"Black Friday" haqqında bilmədiyiniz MARAQLI FAKTLAR

"Black Friday" haqqında bilmədiyiniz MARAQLI FAKTLARBu gün dünyada əsasən də ABŞ və Avropa ölkələrində "Black Friday"- yəni "qara cümə" günü keçirilir. Bir çox iri şirkətlərdə, ticarət mərkəziləri və mağazalarda yüksək endirim kampaniyaları təqdim olunur.Alış-veriş çılğınlığının yaşandığı "qara cümə" nədir və necə yaranıb?

BiG.AZ sizə "qara cümə" haqqında maraqlı faktları təqdim edir.

"Black Friday" haqqında bilmədiyiniz MARAQLI FAKTLAR"Qara Cümə"nin tarixi

"Qara Cümə" ABŞ-da noyabr ayının dördüncü Cümə axşamı günü qeyd olunan Şükranlıq günündən sonrakı cüməyə verilən qeyri-rəsmi addır. 1952-ci ildən bəri Şükranlıqdan sonrakı gün Amerikanın Milad alış-veriş mövsümünün başlanğıcı kimi qəbul edilib. Lakin bu günə "Black Friday" adı ilk dəfə 1961-ci ildə qəzetlər tərəfindən qoyulub. Bunun səbəbini isə həmin gün Filadelfiyada alış-veriş üçün nəqliyyatda yaranan "tıxac"lar və digər çətinliklər göstərilmişdi.

Buna baxmayaraq, "Qara Cümə" son onilliklərə qədər elə də geniş yayılmamışdı. "Qara Cümə" günü bir çox mağazada yüksək səviyyədə təşkil olunan endirimlər təqdim edilir və mağazaların açılması çox erkən saatlara, bəzən də gecə yarısına təsadüf edir. Hətta bəzi hallarda mağazalar endirimləri Şükranlıq günü axşam saatlarında başladırlar. Həmin gün məşhur şirkətlər öz məhsullarını 80% güzəştlə satırlar. Həmçinin onlayn alış-veriş şirkəti olan "Amazon"da da həmin gün endirimlər tətbiq olunur.

Bu səbəbdən hətta bəzi alıcılar 1 gün əvvəldən mağazaların önündə çadırlar qururlar. Insanlar mallar üzərində sözün əsl mənasında ölüm-dirim mübarizəsi aparır. Onu da qeyd edək ki, 2006-cı ildən bu yana təkcə ABŞ-da bu alış-veriş zamanı sıxlıqda 10 nəfər ölüb, 111 nəfər yaralanıb.

"Qara Cümə" əsasən 1970-1990-cı illərdə ticarət mərkəzləri böyüdükdə populyarlaşıb və Amerika mədəniyyətinin vacib bir hissəsinə çevrilib. 2005-ci ildən etibarən "Qara Cümə" ABŞ-da İlin ən işlək alış-veriş günü adını alıb.

"Black" sözü İngiliscədə eyni zamanda mühasibatlıq dilində də tez-tez istifadə edilən bir sözdür. Belə ki, "Black" balansda qazanc ilə zərərin başabaş gəldiyi nöqtə üçün də istifadə edilən bir təbirdir. Bu səbəbdən də "Black Friday" şirkətlərin zərərdən başabaş nöqtəsinə gəlməsini təmin edən gün olaraq da adlandırılır.

İlk endirim necə yaranıb?

Endirimli ticarət ənənəsi Amerikada XIX əsrdə yaranıb. Bunun banisi də 1852-ci ildə anadan olmuş Frenk Vulvort sayılır. Məhz endirim fikrini ilk dəfə o, irəli sürüb. Pensilvaniyada dükanda satıcı köməkçisi işləyən gənc bir oğlan qiymətləri aşağı sala bilmədiyi üçün əsəb keçirirdi.

"Black Friday" haqqında bilmədiyiniz MARAQLI FAKTLARFrenk Vulvort

O dövrdə malların üzərində qiymət olmurdu və satıcılar hər müştəriyə bir qiymət deyirdilər. Bir dəfə satıcı səfərdə olan köməkçisi Frenk bir fikrə gəlir. O, bütün mövsüm mallarını piştaxtaya düzür və yanına "Bütün mallar 5 sent" yazısını qoyur. Bu, ilk endirim idi.

Uğur qazandıqdan sonra Frenk XX əsrin əvvəlində ilk pərakəndə satış şəbəkəsini qurub.

"Qara Cümə"nin rəqibi — "Singles Day"

"Qara Cümə" noyabrdakı yeganə alış-veriş festivalı deyil. Azərbaycanda hələ məşhur olmasa da, bir çox ölkələrdə 11 Noyabrda Bekarlar Günü qeyd olunur. Əsasən subay olanları təmsil edən "Singles Day" adı Çinə məxsusdur. Bu gün, xüsusən Asiyada böyük endirimlər olur.

"Black Friday" haqqında bilmədiyiniz MARAQLI FAKTLAR"Qara cümə" günü endrimləri ilə maraqlanan kişi və qadınların statistikası da hər zaman fərqli olur. Orta statistikaya görə, bu endirimdən 72 faiz qadınlar, 60 faiz isə kişilər yararlanır. Lakin pul xərcləmədə kişilər qadınlardan daha üstün olur. Belə ki, orta hesabla "qara cümə" günü bir qadın 1460 avro, bir kişi isə 2216 avro xərcləyə bilir. Bunlar hamısı təxmini hesablamalardır.

"Qara Cümə" müsəlman ölkələrində

Son illər "Qara Cümə" çılğınlığı Türkiyə, Pakistan, İndoneziya, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Səudiyyə Ərəbistanı Misir o cümlədən Azərbaycan kimi müsəlman ölkələrində də yayılıb. Lakin müsəlman ölkələrində bu cür bir qlobal alış-veriş kampaniyasının yayılmasını birmənalı qarşılamayan insanlar da var. Din xadimləri bu alış-veriş kampaniyasının müsəlmanların müqəddəs günü sayılan məhz cümə günündə baş tutmasının heç də təsadüfü olmadığını qeyd edir.

"Black Friday" haqqında bilmədiyiniz MARAQLI FAKTLARİslam üçün vacib günlərdən olan cümə günündə endirimlər edərək böyük gəlirlər əldə etməyə çalışanlar müsəlman din xadimləri tərəfindən tənqid edilir. Onu da bildirək ki, adını sadaladığımız müsəlman ölkələrində "qara cümə" kampaniyası baş tutsa da, çox zaman boykot da edilir. Çünki bir çox müsəlmanlar müqəddəs cümə günlərinə "qara cümə" deyilməsini təhqir sayır.

Qeyd edək ki, cümə günü, müsəlmanların həftəlik bayram günü sayılır. Bu münasibətlə müsəlmanlar cümə günü, ibadətlərinə daha çox diqqət yetirir. (musavat.com)

"Black Friday" haqqında bilmədiyiniz MARAQLI FAKTLAR


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1600   Tarix: 25 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Son Xəbərlər