Azərbaycan bankları sahibkarlara uzunmüddətli kreditlər niyə vermir?

Azərbaycan bankları sahibkarlara uzunmüddətli kreditlər niyə vermir?Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikaya əsasən, yerli bankların verdiyi kreditlərin 80 %-i uzunmüddətlidir.

Belə ki, bu il oktyabrın 1-nə bankların kredit portfeli 19,2 milyard manat təşkil edib ki, bunun da 15,3 milyard manatı uzunmüddətli olub.

Bununla belə, söhbət 3 ildən artıq müddətə verilən kreditlərdən gedir və bunun da əsas hissəsi 5 ilə qədər müddətə verilən istehlak kreditləridir. Təcrübə göstərir ki, banklar öz vəsaitləri hesabına sahibkarlığın inkişafı üçün əhəmiyyətli olan 5-10 il müddətinə kreditlər verməyə elə də maraq göstərmir. "Report" bunun səbəblərini aydınlaşdırmağa çalışıb.

"Bankların uzunmüddətli vəsaitləri yoxdur"

İqtisadçı-ekspert Əkrəm Həsənov deyir ki, bankların uzunmüddətli vəsaitləri az olduğu üçün onlar adətən 5 ildən artıq müddətə kredit vermirlər: "Banklar üçün ən uzunmüddətli vəsaitlər onların nizamnamə kapitalıdır. Bu gün banklarımızın əksəriyyətinin nizamnamə kapitalı onların verdiyi kreditlərlə müqayisədə böyük deyil. Bankların vəsaitlərinin digər mənbəyi isə depozitlər və müştərilərin cari hesablarındakı vəsaitlərdir. Bu vəsaitlər də uzunmüddətli deyil, istənilən vaxt geri götürülə bilər. Banklara uzunmüddətli vəsaitləri Azərbaycan Mərkəzi Bankı verə bilər, amma bu istiqamətdə də onların imkanları məhduddur. Bank sistemi normal çalışan ölkələrdə uzunmüddətli kredit verən bank bilir ki, nə vaxtsa əmanətçilər pullarını kütləvi şəkildə geri götürmək istəsələr, o, ölkənin mərkəzi bankına müraciət edib kredit götürə biləcək. Azərbaycanda isə bank ona pul lazım olanda tənzimləyici qurumdan kredit ala biləcəyinə əmin deyil. Odur ki, Azərbaycanda uzunmüddətli kreditlər əsasən dövlət zəmanəti əsasında verilən kreditlərdir. Bunlara misal olaraq İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun xətti ilə verilən kreditləri göstərə bilərik".

"Biznes mühiti tam formalaşmayıb"

"İqtisadi və Sosial Araşdırmalara Yardım" İctimai Birliyinin sədri Əyyub Kərimli isə deyir ki, bankların uzunmüddətli kredit verməməsinin səbəbi Azərbaycanda biznes mühitinin tam formalaşmamasıdır: "Banklar uzunmüddətli kredit verməzdən əvvəl hər bir biznes subyektinin sabitliyini və inkişafını müəyyən edir, riskləri nəzərə alaraq kreditləri daha çox qısamüddətli ayırırlar. Belə kreditlər üçün hesablanan faizlər də ayrılan məbləğə nisbətdə çox olur və sahibkarlıq subyektlərinin inkişafına mənfi təsir göstərir. Uzunmüddətli kreditlərin verilməsi üçün dövlət banklara həmişə maliyyə dəstəyi verməlidir. Və yalnız bu yolla kredit təşkilatlarını uzunmüddətli kreditlər verməyə stimullaşdırmaq olar. Biznes mühiti tam formalaşdıqdan sonra bankların dövlətin maliyyə dəstəyinə ehtiyacı aradan qalxacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 716   Tarix: 26 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Son Xəbərlər