Bakıda UBO-nun Dünya kəməri uğrunda döyüş keçirilib

Bakıda UBO-nun Dünya kəməri uğrunda döyüş keçirilib"Azərbaycan Peşəkar Boks Federasiyası"nın dəstəyi, "Karapapak Fight club & Promotion", "MCM Fight Promotion" və "TGA Promotion & Management"in birgə təşkilatçılığı ilə Bakıda UBO-nun (Universal Boxing Organization) orta-ağır çəki dərəcələrində Dünya kəməri uğrunda döyüş keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən "Azərbaycan Peşəkar Boks Federasiyası"nın 1-ci vitse prezidenti Fərhad Acalov ölkəmizdə peşəkar boksun inkişafından danışıb və bundan sonra da bu kimi yarış və tədbirlərin silsilə olaraq davam edəcəyini bildirib.

"Karapapak Fight Club & Promotion"ın prezidenti Aqil Acalov çıxışında Azərbaycanda peşəkar boksun inkişafı yolunda atılan addımlar və təşkil olunan belə əhəmiyyətli yarışlar üçün Federasiyaya təşəkkürünü bildirərək bundan sonra da bu idman növünün inkişafında əlindən gələn dəstəyi göstərməyə hazır olduğunu deyib.

Daha sonra öz çıxışlarında "TGA Promotion & Management"in prezidenti Taryel Cəfərov və "MCM Fight Club & Promotion"ın prezidenti Cavidan Məmmədov idmançıları bu günə qədərki uğurlarına görə təbrik edib və fəaliyyətlərində daha böyük uğurlar, qələbələr arzulayıblar.

Tədbirin bədii hissəsində "Cigitlər" rəqs qrupunun, Buta Band Group və Yaşar Yusubun musiqi töhfələrinin ardınca gecənin döyüşləri baş tutub.

Ümumilikdə müxtəlif çəki dərəcələrində 7 döyüş keçirilib:

1. Ağır çəki dərəcəsində Mirzəli Samir və Elnur Məmmədov arasındakı döyüşdə Elnur 2-ci raundda texniki nokautla qalib gəlib;

2. 61 kq-a qədər çəki dərəcəsində Tayfur Əliyev və Sərxan Əhmədov arasındakı döyüşdə Tayfur yekdil qərar ilə qalib gəlib;

3. Ağır çəki dərəcəsində küveytli Hamzah Albahbahani və azərbaycanlı Müqavil Musayev arasındakı döyüşdə küveytli idmançı dizindən aldığı zədə səbəbi ilə 3-cü raunda çıxmaqdan imtina edib;

4. 91 kq-a qədər çəki dərəcəsində pakistanlı Abi Cozi Xan və azərbaycanlı Taryel Cəfərov arasındakı döyüşdə Taryel 1-ci raundda Texniki nokautla qalib gəlib;

5. 70 kq-a qədər çəki dərəcəsində Seyidağa Nağıyev və Ruslan Rəhimov arasındakı döyüşdə Ruslan hakimlərin yekdil qərarı ilə qalib gəlib;

6. Orta çəki dərəcəsində Xanbala Qurbanov və Sərxan Əliyev arasındakı döyüşdə Sərxan hakimlərin yekdil qərarı ilə qalib gəlib;

7. Gəcənin əsas döyüşündə, 79.3 kq çəki dərəcəsində, 12 raundluq "UBO Light Heavy Weight World Title" uğrunda türkiyəli boksçu Hasan Kubilay Alcu və azərbaycanlı Ayxan İsmayılov üz-üzə gəliblər. Bərabər keçən döyüşdə, təəssüflər olsun ki, çiynindən aldığı zədə səbəbindən 6-cı raunda çıxa bilməyən Ayxan İsmayılov məğlub olub, Hasan Kubilay Alcu isə UBO dünya kəmərini qazanıb.

Gecədə fəxri qonaq qismində "WBC Silver Asia" ve "WBC international" çempionu və UBO dünya çempionu türkiyəli Serdar Avcı, hazırda Mayamidə yaşayan, peşəkar boksda "WBA international champion" kəməri olan həmyerlimiz Ramal Amanov, eyni zamanda idman ictimaiyyətinin tanınmış nümayəndələri, incəsənət nümayəndələri, ictimai, siyasi xadimlər iştirak ediblər.

Sonda Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin idman sahəsində də əhəmiyyətini vurğulayan Fərhad Acalov Serdar Avcıya təşəkkürünü bildirərək "Dəmir yumruq" simvolik heykəli və digər hədiyyələri təqdim edib.

