Niyə bəzi dərmanlar apteklərdən yoxa çıxıb? - ARAŞDIRMA

Niyə bəzi dərmanlar apteklərdən yoxa çıxıb? - ARAŞDIRMAÖlkədə dərman preparatları ilə təminatda böyük problem yaşanır. Vətəndaşlar bir çox dərmanları apteklərdə tapa bilmirlər. Çox hallarda isə reseptdəki dərmanları almaq üçün aptek-aptek gəzməli olurlar. Bəs səbəb və çıxış yolu nədir?

Mövzu ilə bağlı "Kaspi" qəzetinin yazısını təqdim edirik.

"Dünən Sabunçudakı bütün apteklərə baxmışam. Uşaq üçün bir dənə də sirop yoxdur. Əvvəl "Nurofen" istəyəndə 5-6 cür əvəzedici təklif edirdilər. İndi heç biri yoxdur. Qızdırma üçün şamlar da yoxa çıxıb".

Son vaxtlar bu tipli statusları sosial şəbəkələrdə çox görürük. Çünki "Aspirin kardio", "Nurofen", "Tetrasiklin", "Valerian", öskürək əleyhinə siroplar və s. kimi hər zaman əlçatan olan dərmanları apteklərdə tapmaq olmur. Ancaq tək bu tipli deyil, ümumilikdə, bir çox dərman vasitələrini tapmaqla bağlı insanlar problem yaşayır.

Məsələn: "Epilepsiya xəstələri üçün nəzərdə tutulan "Karbamazepin" dərmanı yoxa çıxdı. Bir müddətdən sonra əvəzləyicisi olan "Finlepsin" yoxa çıxdı. Bircə ümid qalmışdı "Finlipsal"a, o da artıq tapılmır".

"Ürək əməliyyatı keçirən insanlara həkimlər ömürlük "Varfarin" dərmanı yazır. Bu dərman neçə aydır yoxa çıxıb. Ya da varsa, 4 manatlıq dərmanı əl altdan 30-40 manata ala bilərsən".

Həkimlərin də problemlə bağlı paylaşımları çoxalıb: "Kardiologiyada aspirin nə deməkdirsə, psixiatriyada da "Haloperidol" dərmanı odur. İllərdir bir çox şizofreniya xəstəsinin təməl ehtiyaclarından olan bu dərman son vaxtlar tapılmır".

"Xroniki xəstələrin illərlə qəbul etdiyi preparatlar ya tapılmır, ya da baha qiymətə tapılır".

8 ay keçib, həll tapılmadı?

Yəni bəzi dərmanları tapa bilmirik. Bəzilərini isə tapmaq heç də asan deyil. Belə ki, əvvəllər həkim resept yazırdı, çox zaman bir aptekdən alırdın. İndi bir resept üçün aptek-aptek gəzməli olursan. Pandemiyanın çox aktiv dövründə başadüşülən idi, ancaq hazırda bu problem getdikcə dərinləşir. Dərman təhlükəsizliyi ilə bağlı artıq ciddi problem var. Məsələ gündəmə gələndən isə Səhiyyə Nazirliyi bildirir ki, apteklərin dərman vasitələri ilə təminatı səlahiyyətləri daxilində deyil. Nazirliyin Analitik Ekspertiza Mərkəzi isə yalnız dərman preparatlarının dövlət qeydiyyatına alınması və keyfiyyətə nəzarəti həyata keçirir.

Ümumiyyətlə isə, dərman çatışmazlığına səbəb olaraq Rusiya-Ukrayna münaqişəsi göstərilir. Çünki Azərbaycana dərman vasitələri, əsasən, Türkiyə, Rusiya, Ukrayna, Hindistan və digər Avropa ölkələrindən idxal olunur. Burada Rusiya və Ukraynanın payı çox böyükdür. Ancaq münaqişənin başladığı 8 aydan çoxdur və nə vaxt da bitəcəyi məlum deyil. Uzun zamandır ki, dərman problemi yaşanır. Bu müddətdə niyə alternativ həll yolu tapılmayıb? Ümumiyyətlə, dərmanla təminatımız niyə bu səviyyəyə düşüb? Çıxış yolu nələrdir?

Rusiya və Ukraynanın əvəz edilməmə səbəbi

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli deyir ki, Azərbaycan dərmanla təminat məsələsində 99 faiz idxaldan asılı olduğu üçün bu cür problemin bir gün yaşanacağı gözlənilən idi: "Azərbaycan çox vacib, ən sadə və həyati əhəmiyyət daşıyan dərman preparatlarının belə istehsalını qura bilməyib. Hər dəfə müsahibələrimizdə deyirdik ki, günün birində Azərbaycanın dərman təchizatında problem yaşana bilər. Bunun olmaması üçün yeni əczaçılıq zavodlarının inşa olunmasını, bu sahəyə investisiya qoyulmasının vacibliyini qeyd edirdik. Dövlətin birbaşa investisiyası olmalıdır. Zamanla dünyada baş verən qlobal tendensiyalar Azərbaycanda bu problemin dərinləşməsinə gətirib çıxardı. Rusiya-Ukrayna münaqişəsinin böyük təsiri oldu".

