"Bəhram Bağırzadədən əsər-əlamət qalmayıb" - Nazirliyin sözçüsü
Əməkdar artist Bəhram Bağırzadə Fikrət Əmirovun 100 illiyi münasibətilə keçirilən yubiley gecəsini tənqid etməsi müzakirələrə səbəb olub.
Axşam.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin mətbuat katibi Nuridə Allahyarova aktyorun sözlərinə reaksiya verib. O, Bağırzadənin paylaşımına bu sözləri yazıb:
"Hörmətli Bəhram bəy, ilk növbədə onu qeyd edim ki, mən sizin paylaşımınıza cavabı Azərbaycan dilində ifadə edəcəm. Çünki Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinə rəhbərlik edirəm və bildiyim qədərilə siz də ana dilimizdə təhsil almısınız, məni başa düşməkdə çətinlik çəkməyəcəksiniz. Əziz Bəhram bəy, dahi Fikrət Əmirovun yubiley tədbirləri çərçivəsində keçirilən konsertdən məmnun qalmadığınızı ötən gün geniş şərh etmişdiniz. Təbii ki, buna bir vətəndaş olaraq tam haqqınız var idi və bu səbəbdən şərhinizə xüsusi münasibət bildirmədim. Amma müəyyən texniki qüsurları olan konsertlə bağlı 2 gündür davam edən həyəcanınıza səbəb verə biləcək məqamları görə bilmirəm. Konsert sizin zalı tərk etməyinizlə müşayiət olunmadı, davam etdi. Konsertin sonunda ssenari və ifaları ayaqüstə alqışlayanlar isə nazirliyin əməkdaşları deyildi, sıravi Azərbaycan tamaşaçısıydı. Təxminən bir neçə ildir, sizin o tamaşaçıya kütlə münasibəti göstərdiyinizi, o sıravi Azərbaycan vətəndaşını "tin"ə sıxışdıraraq ələ saldığınızın (üzr də istəmisiniz buna görə) şahidi oluruq. İllər öncə Azərbaycanı böyük səhnələrdə layiqli təmsil edib, uğurlu çıxışları ilə bizi qürurlandıran adamdan əsər-əlamət qalmayıb. Fikrət Əmirov dahidir. Bu dünyaya bəlkə 100 ildə bir dəfə gələn dahi. Onun adına keçirilən konsertdə hər hansı qüsur olubsa, buna görə üzr istəyirəm. Amma bu konsert sizingünlərdir davam edən statuslarınızdakı təsvirin motivi olacaq qədər pis keçsəydi, o zalı tərk edənlər təkcə bir neçə nəfər olmazdı. Çünki bu xalq dəyərlərinə sahib çıxmağı bacarır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1906 Tarix: 25 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKişi icazəsiz evdən çıxan arvadını telefonla döydü
Kürdəmirdə kişi arvadını döyüb. Hadisə şəhər ərazisində qeydə alınıb. 54 yaşlı Cəfər İmanov (şərti adla) yaşadıqları evdə ondan icazəsiz tikinti materialları satışı mərkəzinə gedən arvadı ilə mübahisə edib. Mübahisə zamanı Cəfər əlindəki mobil telefonla arvadının sifət və sinə nahiyəsinə bir neçə dəf
15:00 142 İlham Əliyev: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"
Bu gün Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik, xoş ovqat, quruculuq meyilləri və cəmiyyətimizin vahid amal uğrunda birləşməsi, hesab edirəm ki, bugünkü dünyada az-az rast gəlinən mənzərədir. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəfər Günü münasibətil
12:39 137 Ölkə başçısı: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"
"Bu gün artıq Ermənistanla Azərbaycan arasında normallaşma prosesi gedir və ümid edirəm ki, bu proses konkret nəticələrə gətirib çıxaracaq". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib
16:17 51 Azərbaycan Prezidenti: "44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi"
"Şuşanın azad edilməsi həm böyük rəmzi məna daşıyırdı, həm də İkinci Qarabağ müharibəsinin önəmli hissələrindən biri idi". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında bildirib. "44 gün ərzind
16:16 54 Marneulidə faciə: Atasının ölüm xəbərini alan qızı da vəfat etdi
Gürcüstanın Marneuli rayonunda 50 yaşlarında kişi qəfil vəfat edib. -yə istinadən xəbər verir ki, kişinin iş yerində halı qəfil pisləşib və o, ürək çatışmazlığından dünyasını dəyişib. Məlumata görə, atasının ölümündən sarsılan orta yaşlı qızı da qısa müddət sonra qəfil vəfat edib
15:30 119 Dubay əmirindən boşanan Zeynəb 6 aydır övladlarını görə bilmir
Dubay əmiri ilə boşanan Zeynəb Cavadlı övladlarına qovuşmaq üçün BƏƏ-nin BMT-yə namizəd rəsmisinə müraciət edib. Axşam.az xəbər verir ki, Zeynəb Cavadlı iyunun 2-də Dubay polisi və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının evinə basqın etməsindən sonra üç qızını görmədiyini bildirib. O, hadisədə
13:00 180 Prezident: "Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur"
"44 günlük Vətən müharibəsi Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib. Müharibədən sonra Şuşada tarixi Şuşa Bəyannaməsinin imzalandığın
16:19 37 İrəvandan Tehrana TRIPP mesajı: "Layihə heç bir halda İrana qarşı yönəlməyəcək"
"İrəvan "Tramp marşrutu" (TRIPP) layihəsinin icrası zamanı heç bir halda İrana qarşı addımlar atmayacaq". TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib. "Biz heç vaxt İrana və ya hər hansı digər qonşumuza qarşı heç bir proses
14:20 141 "Əsir düşməyi mənəvi olaraq qəbul edə bilmirdim" - Vətən müharibəsi veteranı
"Müharibədə qorxmamaq mümkün deyil. Hər bir əsgərin döyüş meydanında öz qorxuları, narahatlıqları və üzləşmək istəmədiyi vəziyyətlər olur. Mənim ən böyük qorxum isə əsir düşmək idi. Bu, əsirlikdə çəkə biləcəyim əzab və işgəncələrlə bağlı deyildi. Sadəcə, Azərbaycan əsgərinin erməni tərəfinin əlind
12:41 157