Prezident Oğuz-Şəki avtomobil yolunun yenidənqurmadan sonra açılışını edib - YENİLƏNİB + FOTO

Prezident Oğuz-Şəki avtomobil yolunun yenidənqurmadan sonra açılışını edib - YENİLƏNİB + FOTODekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz-Şəki hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verdi.

Bildirildi ki, uzunluğu 47,2 kilometr olan yolun 7,5 kilometri 1-ci texniki dərəcəyə, 26,1 kilometri 2-ci texniki dərəcəyə, 13,6 kilometri isə 3-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Buraya Oğuz və Şəki şəhərlərinə giriş yollarının, həmçinin "Şəki dairəvi yolu"nun əsaslı şəkildə təmiri də daxildir.

Qeyd edildi ki, layihə çərçivəsində yolboyu genişləndirmə işləri icra olunub, yolun köhnə asfalt örtüyü sökülüb, zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri görülüb. Bundan başqa, zəruri yerlərdə müxtəlif diametrlərə malik 144 yeni dairəvi suötürücü boru quraşdırılıb, iki su keçidi və 11,6 kilometr uzunluğunda suaxıdıcı kanallar inşa edilib. Yola üç laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.

Məlumat verildi ki, layihə çərçivəsində Zəyzidçay çayı üzərində yerləşən körpü istismar müddətini başa vurduğu üçün sökülüb, yerində 22 metr uzunluğunda yeni körpü inşa edilib. Daşağıl, Küngüt, Kiş, Qurcanaçay çayları üzərində yerləşən və ümumi uzunluğu 630 metr olan mövcud körpülər isə təmir olunub.

Görülən işlərə paralel olaraq, zəruri yerlərdə 408 yol nişanı, 1731 siqnal dirəyi, 7 avtodayanacaq, 12,2 kilometr əyrixətli dəmir tir quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər, piyada zolaqları çəkilib.

Qeyd edək ki, avtomobil yolunun yenidən qurulması ərazidə yaşayan əhalinin daha rahat gediş-gəlişini təmin edərək yük və sərnişin daşınmasını asanlaşdırmaqla iqtisadiyyatın daha da inkişafına müsbət təsir göstərəcək.

13:36

Dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz-Şəki hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib.

Bu barədə AZƏRTAC xəbər verib.

Prezident Oğuz-Şəki avtomobil yolunun yenidənqurmadan sonra açılışını edib - YENİLƏNİB + FOTOPrezident Oğuz-Şəki avtomobil yolunun yenidənqurmadan sonra açılışını edib - YENİLƏNİB + FOTOPrezident Oğuz-Şəki avtomobil yolunun yenidənqurmadan sonra açılışını edib - YENİLƏNİB + FOTOPrezident Oğuz-Şəki avtomobil yolunun yenidənqurmadan sonra açılışını edib - YENİLƏNİB + FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 615   Tarix: 02 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Lusine Xaratyan: Ermənistan və Azərbaycan mediası sülhün möhkəmləndirilməsinə kömək etməlidir

Azərbaycan və Ermənistan arasındakı sülh gündəliyində media iki ölkə cəmiyyətlərinin dehumanizasiyasından çəkinməlidirlər. "Report"un Qəbələyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu barədə erməni yazıçısı və mədəniyyət antropoloqu Lusine Xaratyan bu gün "Sülh Körpüsü"

11.04.2026 244
.

Pentaqon: İranla münaqişədə ən azı 390 amerikalı hərbçi yaralanıb

ABŞ və İsrailin İranda apardığı əməliyyat zamanı ən azı 390 amerikalı hərbi qulluqçu yaralanıb. "Report" xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb. Daha əvvəl Pentaqon 380 amerikalı hərbçinin yaralandığını açıqlamışdı. Əsgərlərin əksəriyyəti İranın pilotsuz uçuş aparatlarının hücumlar

12:20 99
.

Velosiped sürərkən kanala düşərək ölən yeddi yaşlı Aylinin FOTOSU

Dünən Tərtərdə bədbəxt hadisə nəticəsində azyaşlı həyatını itirib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, 2019-cu il təvəllüdlü Aylin Mustafazadə velosiped sürərkən idarəetməni itirərək evin qarşısından keçən su kanalına düşüb və boğularaq həlak olub. Faciəli şəkildə ölən Aylinin fotosun

11.04.2026 387
.

Zelenski: Ukrayna Pasxadan sonra da Rusiya ilə atəşkəsin uzadılmasına hazırdır

Ukrayna Pasxa atəşkəsi ilə bağlı təklifi dəstəkləyir, ona riayət etmək niyyətindədir, lakin Rusiya tərəfindən pozulmalar olacağı təqdirdə eyni şəkildə (güzgü prinsipi ilə) hərəkət edəcək. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə yazıb. "B

11.04.2026 264
.

Kürd siyasətçi İraqın yeni prezidenti seçildi

İraq parlamenti ikinci tur səsvermədə Nizar Amidini yeni prezident seçib. xəbər verir ki, 329 yerlik parlamentdə 227 səs toplayan Amidi bu vəzifəyə seçilib. Səsvermədə ümumilikdə 229 deputat iştirak edib. Məlumata görə, 2003-cü ildən sonra formalaşan siyasi sistemə əsasən prezident kürd partiyalarını

11.04.2026 223
.

Masazırda DƏHŞƏTLİ HADİSƏ: Qadın və xalası qətlə yetirildi, cinayət işi başlandı - YENİLƏNİB+VİDEO

Masazırda 2 nəfərin qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, aprelin 11-də Abşeron rayonu, Masazır kəndi ərazisində Pərişan Süleymanova və Nuranə İsgəndərlinin qəsdən öldürülməsi faktı ilə bağlı Abşeron Rayon Prokurorluğund

11.04.2026 649
.

Məhəmməd Rza Aref İranla ABŞ-nin anlaşması üçün Tehranın şərtlərini açıqlayıb

Əgər Vaşinqton "Öncə İsrail" prinsipini rəhbər tutarsa, İran ABŞ ilə razılığa gələ bilməyəcək. "Report" xəbər verir ki, bu barədə İranın vitse-prezidenti Məhəmməd Rza Aref "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib. "Əgər biz İslamabadda "Öncə Amerika"

11.04.2026 221
.

​İş günü QISALDILACAQ - TARİX

Azərbaycanda 26 may tarixi qısaldılmış iş günü olacaq. Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günündən əvvəlki iş günü bir saat azaldılır. Bu səbəbdən 27 və 28 may tarixlərində qeyd olunacaq Qurban bayramı ilə əlaqədar olaraq 26 may (çərşənbə axşamı) ölkə üzrə qısaldılmış iş günü olacaq. Qey

00:15 476
.

Mehriban Əliyeva Pasxa bayramı münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Pasxa bayramı münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib. BİG.AZ xəbər verir ki, paylaşımda deyilir: "Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını səmimi-qəlbdən təbrik edir, bütün həmvətənlərimizə möhkə

11:08 151
.

TOP MP3