FHN-dən kəskin hava şəraiti ilə bağlı əhaliyə MÜRACİƏT

FHN-dən kəskin hava şəraiti ilə bağlı əhaliyə MÜRACİƏTFövqəladə Hallar Nazirliyi (FHN) kəskin hava şəraiti ilə bağlı əhaliyə müraciət edib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, soyuq və yağıntılı keçəcəyi proqnozlaşdırılır. Soyuq havalarda isə adətən qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artması müşahidə olunur. Bu zaman xüsusilə mənzillərdə və ya fərdi yaşayış evlərində elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelə nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə yanğınla nəticələnə bilər.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasını tövsiyə edir.

Bu məqsədlə, aşağıda göstərilən bəzi təhlükəsizlik qaydalarını bir daha xatırladırıq:

- nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə etməyin, elektrik şəbəkəsini həddindən artıq yükləməyin, işlək vəziyyətdə olan qızdırıcı cihazları nəzarətsiz qoymayın, onları uşaqlara həvalə etməyin, qızdırıcı cihazların bilavasitə yaxınlığında yanar materiallar və asan alışan mayelər saxlamayın, cihazlardan zavod istehsalçılarının təlimatlarına (tövsiyələrinə) uyğun istifadə edin, elektrik və qaz şəbəkəsinin quraşdırılmasını yalnız mütəxəssislərə həvalə edin və bu məqsədlə keyfiyyətli məhsullardan istifadə edin, mütəmadi olaraq qızdırıcı cihazların və tüstü bacalarının istismara yararlılığını mütəxəssislərə yoxlatdırın, mənzildə qaz qoxusu hiss etdikdə işığı yandırmayın, qapı-pəncərələri açın, mənzilə qazın girişini bağlayın və mütəxəssis çağırın", - deyə müraciətdə bildirilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 987   Tarix: 28 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur"

"Böyük coğrafiyanı əhatə edən ərazidə Türkiyə-Azərbaycan birliyi önəmli amildir. Bu sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında söyləyib. "Bi

16:34 0
.

Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilib - YENİLƏNİB+Foto

Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilib. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb. 14:57. Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezident

16:15 123
.

Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri

13:39 200
.

Rumıniya sahillərində tankerdə beş nəfərin meyiti aşkarlanıb

Rumıniyanın Qara dəniz sahillərində ötən ay dron hücumuna məruz qalan tankerdə beş dənizçinin meyiti aşkarlanıb. xəbər verir ki, bu barədə "BurgasMedia" nəşri məlumat yayıb. Qeyd olunub ki, gəmiyə oktyabrın 15-də zərbə endirilib. Həmin vaxt tankerdə 12 dənizçi olub. Onlardan beşi xilas edilib

13:20 147
.

Prezident İlham Əliyev Şahbaz Şərifə təşəkkür edib - Foto

Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şərifə onun Zəfər Günü ilə bağlı təbrikinə görə təşəkkür edib. xəbər verir ki, bu barədə Prezidentin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb. "Əziz qardaşım Məhəmməd Şahbaz Şərif, Zəfər Günü münasibətilə mənə və Azərbayca

13:15 254
.

Şəhid Elşən Əhmədlinin anası: "Qəhrəman böyütməyimdən xəbərim olmayıb" - Video

23 yaşında adını Zəfər tariximizə həkk etdi. Vətən müharibəsində döyüşlərə qatıldı, göstərdiyi şücaətlə fərqləndi. Son döyüşü isə noyabrın 8-də oldu. Şuşanın sıldırım qayalıqlarında gedən qızğın döyüşlər zamanı şəhidlik zirvəsinə ucaldı. Zəfər Gününü görə bilməsə də, tarixi qələbəmizin qazanılmasınd

13:11 150
.

Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Müdafiə Naziri Zakir Həsənov 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. təbriki təqdim edir:. "Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!. Sizi böyük qürur hissi və təntən

12:54 165
.

Demokratlar Ukraynaya 15 milyard dollarlıq yardım paketi hazırlayır

ABŞ Demokratlar Partiyasının nümayəndələri Ukraynaya təxminən 15 milyard dollar məbləğində yeni hərbi yardım paketinin ayrılması, eləcə də Rusiyaya qarşı sanksiya təzyiqinin gücləndirilməsi imkanlarını müzakirə edirlər. "Report" xəbər verir ki, bu barədə "Financial Times" müzakirələrl

13:50 143
.

İranın nüvə fəaliyyəti barədə məlumat verənlərə fantastik mükafat vəd olundu

ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verən şəxsləri 20 milyon dollaradək mükafatlandırılacağını və onların xaricə getməsinə kömək göstərəcəyini bəyan edib. xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Dövlət Departamenti məlumat yayıb. İranın nüvə fəaliyyətinə aid obyektlər, texniki avadanlıqlar

16:30 0
.

Son Xəbərlər