Baba Vəziroğlu efirdə dava salan qardaşından danışdı: "Onun yerində olsaydım..."
"İnsanlar bu mövzuda mənim adımı niyə hallandırırlar ki? Anar mənim bağçaya gedən uşağımdır, ya orta məktəbdə oxuyan şagirdimdir? Anar Vəziroğlu bəlli yaşı olan müstəqil bir insandır..."
Bu sözləri Yenisabah.az-a Əməkdar incəsənət xadimi Baba Vəziroğlu deyib. Qardaşı Anar Vəziroğlunun canlı efirdə vəkil Şəfiqə Nağıyeva ilə qalmaqalından danışan şair qardaşının artıq müstəqil insan olduğunu bildirib:
"Efirdə hər şey mümkündür. Hələ Rusiya telekanallarını izləsəniz, görərsiniz ki, orada insanlar bir-birini necə şapalaqlayırlar. Efirdə hər şey olur, amma hər adam bunu özünə rəva görürmü? Bu artıq ayrı məsələdir. Mən elə verilişlərə getmirəm, heç baxmıram da. Dünən mənə də dedilər ki, belə bir hadisə baş verib. Əvvəllər mənə deyirdilər ki, qardaşın belə bir çıxış edib, mənsə cavab verirdim ki, bunu mənə deməyin, nə sözünüz varsa, yığıb özünə deyin.
Aralarında nə olub, bilmirəm, amma mən Şəfiqə Nağıyevanı normal bir vəkil kimi tanıyırdım. Bilmirəm, aralarında nə baş verib ki, bu səviyyəyə qədər gəliblər. Bəlkə də, televiziyaya xoş olmaq üçün ediblər. Çünki telekanallar bundan reytinq qazanırlar. Necə ki, keçmişdə xoruz döyüşdürürdülər, millət yığılırdı, indi telekanallar da bu metoddan istifadə edirlər".
B.Vəziroğlu sosial mövzulu verilişlərə də, orada ekspert qismində çıxış edənlərə də pis baxdığını açıqlayıb:
"Açığı, mən bu ekspertlərə, verilişlərə pis baxıram. Çünki mən heç vaxt özümü səlahiyyətli saymaram ki, kiməsə ağıl verib, yol göstərim. Özü də o verilişlərdə böyük məsələlərdən söz açılmır, birinə deyirlər, niyə arvadını boşamısan, birinə deyirlər, niyə ərini, uşaqlarını qoyub qaçmısan, uşaqların haradadırlar? Mənim nə ixtiyarım var ki, kiməsə deyim, niyə arvadını boşamısan? Heç dəxli var? Hətta verilişlərin birində bizim ağsaqqal bir dostumuz ekspert kimi oturmuşdu, ora bir xanım gəlmişdi, deyirdi ki, hamiləyəm, bu uşağı məhv edim, ya doğum, bilmirəm. Çox qocaman sənətçimiz də bir saat efirdə bunu müzakirə etdi, gah dedi, doğ, gah dedi, yox, doğma. Mən artıq belə şeylərə gülürəm. Həm də bilirəm ki, televiziyalar bundan reytinq tutur. Görürsünüz ki, bu cür qalmaqallar efirə gedir. Redaktor bunları efirə buraxır".
Qalmaqaldan danışan şair qeyd edib ki, özü heç vaxt bir qadına qarşı bunu etməzdi:
"Bu tip qalmaqalların hamısı efirə gedir, Anar, Şəfiqə kimi insanlar da bilə-bilə bunu edirlər, bunlar da bu cür reytinq qazanırlar. Başım çıxmır, reytinq davası gedir. Nə bilim, vallah, məşhur bir məsəl var, hər qoyunu öz ayağından asırlar. Anar uşaq deyil ki, qoyum qabağıma, başlayım danlamağa. Dostum deyil ki, deyim, belə etmə, bu sənə hörmət gətirməz-filan. Bilirsiniz, qardaş ayrı şeydir, dost ayrı.
Deyirlər, üstünə su atıb. Mənim üstümə nəinki su, yekə qara daş da atsaydılar, mən qadına eynisini etməzdim. Çünki kişinin özəlliyi odur ki, qadının hər etdiyinə cavab verməsin. Onların söylədiklərini bir az boş vermək lazımdır. Məşhur rus yazıçılarından birinin belə bir sözü var, qadınla mübarizə, mücadilə aparmaq küçəni balaca elektrik sobası ilə qızdırmaq qədər faydasız və mənasızdır. Yəni onları boş buraxmaq, reallıqla barışmaq lazımdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 3307 Tarix: 02 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109 Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN
Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın
18.09.2021 930 FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18.09.2021 523 Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is
18.09.2021 789 MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO
2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar
18.09.2021 245 "Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA
ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər
18.09.2021 880 "Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi
Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"
18.09.2021 3137 Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur
Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla
17.09.2021 1447 BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre
18.09.2021 672