Hakim İlkinə səsləndi: "Barəndə ən obyektiv qərarı mən verəcəm"
Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
BiG.AZ xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda İlkin Süleymanov ibtidai istintaq dövründə verdiyi etirafedici ifadəsinin yerində yoxlanılması ilə bağlı tərəflərin suallarını cavablandırıb.
APA-nın məlumatına görə, müdafiə tərəfi ifadənin yerində yoxlanılmasına aparılan zaman onun təzyiqlərə məruz qalıb-qalmaması ilə maraqlanıb.
İttiham olunan şəxs bu barədə danışarkən həmin vaxt Tovuz Rayon Polis Şöbəsinin rəis müavini olmuş Şahlar Cəfərovun adını çəkib.
İkin Süleymanovun dediyinə görə, hadisə yerinə aparılmazdan əvvəl rəis müavini ona hədə-qorxu gəlib, işgəncə verib: "Dedi ki, lazım gəlsə, əlli nəfər əlisilahlı gətizdirərəm, oranı mühasirəyə alaram. Başıma və bədənimin başqa yerlərinə içki şüşəsiylə zərbələr vurdu. Həmin vaxt bir nəfər polis əməliyyatçısı içəri daxil olub, Baş Prokurorluqdan gələnlərin qabağında artıq-əskik danışmamağımı tapşırdı".
Daha sonra İlkin Süleymanov dövlət ittihamçısının suallarını cavablandırıb.
Prokuroru ilk olaraq İlkin Süleymanovdan hadisə yerində ifadə verərkən nəyə görə ayağında ayaqqabı deyil, çəkələk olduğunu soruşub.
Təqsirləndirilən şəxs ayaqqabı geyinməməsinə səbəb kimi, işgəncə verildiyi üçün dabanlarının şişdiyini göstərib.
Prokuror isə "Görüntülərdə ağrıdığınız hiss olunmur, rahat gəzirsiniz", - deyə əlavə edib.
İlkin Süleymanov prokurorun bir neçə sualına "yadımda qalmayıb", "bilmirəm" kimi cavablar verib. Bu zaman məhkəməyə sədrlik edən hakim Dadaş İmanov İlkin Süleymanova müraciət edərək ondan hər şeyi dəqiqliklə danışmasını istəyib:
"İkin, əmin ol ki, mən sənin barəndə ən obyektiv qərarı verəcəm. Ona görə burda hər şeyi dəqiqliyi ilə danış. İttiham sənə istintaqa verdiyin ifadə əsasında verilib, indi hər şeyi dəqiqliyi ilə danışmalısan ki, biz obyektiv qərar çıxara bilək".
Proses noyabrın 29-u davam etdiriləcək.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb. İ.Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1512 Tarix: 24 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİrəvandan Tehrana TRIPP mesajı: "Layihə heç bir halda İrana qarşı yönəlməyəcək"
"İrəvan "Tramp marşrutu" (TRIPP) layihəsinin icrası zamanı heç bir halda İrana qarşı addımlar atmayacaq". TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib. "Biz heç vaxt İrana və ya hər hansı digər qonşumuza qarşı heç bir proses
14:20 141 Demokratlar Ukraynaya 15 milyard dollarlıq yardım paketi hazırlayır
ABŞ Demokratlar Partiyasının nümayəndələri Ukraynaya təxminən 15 milyard dollar məbləğində yeni hərbi yardım paketinin ayrılması, eləcə də Rusiyaya qarşı sanksiya təzyiqinin gücləndirilməsi imkanlarını müzakirə edirlər. "Report" xəbər verir ki, bu barədə "Financial Times" müzakirələrl
13:50 143 İlham Əliyevdən Rəcəb Tayyib Ərdoğana: "Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir"
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında deyib. Buna görə Türkiyə Prezidentinə xüsusi minnətdarlığını bildirən dövlətimizi
16:12 75 Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilib - YENİLƏNİB+Foto
Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilib. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb. 14:57. Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezident
16:15 123 "Əsir düşməyi mənəvi olaraq qəbul edə bilmirdim" - Vətən müharibəsi veteranı
"Müharibədə qorxmamaq mümkün deyil. Hər bir əsgərin döyüş meydanında öz qorxuları, narahatlıqları və üzləşmək istəmədiyi vəziyyətlər olur. Mənim ən böyük qorxum isə əsir düşmək idi. Bu, əsirlikdə çəkə biləcəyim əzab və işgəncələrlə bağlı deyildi. Sadəcə, Azərbaycan əsgərinin erməni tərəfinin əlind
12:41 157 ABŞ İrandan silah daşınmasının qarşısını almaq üçün əməliyyat qrupu yaradıb
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın quru sərhədləri və Xəzər dənizi üzərindən silah daşınmasının qarşısını almaq vəzifəsi daşınan xüsusi tapşırıq qrupunun yaradıldığını elan edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) sosial şəbək
14:50 123 Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - Video
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla çıxış ediblər. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb. Videonu təqdim edirik:
16:01 85 Prezident: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"
Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir. Azərbaycançılıq bütün vətəndaşlarımızı birləşdirən fəlsəfədir. Azərbaycançılıq bizi irəliyə aparan məfkurədir. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbayca
12:38 135 Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb
2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö
16:50 0