlı referendum saxtalaşdırılıb"
"2003-cü ildə Slovakiyanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı keçirilən referendumun nəticələri saxtalaşdırılıb". TASS-a istinadən xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso deyib. "Slovakiya 2004-cü ildə Aİ-yə daxil olanda burada böyük ruh yüksəkliyi var idi. Bi
13:30 146 Prezident: "Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"
"O binada (Xankəndidəki keçmiş icra hakimiyyətinin binası - red.) oturanlar - hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar". BİG.AZ AZƏRTAC- a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində deyib. "Onlar Bakıya tanklarl
12:35 132 Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli Zəfər Günü münasibətilə paylaşım edib
Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli 8 Noyabr Zəfər Günü münasibətilə təbrik paylaşımı edib. BİG.AZ xəbər verir ki, o, 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birliyi, qəhrəman gənclərimizin Şuşa qayalarını fəth edərək tarixi dəyişməsini xüsusi vurğulayıb:. "Zəfər gün
14:33 129 Prezident: "Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!"
Əminəm, hər birimiz özümüzə deyirik: Biz elə güclü olmalıyıq ki, bundan sonra heç kimin ağlına belə Azərbaycana zərər vermək gəlməsin! Əminəm ki, belə də olacaq. BİG.AZ AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində deyib. Dövlətimizi
12:41 155 Kasım-Jomart Tokayev İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevi 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli İlham Heydər oğlu. Azərbaycan Respublikasının Zəfər Günü münasibətilə səmimi təbriklərimi qəbul edin
13:08 130 "Azərbaycanda filmə çəkilmək mənim üçün inanılmaz təcrübə oldu"
Türkiyəli aktrisa Özge Gürel bu gün qatıldığı tədbirdə baş rollarından birini ifa etdiyi, Azərbaycanın Vətən müharibəsinə həsr olunan "44" bədii filmi ilə bağlı təəssüratlarını bölüşüb. Axşam.az xəbər verir ki, aktrisa "Gece mühabiri"nə açıqlamasında filmdə rol almağın onun üçün qürurveric
12:00 148 Marneulidə faciə: Atasının ölüm xəbərini alan qızı da vəfat etdi
Gürcüstanın Marneuli rayonunda 50 yaşlarında kişi qəfil vəfat edib. -yə istinadən xəbər verir ki, kişinin iş yerində halı qəfil pisləşib və o, ürək çatışmazlığından dünyasını dəyişib. Məlumata görə, atasının ölümündən sarsılan orta yaşlı qızı da qısa müddət sonra qəfil vəfat edib
15:30 0