Gözlərimizi necə qoruya bilərik? - VACİB QAYDALAR
Gözlərin sağlamlığını qorumaq üçün bir neçə sadə qaydalara riayət etmək kifayətdir.
Lent.az həmin qaydaları təqdim edir.
1. Kompüter istifadə edərkən fasilə verin
Kompüter gözlərinizə zərər verməz, amma göz yorğunluğu və quruluğuna səbəb ola bilər. "20-20" qaydasına əməl edin. Yəni 20 dəqiqədən bir, 20 saniyə müddət ilə təxminən 6 metr uzağa baxmağa çalışın. Bundan əlavə, monitorunuzu üst kənarı göz səviyyəsində olacaq şəkildə təxminən 50-60 santimetr uzağa yerləşdirin.
2. Gün eynəyindən istifadə edin
Günəş dəriniz kimi gözlərinizə də zərər verə bilər. Katarakt xəstəliyinin meydana gəlməsini sürətləndirdiyi kimi, günəş şüaları sarı nöqtə xəstəliyinə da səbəb ola bilər. Bundan əlavə, allergik şikayətlərinizin artmasının əsas səbələrindən biri məhz günəş şüalarıdır. Çöldə olduğunuz günlərdə hava buludlu belə olsa, gün eynəyi istifadə edin.
3. Gözlərinizin sağlamlığı üçün düzgün qidalanın
Sitrus bitkiləri, tünd yaşıl yarpaqlı tərəvəzlər, lobya, noxud, yağsız qırmızı ət və dənli bitkilər kimi həzm prosesinə köməkçi olan qidalar ürək üçün faydalı olduğu qədər göz sağlamlığınız üçün də yararlıdır. Eyni zamanda kök, balıq, üzüm, soğan və sarımsaq gözlərinizin sağlamlığı üçün köməkçi qidalardır. Sarı nöqtə xəstəliyinin qarşısını almaq üçün ispanaq, pomidor və qarağat kimi qidalar ilə yanaşı, C, E və A vitaminləri, maqnezium, selenium, sink kimi mineralları ehtiva edən qidalar da istehlak edə bilərsiniz.
4. Gözlərinizdəki problemlərə laqeyd yanaşmayın
Gözlərinizdə qaşıntı və ya qırmızılıq varsa soyuq kompres, antiallergik göz damlalarından istifadə edin. Gözünüzə qum düşmüş kimi hiss edirsinizsə, gözlərinizi təmiz su və ya gözyaşı damlası ilə durulayın. Gözlərinizdə ağrı, şişmə, işığa həssaslıq kimi dəyişikliklər hiss etdikdə, mütləq göz həkiminə müraciət edin.
5. Linzalarınızın təmizliyinə diqqət yetirin
Linzaları istifadə etməzdən əvvəl əllərinizi sabunla yuyun. Göz həkiminizin təsdiq etdiyi damcı və məhlullar istifadə edin. Linzaları yatmazdan əvvəl hər axşam çıxarın və istifadə xüsusiyyətlərinə görə hər 15 gün və ya bir aydan bir (maksimum halda 3 aylıq linzalardan istifadə edin) yenisi ilə dəyişdirin. Linzaların təmizləmək üçün istifadə etdiyiniz solüsyonları (məhlulları) hər gün yenisiylə dəyişdirməyə laqeyd yanaşmayın. Dənizə, ya da hovuza linzaları çıxarmadan girməyin. Linzaları gün ərzində 8 saatdan artıq istifadə etməyin. Kompüterdən istifadə edərkən gözləriniz sürətlə quruduğu üçün linza əvəzinə eynəkdən istifadə edin.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1274 Tarix: 21 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali
15:20 111 Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
13:12 149 İlham Əliyevdən Rəcəb Tayyib Ərdoğana: "Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir"
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında deyib. Buna görə Türkiyə Prezidentinə xüsusi minnətdarlığını bildirən dövlətimizi
16:12 75 Şuşada Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub - Video
Noyabrın 8-də Şuşada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Respublikasının Prezident
15:03 155 Demokratlar Ukraynaya 15 milyard dollarlıq yardım paketi hazırlayır
ABŞ Demokratlar Partiyasının nümayəndələri Ukraynaya təxminən 15 milyard dollar məbləğində yeni hərbi yardım paketinin ayrılması, eləcə də Rusiyaya qarşı sanksiya təzyiqinin gücləndirilməsi imkanlarını müzakirə edirlər. "Report" xəbər verir ki, bu barədə "Financial Times" müzakirələrl
13:50 143 Dünyadan "ərzaq yığın" ÇAĞIRIŞI: Niyə məhz 3 gün? - ŞOK DETALLAR
Dünyanın bir çox ölkəsi eyni vaxtda vətəndaşlarına evlərində ərzaq və su ehtiyatı toplamaqla bağlı çağırış edərək həyəcan təbili çaldı. Bəs bu addımın arxasında hansı səbəblər dayanır və əslində nə baş verir?. "GZT"yə istinadən xəbər verir ki, müasir dövrdə hər hansı bir ölkəni böhrana sürükləmə
16:00 85 İrəvandan Tehrana TRIPP mesajı: "Layihə heç bir halda İrana qarşı yönəlməyəcək"
"İrəvan "Tramp marşrutu" (TRIPP) layihəsinin icrası zamanı heç bir halda İrana qarşı addımlar atmayacaq". TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib. "Biz heç vaxt İrana və ya hər hansı digər qonşumuza qarşı heç bir proses
14:20 141 Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video
8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri
13:39 200 Azərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə
15:40 98