"Qara cümə"nin real üzü - ARAŞDIRMA

"Qara cümə"nin real üzü - ARAŞDIRMA25 noyabr dünyada və Azərbaycanda "Black Friday", yəni "Qara cümə" endirim festivalı kimi qeyd olunur. "Black Friday" ABŞ-da noyabr ayının dördüncü cümə axşamı günü qeyd olunan Şükranlıq bayramından sonrakı cüməyə verilən qeyri-rəsmi addır. 1952-ci ildən həmin günü Yeni il üçün alış-veriş mövsümünün başlanğıcı olaraq qəbul edirlər. Lakin bu günə "Black Friday" adı ilk dəfə 1961-ci ildə qəzetlər tərəfindən qoyulub. Səbəb kimi həmin gün Filadelfiyada alış-verişə görə nəqliyyatda yaranan tıxaclar və digər çətinliklər göstərilib. "Qara cümə", əsasən, 1970-1990-cı illərdə ticarət mərkəzləri böyüyərkən populyarlaşıb. 1975-ci ildən Filadelfiyanın hüdudlarını aşıb. "Qara cümə" son illər Azərbaycanda da reallaşdırılır. Həmin gün mağazalarda, alış-veriş mərkəzlərində, restoranlarda endirim kampaniyaları olur. Bəzən isə hətta 50-70 faiz endirimlərin ediləcəyi barədə elanları da görmək mümkündür.

Bəs əslində, bu endirimlər realdırmı?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Marketoloq Seymur Quliyev bildirib ki, digər ölkələrdə 70-80-90 faizlik böyük endirimlər, həqiqətən də, olur, lakin Azərbaycanda belə deyil:

"Azərbaycandakı "Qara cümə"də 20-30, maksimum 40 faizlik endirimlər ola bilər. Lakin 70-80-90 faizlik endirimlərin mümkün olmasını düşünmürəm. Çünki bizim ölkədə satılan idxal malları, əsasən, başqa ölkələrdən gətirilir, yerli istehsal deyil. Burada gömrük rüsumu, daşınma xərcləri, icarə qiymətlərinin yüksək olması, işçi xərcləri və s. var. Bu da məhsulların qiymətinin yüksək olmasına gətirib çıxarır. Ona görə Azərbaycanda qiymətləri süni şəkildə qaldırıb, daha sonra əvvəlki qiymətinə endirib, fürsət adı ilə müştərilərə təqdim edirlər".

İqtisadçı ekspert Pərviz Heydərovun sözlərinə görə, məhsullarda birdən-birə bu qədər böyük endirimlər şübhələr yaradır:

"Mağazanın qarşısından keçəndə görürük ki, 50-70 faiz endirim yazılıb. Faiz yerinə elə rəqəmlər qeyd edilir ki, istehlakçı üçün sual yaranmalıdır. Bu qədər məhsulun birdən-birə 50-70 faiz endirimi nə deməkdir? Bəs onun maya, istehsal dəyəri, ticarət xərcləri? Əgər mağaza müflis olub, bağlanmaq üzrədirsə, bu, başqa məsələ. Mağaza məhsulun qiymətinə bu qədər dəyişiklik edirsə, deməli, burada "sabun köpüyü" elementi, yəni şişirtmə var. Müəyyən brend məhsullar üzrə ölkəmizdə satış məntəqələrində qiymətlərin şişirdilməsi amili mövcuddur. Ümumiyyətlə, istehlak bazarımızda qiymətlərin formalaşması prosesində "sabun köpüyü" elementinin rolu böyükdür".

Marketinq və biznesin idarə edilməsi üzrə mütəxəssis Elxan Mərdanlının fikrincə, əvvəllər mağazalar insanları aldatsa da, hazırda belə hallar azdır:

"Bir neçə il bundan öncə feyk fəaliyyət göstərən şirkətlər, mağazalar qiymətləri qaldırıb, sonra satış qiymətinə salırdılar. Bazarımızda da getdikcə markalaşma formalaşdığına, real, şəffaf fəaliyyət göstərən şirkətlər artdığına görə bu tipli fəaliyyətlər artıq yığışdırılıb. Ola bilər ki, çox cüzi qalar".

Ekspert qeyd edib ki, məhsullarda endirim maksimum 70 faiz ola bilər:

"70 faiz endirim edildikdə bu, maya dəyərinin özü olur. 70 faizdən yuxarı endirim malın maya dəyərindən də aşağı qiymət formalaşdırır. Təbii ki, hər hansı malın maya dəyərindən aşağı qiymət formalaşırsa, bu, sahibkarı kifayət qədər ziyana aparır. 70 faiz endirimi 2-3, hətta 4 mövsüm əvvəldən anbarlarda qalan, trenddən düşən, müştərilərin almadığı, bəyənmədiyi məhsullara tətbiq edib, satılmayan məhsulların hamısını əldən çıxarırlar".

E.Mərdanlı bildirib ki, sahibkarlar hazırda trend olan yeni kolleksiyalardansa, alınmayan məhsulları satmağa daha çox üstünlük verirlər:

"Çünki yüksək endirimləri daha çox köhnə məhsullara tətbiq edirlər. Yeni mövsüm məhsullarında endirimlər maksimum 30-35 faiz ola bilər. Çünki yeni kolleksiyalara çəkilən xərci, vergi və rüsumları geri qaytarmadan məhsulları yüksək endirimlə satmaq sahibkarlara sərf etmir".