Bakıda UBO-nun Dünya kəməri uğrunda döyüş keçirilibBakıda UBO-nun Dünya kəməri uğrunda döyüş keçirilibBakıda UBO-nun Dünya kəməri uğrunda döyüş keçirilibBakıda UBO-nun Dünya kəməri uğrunda döyüş keçirilibBakıda UBO-nun Dünya kəməri uğrunda döyüş keçirilibBakıda UBO-nun Dünya kəməri uğrunda döyüş keçirilibBakıda UBO-nun Dünya kəməri uğrunda döyüş keçirilibBakıda UBO-nun Dünya kəməri uğrunda döyüş keçirilibBakıda UBO-nun Dünya kəməri uğrunda döyüş keçirilibBakıda UBO-nun Dünya kəməri uğrunda döyüş keçirilibBakıda UBO-nun Dünya kəməri uğrunda döyüş keçirilibBakıda UBO-nun Dünya kəməri uğrunda döyüş keçirilibBakıda UBO-nun Dünya kəməri uğrunda döyüş keçirilibBakıda UBO-nun Dünya kəməri uğrunda döyüş keçirilibBakıda UBO-nun Dünya kəməri uğrunda döyüş keçirilibBakıda UBO-nun Dünya kəməri uğrunda döyüş keçirilibBakıda UBO-nun Dünya kəməri uğrunda döyüş keçirilibBakıda UBO-nun Dünya kəməri uğrunda döyüş keçirilibBakıda UBO-nun Dünya kəməri uğrunda döyüş keçirilibBakıda UBO-nun Dünya kəməri uğrunda döyüş keçirilibBakıda UBO-nun Dünya kəməri uğrunda döyüş keçirilibBakıda UBO-nun Dünya kəməri uğrunda döyüş keçirilibBakıda UBO-nun Dünya kəməri uğrunda döyüş keçirilibBakıda UBO-nun Dünya kəməri uğrunda döyüş keçirilibBakıda UBO-nun Dünya kəməri uğrunda döyüş keçirilibBakıda UBO-nun Dünya kəməri uğrunda döyüş keçirilibBakıda UBO-nun Dünya kəməri uğrunda döyüş keçirilib


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 704   Tarix: 20 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Dubay əmirindən boşanan Zeynəb 6 aydır övladlarını görə bilmir

Dubay əmiri ilə boşanan Zeynəb Cavadlı övladlarına qovuşmaq üçün BƏƏ-nin BMT-yə namizəd rəsmisinə müraciət edib. Axşam.az xəbər verir ki, Zeynəb Cavadlı iyunun 2-də Dubay polisi və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının evinə basqın etməsindən sonra üç qızını görmədiyini bildirib. O, hadisədə

13:00 180
.

Misir 12 illik fasilədən sonra Liviyanın paytaxtında səfirliyini yenidən açıb

Misir 2014-cü ildən fəaliyyət göstərməyən səfirliyini Liviyanın paytaxtı Tripolidə yenidən açıb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Misirin Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, bu addım Qahirənin Əbdülhəmid Dbeibənin rəhbərlik etdiyi, beynəlxal

12:50 149
.

Kirill Budanov rus dilində danışdığına görə cərimə ödəyəcək

Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov Petropavlovskaya Borşaqovkada baş verən iğtişaşlar zamanı rus dilindən istifadə etdiyinə görə cərimə ödəyəcək. xəbər verir ki, bu barədə "RBK Ukrayna" dövlət dilinin mühafizəsi üzrə müvəkkil Yelena İvanovskayanın sosial şəbəkədəki paylaşımın

14:30 138
.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib - Foto/Video

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

13:59 183
.

İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur"

"Böyük coğrafiyanı əhatə edən ərazidə Türkiyə-Azərbaycan birliyi önəmli amildir. Bu sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında söyləyib. "Bi

16:34 0
.

Prezident: "Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!"

Əminəm, hər birimiz özümüzə deyirik: Biz elə güclü olmalıyıq ki, bundan sonra heç kimin ağlına belə Azərbaycana zərər vermək gəlməsin! Əminəm ki, belə də olacaq. BİG.AZ AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində deyib. Dövlətimizi

12:41 163
.

Azərbaycan Prezidenti: "44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi"

"Şuşanın azad edilməsi həm böyük rəmzi məna daşıyırdı, həm də İkinci Qarabağ müharibəsinin önəmli hissələrindən biri idi". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında bildirib. "44 gün ərzind

16:16 54
.

Azərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?

Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali

15:20 111
.

Alyona Əliyeva: "Şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik" - Foto

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva 8 Noyabr - Zəfər Günü münasibətilə paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir:. "8 Noyabr - Zəfər Günü münasibətilə xalqımızı səmimi-qəlbdən təbrik edirik! Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əzi

15:59 83
.