Nərimin atası İlkin Süleymanovun "nəyə əsasən deyirsən ki, qızının qatili mənəm?" sualına elə cavab verdi ki...

Nərimin atası İlkin Süleymanovun "nəyə əsasən deyirsən ki, qızının qatili mənəm?" sualına elə cavab verdi ki...Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

BiG.AZ Teleqraf.com-a istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan prosesdə İlkin Süleymanova suallar verilib.

İlkin Süleymanov deyib ki, onun Nərmini qətlə yetirməsi ilə bağlı verdiyi ifadəsi uydurma olub. Həm istintaq, həm də hadisə yerinin yoxlanması zamanı verdiyi ifadələr həqiqəti əks etdirməyib: "Həmin ifadələri işgəncə altında vermişəm. O vaxt nə danışdığımı özüm də bilməmişəm. Əgər ifadələrimdə həqiqəti demiş olsaydım, o zaman 2020-ci ilin yanvarın 6-da, günün birinci yarısında başqa bir rayonda yas mərasimində olduğumu deməliydim. Özünüz də görürsüz ki, həqiqəti əslində istintaq zamanı deməmişəm, unutmuşam. Bu faktdır".

Vəkil Əlibaba Rzayevin sözlərinə görə, iş materiallarında olan şahid ifadələri də göstərir ki, yanvarın 6-da, saat 14.30-dək İlkin Süleymanov başqa bir rayonda yas mərasimində olub.

Daha sonra prosesdə tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızının təqdimatında yayımlanan "Səni axtarıram" verilişində Nərminin qətlindən sonra kənddə hazırlanan süjet nümayiş etdirilib.

Verilişdə Nərminin bacısı Şəbnəm Quliyevanın sarı taksinın kəndə gəlməsi, onun özünü də aparmaq istəməsi barədə dediyi hissələrə baxılıb. Verilişdən sonra Nərminin bacısı eyni sözləri istintaq zamanı da deyib.

Vəkil Əlibaba Rzayev bildirib ki, hadisə günü kənddə sarı bir taksinin olması, onun yalnız Nərmin Quliyevanın böyük bacısı Şəbnən Quliyevanın görməsi barədə məlumatların yayılması uydurmadır:

"Həmin uşağın təsvir etdiyi kimi, doğurdan da, hadisə yeri ətrafında sarı taksinin olması doğrudursa, onu uşağın əmisi də görməli idi. Əmisi ifadəsində deyib ki, uşağı yola salan zaman onun arxasınca baxıb. Ən azından əmisi də taksini görməli idi. Şəbnəmin sarı taksinin dayandığı yeri təsvir edəndən sonra qonşusu ifadə verib və deyib ki, belə bir taksi görməyib. Deyib ki, olsaydı, maşının səsini eşidərdim. Şəbnəmin sözlərini izin itirilməsi üçün ortaya atılmış məlumat kimi qiyməntləndiririk. Bizim fikirimiz belədir. İfadələrlə sübuta yetirilir ki, sarı taksi məsələsi uydurmadır. Əgər bu uydurmadırsa, uşaq uydurması da deyil. Bu düşünülümüş uydurmadır. Məqsəd nədir, bunu biz hələ bilmirik".

Vəkil bildirib ki, Nərmin Quliyevanın həm anası, həm də bacısının həmin verilişdə dedikləri ilə məhkəmədə dedikləri arasında ziddiyyətlər var. Onlar verilişdə itkin düşən gün Nərminin xəstə olduğunu deyiblər: "Amma məhkəmə prosesi zamanı bunu qətiyyətlə gizlədirlər. Səbəbi onlar özləri bilirlər. Bizim üçün də maraqlıdır. Xəstəliyi niyə görə israrla gizlədirlər? Bu qaranlıqdır".

Vəkil bildirib ki, qrip xəstəsi olan bir uşağın 47 gün soyuq otaqda saxlanılması qeyri-mümkündür: "Biz buna işarə edirdik. Amma nəyi gizlədirlər, biz bunu bilmirik".

İlkin Süleymanov deyib ki, hadisə yerində ifadəsinin yoxlanılması zamanı qohumlarını axtarıb: "Onları axtarmaqda məqsədim bu cinayəti mənim törətmədiyimi demək istəməyim olub. Amma bilmirdim ki, özümdə güc tapıb, onlara bunu deyə biləcəyəmmi? Amma yenə də gözüm qohumlarımı axtarırdı. Demək istəyirdim ki, bu cinayəti boynuma götürməyi mənə məcbur edirlər. Orada bəlkə də atamı, anamı görsəm, cəsarətə gələrdim, deyərdim ki, bu cinayəti mən törətməmişəm. Zorla bunu mənim boynuma qoyurlar. Təssüf ki, mən orada nə atamı, nə anamı, nə qardaşımı, nə bacımı, nə də qonşuları görmədim".

Əlibaba Rzayev isə deyib ki, İlkin Süleymanov hadisə yerinə gətirilən zaman onun qohumlarını, qonşularının bəzilərini aldatma yolu ilə, bəzilərini isə hədə-qorxu ilə oradan uzaqlaşdırıblar: "Hətta hadisə yerinə yaxın yaşayan əmisini və ailə üzvlərini də oradan uzaqlaşdırıblar ki, onların heç birini İlkin Süleymanov görməsin. İstintaq bunu qabaqcadan bildiyi üçün bu tədbirləri görüb. Bu da iş materillarında olan ifadələrlə sübuta yetirilir".

Vəkil deyib ki, Nərmin Quliyeva itkin düşəndən sonra onun əmisi Lətif Quliyev şübhəli kimi tanıdılıb, bunu Nərminin nənəsi Minayə İsmayılova da səsləndirib: "Bununla bağlı Lətifi saxlayıblar, sonra da sərbəst buraxıblar".

Əlibaba Rzayev bildirib ki, istintaqın təqdim etdiyi materillarda İlkin Süleymanovun ifadəsindən başqa cinayəti sübut edəcək heç bir fakt yoxdur.

Prosesdə İlkin Süleymanov Nərmin Quliyevanın atası Şərif Quliyevə "nəyə əsasən deyirsən ki, qızının qatili mənəm?" sualını ünvanlayıb.

Şərif Quliyev cavab verib ki, ona qətli İlkin Süıeymanovun törətməsini Baş Prokurorluqdan deyiblər: "Amma mənim öz əlimdə heç bir fakt yoxdur ki, bu cinayəti sən törətmisən. Mən mənə deyilənlərin əsasında deyirəm".

Növbəti proses noyabrın 30-da davam edəcək.

İttihama görə, 2019-cu il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci ilin yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.

İlkin Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 144.3 (adam oğurluğu), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1689   Tarix: 30 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.