Azərbaycan dünyanın bir çox ölkəsindən dərman idxal edir. İ.Hüseynli Rusiya, Ukrayna, Belorusdan olan idxalı tam əvəzləyə bilməməyimizin iki səbəbi olduğunu dedi: "Birincisi, Azərbaycana 5 500-dən çox dərman idxal olunur. Onun Rusiya, Ukrayna və Belorusun payına düşən hissəsi böyükdür. Onların hamısının əvəzlənməsi bir az çətindir. Rusiya bazarında istehsal oluna dərman çeşidləri Türkiyə ilə eyni deyil. Məsələn, ola bilsin ki "Vitamin C" amplua şəklində yalnız Ukrayna və Rusiyada istehsal olunur, Türkiyə və İtaliyada yox. Dünyanın bütün zavodları hər şeyi istehsal etmir. Analoqları olanları gətirirlər.

Səhiyyə Nazirliyi bu problemdən yaxa qurtarmağa cəhd eləməsin. İdxalın əvəzlənməsində problem yaradan ikinci problem nazirliyə bağlıdır. Ölkədə dərman preparatlarının dövlət qeydiyyatına alınması işini nazirliyin nəzdindəki mərkəz həyata keçirir. Dərman preparatlarının idxalının həyata keçirilməsində süründürməçilik var. Qeydiyyat prosedurları sadələşdirilməlidir. Məsələn, ampisilin idxal ediləcək. Biri 0,5, biri də 1 qramlıqdır. Hər biri nazirlik tərəfindən ayrı-ayrılıqda qeydiyyatdan keçməlidir. Amma tərkibi eynidir, çəki fərqi var. Üstəlik, qeydiyyat üçün çox sayda sənəd tələb olunur. O sənəd çatmır, bunu gətir, onu gətir. Sonra növbə gözləyirsən ki, nə vaxt qeydiyyata alacaqlar. Bu proses 6-7 ay vaxt aparır. Qeydiyyatdan sonra bir preparatın idxalı üçün icazə müddəti 5 illikdir. 5 il idxal edirsən, sonra yenidən qeydiyyat proseduruna keçirsən. Zaman da sürətlidir. 10 dərmanın bu gün, 10-nun sabah 5 ili tamam olur. Beləliklə, 6-7 ay sənədləşmə getdiyi üçün həmin dərmanla bağlı problem yaranır. Çünki o dərmanı başqa şirkət gətirmir".

"Dərman gətirmək şirkətlərə sərfəli deyil"

İ.Hüseynli problemin bir əsas səbəbinin də sahibkarların bioloji aktiv maddələr idxalına daha çox maraq göstərməsi olduğunu deyir: "Dərman vasitələrinin qiymətinin Tarif Şurası tərəfindən müəyyənləşməsi sahibkarları daha çox dərman preparatları deyil, bioloji aktiv əlavələri gətirməyə yönləndirdi. Çünki bioloji aktiv maddələrin Səhiyyə Nazirliyində qeydiyyatı tələb olunmur. Qida Təhlükəsizliyi Agentliyindən uyğunluq sertifikatını alıb istədikləri qiymətə sata bilirlər. Bioloji aktiv maddələrin satışından çox yaxşı gəlir əldə edirlər. Dərman vasitələri idxal etmək isə sərf etmir".

Ekspert bildirdi ki, bəzi dərmanların satış, saxlanması ilə bağlı müəyyən tələblərin qoyulması da həmin dərmanların tapılmasında problem yaradan məsələ olub: "Narkotik tərkibli, yaxud psixotrop dərman vasitələrinin satışının uçot sistemi tətbiq olundu. O dərman preparatlarının satışını həyata keçirmək üçün apteklərə xüsusi göstərişlər tələb kimi qoyuldu. Ayrıca otaq şəklində saxlanması, Daxili İşlər Nazirliyindən xüsusi icazənin, qeydiyyatın alınması və s. məsələlər oldu. Bu prosedurlar artdıqca, həm də apteklərin çoxlarının həmin o standartlar çərçivəsində qurulması, obyekt içərisində onu yaratmaq xeyli çətin olduğuna, imkanlar məhdud olduğuna görə, xeyli aptek bundan imtina etdi. Həmin dərmanların satışını həyata keçirəcək apteklərin sayı 10-20 dəfə azaldı".

