DYP-dən hərəkət iştirakçılarına MÜRACİƏT
Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Bu barədə İdarədən məlumat verilib.
"Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, soyuq və yağıntılı keçəcəyi proqnozlaşdırılır.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək yol qəzaları və digər xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən diqqətli olmağı, yol hərəkəti qaydalarına riayət etməyi, digər hərəkət iştirakçılarına qarşı nəzakətli davranmağı xahiş edir.
Yağışlı havalarda yol örtüyünün yaş olması sürüşmə ehtimalını artırdığı üçün sürücülər yol və meteoroloji şəraiti nəzərə alaraq kifayət qədər ara məsafəsi saxlamalı, sürət həddini minimuma endirməli, ötmə və manevretmə zamanı diqqətli olmalı, eləcə də nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarını təmiz saxlamalı, şüşə silgəcləri və şüşəyuyanların, işıq cihazlarının saz vəziyyətdə olmasına nəzarət etməlidirlər.
Bununla yanaşı sürücülərə güclü külək əsən bölgələrdə nəqliyyat vasitələrini yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq saxlamaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların, aşma yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya altında dayanmamaq tövsiyə olunur.
Yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadalar da öz növbəsində ehtiyatlı olmalı, yolu onların hərəkəti üçün nəzərdə tutulmayan hissəsindən keçməməli, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 682 Tarix: 28 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSüni intellektə yeni qaydalar: Dünya AI-ni necə tənzimləyir?
"Süni intellekt texnologiyalarının sürətlə inkişafı dövlətləri və beynəlxalq təşkilatları bu sahədə yeni qaydalar və tələblər formalaşdırmağa sövq edir. Çünki süni intellekt artıq təkcə texnoloji yenilik deyil, həm də məlumat təhlükəsizliyi, müəllif hüquqları, şəxsi məlumatların qorunması və ictima
06.08.2026 191 Ətirinizin qoxusu günlərlə qalacaq - Satıcıların demədiyi sadə üsul
Bir çox insan bahalı ətirlərin belə bir neçə saatdan sonra demək olar ki, hiss olunmadığını müşahidə edir. Çox vaxt bunun səbəbinin ətirin keyfiyyəti və ya istehsalçısı olduğu düşünülür. Halbuki parfümeriya sahəsinin mütəxəssisləri bildirirlər ki, qoxunun qalıcılığı böyük ölçüdə onun necə tətbiq edilməsində
06.08.2026 190 Toyunda əri öldürüldü, özü dağlara qaçdı - Reyqana həsr olunduğu düşünülən mahnı haqqında bilinməyənlər
Azərbaycan musiqisində elə əsərlər var ki, illər keçsə də, dəyərini itirmir. Onlar nəinki bir dövrün simvoluna çevrilir, hətta nəsildən-nəslə ötürülərək xalqın yaddaşında yaşayır. -ın yeni "Mahnıların tarixçəsi" rubrikasında bu dəfə haqqında bəhs edəcəyi "Dağlar qızı Reyhan" da məh
06.08.2026 204 Bəxtiyar Aslanbəyli "Şöhrət" ordeni ilə təltif edildi
Bəxtiyar Əli oğlu Aslanbəyli "Şöhrət" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Bəxtiyar Aslanbəyli Azərbaycan neft sənayesinin inkişafında xüsusi xidmətlərinə görə "Şöhrət" ordeninə layiq görülüb. Qey
06.08.2026 181 Rəqəmlərin arxasında qalan reallıq: Azərbaycan təhsilinin əsas problemləri
"Hər tədris ilinin sonunda təhsil sahəsi ilə bağlı rəsmi hesabatlar təqdim edilir, müxtəlif statistik göstəricilər açıqlanır və əldə olunan nəticələr ön plana çəkilir. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan təhsilində illərdir mövcud olan problemlərin aradan qaldırılmadığı, əksinə, bir çox istiqamətd
06.08.2026 190 Suyun altında sirli ildırımlar çaxır: Alimlər səbəbini tapa bilmir
Sakit okeanda əsrlərdir müşahidə olunan və "te lapa" ("işıq parıltısı") adlandırılan sirli sualtı işıq saçmaları alimlər üçün hələ də açılmamış təbiət hadisələrindən biri olaraq qalır. Qaynarinfo xəbər verir ki, "Popular Mechanics" nəşrinin yazdığına görə, bu hadisə okeanı
06.08.2026 146 2026-cı ildə bu smartfonları almağa dəyməz
Smartfon almağa tələsməyin - əvvəlcə onun haqqında daha çox öyrənin. Smartfon bazarı hazırda nəhəng bir supermarketi xatırladır: büdcəyə uyğun "işçi atlar"dan tutmuş ağır oyunları daşıya bilən flaqmanlara qədər hər şey var. Lakin hər bir model sizin pulunuza layiq deyil. Bəziləri artıq yeniləm
06.08.2026 154 Bəzi marşrutların hərəkət istiqamətləri dəyişdi
Bakının Şıxəli Qurbanov küçəsinin Füzuli küçəsi ilə kəsişməsindən Salatın Əsgərova küçəsi ilə kəsişməsinədək olan hissəsində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilir. BİG.AZ xəbər verir ki, bu barədə Azərbaycan Yerüst
06.08.2026 171 Arayik və digərləri ilə bağlı YEKUN QƏRAR VERİLDİ
Avqustun 6-da Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğ
06.08.2026 291