DYP bu sürücülərə MÜRACİƏT ETDİ

DYP bu sürücülərə MÜRACİƏT ETDİDaxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (DYP) beynəlxalq və şəhərlərarası sərnişin daşıması ilə məşğul olan sürücülərə müraciət edib.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, icbari fərdi qəza sığortası sərnişin daşımaları xidmətini həyata keçirən hava, su, dəmiryolu və avtomobil nəqliyyatı vasitələrində olan sərnişinlərin həyatı və sağlamlığı baxımından olduqca əhəmiyyətlidir:

"Bu növ sığorta sərnişinə səfər zamanı zərər dəyməsinə görə sığorta təminatının verilməsi məqsədi ilə tətbiq edilir. İndiyə qədər beynəlxaq sərnişin daşıması ilə məşğul olan sahibkarların fərdi qəza sığortası şəhadətnamə vasitəsilə ilə fiziki qaydada yoxlanılırdı. İndi bu yoxlanış elektron informasiya sistemi vastəsi ilə həyata keçiriləcək. Prosesə nəzarəti isə Daxili İşlər Nazirliyi edəcək. Beynəlxalq sərnişindaşıma ilə məşğul olan sahibkarlar bilməlidirlər ki, daşıdıqları sərnişinlərin fərdi qəza sığortası olmadıqda nəqliyyat vasitələri texniki baxışdan keçə bilməyəcək. Ona görə də texniki baxışa gəlməmişdən öncə icbari sığortanın olması vacibdir.

Bəzi sürücülər texniki baxış zamanı nəqliyyat vasitələrindəki nasazlıqları aradan qaldırmaq üçün onlara verilən 20 gün müddətinin son günündə avtomobillərini yoxlanışa gətirirlər. Bu da avtomobillərin texniki baxışdan keçirilməsində əlavə problemlər yaradır. Ona görə də Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlara nəqliyyat vasitələrindəki nasazlıqları vaxtında aradan qaldırıb texniki baxış üçün müraciət etməyi tövsiyə edir.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Texniki Müayinə Mərkəzləri hər gün səhər saat 09:00-dan 18:00-dək fasiləsiz fəaliyyət göstərir. Sürücülərdən xahiş olunur ki, texniki baxışa avtomobillərini saz vəziyyətdə təqdim etsinlər. Bundan başqa vətəndaşlar avtomobillərinin texniki baxışdan keçirilməsi ilə əlaqədar onları maraqlandıran məsələlərin operativ öyrənilməsi üçün 012-590-71-13 nömrəli qaynar xətlə də əlaqə saxlaya bilərlər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1075   Tarix: 23 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

İrəvandan Tehrana TRIPP mesajı: "Layihə heç bir halda İrana qarşı yönəlməyəcək"

"İrəvan "Tramp marşrutu" (TRIPP) layihəsinin icrası zamanı heç bir halda İrana qarşı addımlar atmayacaq". TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib. "Biz heç vaxt İrana və ya hər hansı digər qonşumuza qarşı heç bir proses

14:20 141
.

Demokratlar Ukraynaya 15 milyard dollarlıq yardım paketi hazırlayır

ABŞ Demokratlar Partiyasının nümayəndələri Ukraynaya təxminən 15 milyard dollar məbləğində yeni hərbi yardım paketinin ayrılması, eləcə də Rusiyaya qarşı sanksiya təzyiqinin gücləndirilməsi imkanlarını müzakirə edirlər. "Report" xəbər verir ki, bu barədə "Financial Times" müzakirələrl

13:50 143
.

İlham Əliyevdən Rəcəb Tayyib Ərdoğana: "Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir"

"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında deyib. Buna görə Türkiyə Prezidentinə xüsusi minnətdarlığını bildirən dövlətimizi

16:12 75
.

Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilib - YENİLƏNİB+Foto

Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilib. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb. 14:57. Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezident

16:15 123
.

"Əsir düşməyi mənəvi olaraq qəbul edə bilmirdim" - Vətən müharibəsi veteranı

"Müharibədə qorxmamaq mümkün deyil. Hər bir əsgərin döyüş meydanında öz qorxuları, narahatlıqları və üzləşmək istəmədiyi vəziyyətlər olur. Mənim ən böyük qorxum isə əsir düşmək idi. Bu, əsirlikdə çəkə biləcəyim əzab və işgəncələrlə bağlı deyildi. Sadəcə, Azərbaycan əsgərinin erməni tərəfinin əlind

12:41 157
.

ABŞ İrandan silah daşınmasının qarşısını almaq üçün əməliyyat qrupu yaradıb

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın quru sərhədləri və Xəzər dənizi üzərindən silah daşınmasının qarşısını almaq vəzifəsi daşınan xüsusi tapşırıq qrupunun yaradıldığını elan edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) sosial şəbək

14:50 123
.

Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla çıxış ediblər. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb. Videonu təqdim edirik:

16:01 85
.

Prezident: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir. Azərbaycançılıq bütün vətəndaşlarımızı birləşdirən fəlsəfədir. Azərbaycançılıq bizi irəliyə aparan məfkurədir. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbayca

12:38 135
.

Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö

16:50 0
.

Son Xəbərlər