3 həll yolu

Millət vəkili Müşfiq Məmmədli deyir ki, ölkənin dərmanla təminat məsələsində hazırda yaranan problemin həlli üçün 3 önəmli addım atılmalıdır: "Problemlə bağlı müzakirələrdə təkliflərimizi səsləndiririk. Bununla bağlı müxtəlif orqanlar qarşısında məsələ qaldırmışıq, təkliflərimizi vermişik. Problemin həlli üçün bir neçə istiqamətdə iş görülməlidir. 3 əsas nüans burda önəmlidir. Birincisi, daxili dərman preparatlarının istehsalının stimullaşdırılması üçün lazımi addımlar atılmalıdır. İkincisi, dərman preparatlarının qeydiyyat proseduru asanlaşdırılmalıdır. Təbii ki, insan sağlamlığından söhbət gedir, dərman qrupları fərqlidir, hər birinə yanaşma müxtəlif olmalıdır. Amma sadələşdirmə mümkün olan istiqamətdə buna gedilməlidir. Üçüncü məsələ isə, alternativ əlaqələrin qurulmasıdır. Bu istiqamətdə Səhiyyə Nazirliyi müəyyən işlərə başlayıb. Latın Amerikası ölkələri, Türkiyə və yaxın Avropa ölkələri ilə əməkdaşlıq üçün addımlar atılır".

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə deyib ki, Azərbaycan hökuməti dərman vasitələri ilə bağlı yeni proqram hazırlayır.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 884   Tarix: 20 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Plastik pəncərələr də evə soyuq buraxır - Bu cür həll edin

Soyuq havalarda pəncərələrin kifayət qədər izolyasiya olunmaması evin sürətlə soyumasına və istilik xərclərinin artmasına səbəb ola bilər. Lakin pəncərələri dəyişdirmədən də evdə istiliyi qorumağın bir neçə sadə və effektiv üsulu var. xarici mediaya istinadla xəbər verir ki, pəncərələr evdəki istili

01.11.2026 467
.

Evdə eşitdiyiniz bu 5 səs təhlükə xəbərdarlığı ola bilər

Evdə eşidilən bəzi qeyri-adi səslər ciddi texniki nasazlıqların xəbərçisi ola bilər. Su borularından gələn döyüntü, elektrik rozetkalarından eşidilən xışıltı və ya kondisionerin qeyri-adi səs çıxarması bəzən yanğın, su basması və bahalı təmir işləri ilə nəticələnə biləcək problemlərə işarə edir. xaric

01.11.2026 689
.

Turlar.az - Turizm elanları saytı

saytında bir-birindən maraqlı və sərfəli elanlar sizi gözləyir!. İstirahət etmək üçün yeni məkan axtarırsınız? Tez-tez getdiyiniz yerlər daha sizə darıxdırıcı gəlir? Gedəcəyiniz yeni məkanı müəyyənləşdirməkdə çətinlik çəkirsiniz? O zaman vaxt itirmədən pulsuz turizm elanları saytına daxil olun. Bu fürsə

03.11.2026 654
.

Payızda yarpaqların rəngini dəyişən görünməz proses

Payız fəslinin gəlişi ilə ağacların yaşıl yarpaqları sarı, narıncı, qırmızı və hətta bənövşəyi rənglərə bürünür. Təbiətdə müşahidə olunan bu dəyişiklik sadəcə mövsümi gözəllik deyil, ağacların qışa hazırlaşması ilə bağlı mürəkkəb biokimyəvi prosesin nəticəsidir. Qaynarinfo xəbər verir ki, Türkiyəni

06.11.2026 369
.

Gələn il maaşlar BU QƏDƏR ARTACAQ

2027-ci ildə Azərbaycanda minimum əməkhaqqının artırılması gözlənilir. İqtisadi göstəricilər və inflyasiya səviyyəsi nəzərə alınmaqla, artımın 10-15 faiz arasında ola biləcəyi ehtimal edilir. Minimum əməkhaqqının artırılması zamanı əhalinin alıcılıq qabiliyyəti ilə yanaşı, biznes sektorunun imkanlarını

01.11.2026 695
.

Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün

Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul

07.11.2026 232
.

Tək səyahət üçün ən yaxşı şəhərlər - Siyahı

Təkbaşına səyahət etmək son illərdə sürətlə məşhurlaşsa da, düzgün istiqamət seçmək xüsusilə ilk dəfə yola çıxanlar üçün asan deyil. Beynəlxalq yük saxlama platforması "Radical Storage" tərəfindən hazırlanan "Tək Səyahət İndeksi" ("Solo Travel Index") Avropanın ən çox ziyarə

03.11.2026 606
.

Tozsoran niyə zəif çəkir? - 3 əsas səbəb

Tozsoran əvvəlki kimi tozları yaxşı təmizləmirsə, bu, cihazın sıradan çıxması demək deyil. Əksər hallarda problem çirklənmiş filtrlər, tıxanmış boru və ya dolmuş toz qabı ilə bağlı olur. xəbər verir ki, mütəxəssislərin fikrincə, bir neçə sadə yoxlama ilə problemin səbəbini müəyyənləşdirmək və əlavə xər

01.11.2026 483
.

Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı

İngiltərədə bir kolleksiyaçının cəmi 15 sterlinqə aldığı sınıq və qapaqsız çaydanlığın ABŞ-da istehsal edilmiş ən qədim çini nümunələrindən biri olduğu üzə çıxıb. Təxminən 30 ildir keramika kolleksiyası toplayan alıcının diqqətini çəkən tarixi əşya hərracda 575 min sterlinqə satılıb. Çaydanlıq Nyu-Yorkdak

07.11.2026 203
.