Mütəxəssisin sözlərinə görə, insanlar özləri də mağazalarda monitorinq apara bilərlər:

"Müştərilər sevdikləri mağazalardakı qiymətləri əvvəldən özləri üçün qeyd edib, festival zamanı yenidən yaxınlaşıb baxa bilərlər ki, tətbiq olunan endirimlər realdır, ya yox? Real deyilsə, aidiyyəti qurumlara şikayət edib, sahibkarların düzgün qiymət təyin etməsinə nail ola bilərlər".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1872   Tarix: 20 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yay fəsli uzanır... 6 ay davam edəcək

Uzunmüddətli müşahidələr göstərir ki, yay hər il bir gün uzanır. Qlobal istiləşmə səbəbindən Avropa tədricən ənənəvi mövsümi dövrünü itirir. Yay uzanır, yaz və payız isə qısalır. xarici mediaya istinadən bildirir ki, bu barədə İspaniya Milli Meteorologiya Agentliyi (AEMET) məlumat yayıb. 1980-ci illərdə

08.11.2026 216
.

Tək səyahət üçün ən yaxşı şəhərlər - Siyahı

Təkbaşına səyahət etmək son illərdə sürətlə məşhurlaşsa da, düzgün istiqamət seçmək xüsusilə ilk dəfə yola çıxanlar üçün asan deyil. Beynəlxalq yük saxlama platforması "Radical Storage" tərəfindən hazırlanan "Tək Səyahət İndeksi" ("Solo Travel Index") Avropanın ən çox ziyarə

03.11.2026 625
.

Ehtiyat hissələri alarkən ən çox edilən 5 səhv

Avtomobil ehtiyat hissələri alarkən diqqətli olmaq vacibdir, çünki səhv seçimlər həm maliyyə zərərlərinə, həm də avtomobilin performansına mənfi təsir göstərə bilər. Ehtiyat hissəsi alarkən, düzgün qərarlar vermək avtomobilinizin performansını və təhlükəsizliyini təmin etmək üçün vacibdir. Ehtiyat hissəs

06.11.2026 554
.

"Onların pulu ancaq bədən kəsdirməyə gedir"

Əməkdar artist Elza Seyidcahan xanımların xarici görünüşü və sənətə münasibəti ilə bağlı səsləndirdiyi fikirlərlə gündəmə gəlib. Axşam.az xəbər verir ki, müğənni "Kəşfet" verilişində qonaq olarkən bir çox ifaçının bir-birinə bənzəməyə çalışdığını bildirib. O, həmçinin onların estetik əməliyyatlar

16:00 145
.

Velosipedi yenidən kəşf etmək də olurmuş... - Fotolar

Nigeriyanın Kebbi əyalətində yaşayan 19 yaşlı Bello Məhəmməd müstəqil şəkildə dizayn edib hazırladığı fövqəladə nəqliyyat vasitəsi ilə dünya rekorduna imza atıb. "Qafqazinfo" xəbər verir ki, peşəkar kömək almadan 2.9 metr hündürlüyündə velosiped quraşdıran gənc "Ginnesin Rekordlar Kitabı"n

06.11.2026 352
.

Hər gün soyuq duş qəbul etsəniz, nə baş verər?

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanların xəstəlik səbəbindən işə getmədikləri günlərin sayının azalması və özlərini daha yaxşı hiss etmələri ilə əlaqəli ola bilər. xarivi KİV-ə istinadən xəbər verir ki, İsveçrənin Bazel Universitetinin psixoloqu Lena Qlazer soyuq duşun insan orqanizminə təsirin

08.11.2026 227
.

Meqan Marklın atası həbs edildi

Meqan Marklın atası Tomas Marklın ABŞ Federal Təhqiqat Bürosu (FBI) tərəfindən saxlanıldığı iddia olunur. Axşam.az xəbər verir ki, "Daily Mail" nəşrinin məlumatına görə, 82 yaşlı kişi Floridada, demensiya xəstələri üçün nəzərdə tutulan xüsusi qayğı müəssisəsində cümə günü səhər saatlarınd

07.11.2026 251
.

Hansı qan qrupu daha uzunömürlü ola bilər? - Alimlər araşdırdı

Müxtəlif qan qruplarına sahib insanların təhlükəli xəstəliklərə tutulma riski və sağlamlıq göstəriciləri bir-birindən fərqlənə bilər. Alimlər dörd qan qrupu arasında müəyyən fərqlər aşkarlayıblar. Bəzi araşdırmalarda ən əlverişli göstəricilər birinci qan qrupuna malik insanlarda müşahidə olunub. xəbə

01.11.2026 599
.

Tozsoran niyə zəif çəkir? - 3 əsas səbəb

Tozsoran əvvəlki kimi tozları yaxşı təmizləmirsə, bu, cihazın sıradan çıxması demək deyil. Əksər hallarda problem çirklənmiş filtrlər, tıxanmış boru və ya dolmuş toz qabı ilə bağlı olur. xəbər verir ki, mütəxəssislərin fikrincə, bir neçə sadə yoxlama ilə problemin səbəbini müəyyənləşdirmək və əlavə xər

01.11.2026 497
.