Pavel Felgenhauer: "Qazaxlar və qırğızlar heç vaxt İrəvan üçün Bakıya qarşı vuruşmayacaqlar"
"KTMT-yə üzv dövlətlərin Ukraynadakı müharibəyə Rusiyanın tərəfində müdaxilə edə bilmək imkanı var, baxmayaraq ki, mən belə bir şeyin mümkünlüyünü görmürəm".
Bu barədə tanınmış rusiyalı hərbi ekspert Pavel Felgenhauer Oxu.Az-a şərhində deyib.
O qeyd edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının özü yox, KTMT ölkələri istəsələr, müharibəyə müdaxilə edə bilərlər.
"Belə ki, Belarus öz ərazisindən istifadəni təmin edərək artıq de-fakto iştirak edir. Amma deyək ki, Ukrayna ərazisində hərbi əməliyyatlarda iştirak etmək Ermənistanın qətiyyən vecinə deyil. Elə KTMT-yə üzv olan Mərkəzi Asiya ölkələrinin də qoşulmağının mənası yoxdur. Amma bir təşkilat olaraq - hamısı birlikdə - iştirak ümumiyyətlə qeyri-realdır. KTMT, demək olar ki, heç vaxt birgə fəaliyyət göstərmir. Bu, Rusiyanın bəzi ölkələrlə, keçmiş sovet respublikaları ilə ittifaqıdır.
Rusiya Federasiyası KTMT-nin istənilən tədbirində, o cümlədən təlimlərdə mütləq iştirak edir. Digərləri isə qoşula və ya qoşulmaya bilərlər. Bu, ABŞ-nin Şimali Atlantika alyansındakı dominantlığına (necə ki Rusiya KTMT-də dominantdır) baxmayaraq, NATO-nun necə fəaliyyət göstərdiyinə o qədər də oxşamır. Amma deyin görüm, Tacikistan və Belarusun ümumi maraqları nədən ibarətdir? Qırğızıstan və Qazaxıstan Ermənistan üçün Azərbaycana qarşı müharibəyə gedəcəklərmi? Yoxsa qırğızlar taciklərlə üz-üzə gəlsələr, bunun Ermənistanla nə əlaqəsi var? KTMT dövlətlərini hətta ümumi rəqib də birləşdirmir. Bunlar sadəcə olaraq Rusiyanın müxtəlif tərəfdən müttəfiqləridir. Deməli, KTMT özünəməxsus bir ittifaqdır.
Ukrayna mövzusuna qayıdaraq onu deyim ki, bəli, Belarus Rusiya Federasiyasına öz ərazisini verir, silahlı qüvvələrini yox. Rusiya heç onlardan istifadə etməyəcək, çünki Belarus ordusu çox kiçikdir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 555 Tarix: 26 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah 21° isti olacaq
Fevralın 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləy
20.02.2026 263 Səudiyyə Ərəbistanı ABŞ-la nüvə sazişi çərçivəsində uran zənginləşdirə bilər - ekspertlər xəbərdarlıq edir
Təklif olunan Səudiyyə Ərəbistanı-ABŞ nüvə sazişi çərçivəsində Səudiyyə Ərəbistanının ölkə daxilində uranın zənginləşdirilməsi imkanına malik ola biləcəyi bildirilir və bu, nüvə silahlarının yayılması ilə bağlı narahatlıqları artırır. Məlumata görə, ABŞ prezidentləri Donald Tramp və Cozef Bayden Səudiyy
20.02.2026 235 Brilliant Dadaşova: TV-lər istənilən müğənnini ödəniş müqabilində efirə çıxarır, verilişlər zəbt olunur - MÜSAHİBƏ
Günəşin sanki bizimlə gizlənqaç oynadığı gündə Xaqani bağına çatıb ayaq saxladım. Şəhər sözün əsl mənasında çiçəklənmişdi. Axı həmin gün 14 fevral idi - aşiqlərin hər vasitə ilə bir-birinə sevgilərini sübut etməyə çalışdığı gün. Elə mən də o gün bir növ müsahibimə sevgi etirafı etməyə gedirdim…. Xal
20.02.2026 240 Universitetlərdə nəzəri bilik çox, praktika az: Məzunlar iş bazarına hazır deyil - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycanda bir çox universitetdə təhsil sistemi hələ də əsasən nəzəri biliklər üzərində qurulub və tələbələr üçün praktik təcrübə imkanları məhduddur. Nəticədə məzunlar iş bazarına çıxanda real iş şəraitinə uyğun bacarıqlardan çox, yalnız kitab biliklərinə malik olurlar. Bu isə həm işəgötürənləri
20.02.2026 293 Qazaxıstan Qəzzaya hərbi kontingent göndərməyə hazırdır
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astananın beynəlxalq qüvvələrin tərkibində Qəzza zolağına hərbi kontingent göndərməyə hazır olduğunu təsdiqləyib. xarici mediaya istinadən xəbər verir ki, bu barədə TASS agentliyi dövlət başçısının açıqlamasını sitat gətirib. Tokayev bildirib ki, Qazaxısta
20.02.2026 198 Ağıllı köməkçi, yaxud təhlükəli illüziya - ChatGPT haqqında həqiqət
Süni intellekt həyatın müxtəlif sahələrinə sürətlə inteqrasiya olunur. Stil və psixologiyadan sonra indi də sağlamlıq mövzusu gündəmə gəlib. OpenAI şirkəti ChatGPT Health adlı yeni bölməni istifadəyə verib. Bu format istifadəçilərin analiz nəticələri, əlamətlər və sağlam həyat tərzi ilə bağlı sualların
20.02.2026 238 Portağal, yoxsa qreypfrut: hansı meyvə immuniteti daha effektiv qoruyur?
Soyuqdəymə və virus mövsümü qızğın mərhələdədir və bir çox insan orqanizmi təbii yollarla dəstəkləmək üçün üsullar axtarır. Sitrus meyvələri də bu variantlardan biridir. bu fərqləri təqdim edir:. Bu qış virus xəstəliklərinin rekord səviyyədə artdığı müşahidə olunur. Qrip, COVID-19 və norovirusun birg
20.02.2026 208 "Qayınanadan heç vaxt ana olmaz!" - Əməkdar artist
"Mən gəlinimi qızım kimi sevə bilərəm. Çünki qayınanadan heç vaxt ana olmaz. xəbər verir ki, bu sözləri Əməkdar artist Sevinc Sarıyeva deyib. O, "İncə səhər" verilişində gəlin-qaynana münasibətlərindən danışıb:. "Mənim gəlinim olanda onu qızım kimi sevəcəyəm. Çünki qayınanadan he
20.02.2026 173 Bu hərbçilərin xidmət müddəti 6 aya endirilir
Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul ediləndə qadınlarla bağlanan ilkin bağlaşma müddəti 3 ildən 6 ayadək azaldılacaq. xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərb
20.02.2026 248