İnternetdə uşaqların təhlükəsizliyinin təmini üçün daha etibarlı proqramlara böyük ehtiyac var
Virtual məkanda, əsasən də sosial mediada son zamanlar arzuolunmaz mənəvi və əxlaqi keyfiyyətləri aşılayan ziyanlı kontentlərin (pornoqrafiya, işgəncə, qəddarlıq səhnələri, narkotik, spirtli içkilərin, terrorizm, vandalizm, pis vərdişlərin təbliğatı və s.) böyük sürətlə artması uşaq və yeniyetmələr üçün ciddi təhlükə mənbəyinə çevrilməkdədir.
Xezerxeber.az xəbər verir ki, bunu İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi Sabirə Ocaqverdiyeva deyib.
İnstitutun seminarında "Uşaqların internet mühitində informasiya təhlükəsizliyinin təmin olunması üçün metod və alqoritmlərin işlənilməsi" mövzusunda çıxış edən Sabirə Ocaqverdiyeva bildirib ki, internet asılılıq problemləri və yaşa uyğun olmayan məlumatlar uşaq psixologiyasına, tərbiyəsinə, davranışına mənfi təsir edir: "Bədniyyətlilər və kibercinayətkarlar tərəfindən uşaqlara hədə-qorxu, təcavüz kimi informasiya-psixoloji təsirlərin göstərilməsi halları informasiya təhlükəsizliyi ilə bağlı ciddi problemlər yaradır. Bu problemlər həm texnoloji, həm də sosial məsələlərin həllini tələb edir".
S.Ocaqverdiyeva hazırda uşaqların internetdən təhlükəsiz istifadəsi problemlərinin həllinə yönəlmiş çoxlu sayda proqram təminatları və təhlükəsizlik sistemlərinin mövcud olduğunu, əksər ölkələrdə bu istiqamətdə milli səviyyədə müxtəlif tədbirlər görüldüyünü diqqətə çatdırıb. Əlavə edib ki, bu tədbirlərə baxmayaraq, virtual şəbəkədə uşaqların təhlükəsizliyinin təmin edilməsi üçün daha etibarlı proqram vasitələri və mexanizmlərinin yaradılmasına böyük ehtiyac duyulur.
Tədqiqatçı bildirib ki, internet mühitində uşaqların təhlükəsizliyinin təmin edilməsi üçün konseptual model işlənib, ölkəmizdə Milli Təhlükəsiz İnternet Mərkəzinin fəaliyyəti üçün təkliflər verilib.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 912 Tarix: 19 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSankt-Peterburqda mənzildə üç il əvvəl ölən şəxsin cəsədi aşkarlanıb
Rusiyanın Sankt-Peterburq şəhərində mənzillərdən birində mumiyalanmış kişi cəsədi tapılıb. bildirir ki, bu barədə REN TV-yə mənbə məlumat verib. Mənbənin sözlərinə görə, Veteranlar prospektində yerləşən mənzillərdən birində bir neçə il əvvəl intihar etmiş ev sahibinin cəsədi aşkarlanıb. Məlumata əsasən
01.11.2026 447 Dünyanın ən kiçik avtomobili hərracda satılacaq
"Ginnesin Rekordlar Kitabı"na dünyanın ən kiçik kütləvi istehsal olunan avtomobili kimi düşən "Peel P50" hərraca çıxarılır. "Qafqazinfo" xəbər verir ki, Böyük Britaniyanın Uorvikşir şəhərindəki "Iconic Auctioneers" hərrac evi tərəfindən satılacaq 1964-cü il istehsal
06.11.2026 429 Dezinfeksiya xidməti
Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy
02.11.2026 1598 Meqan Marklın atası həbs edildi
Meqan Marklın atası Tomas Marklın ABŞ Federal Təhqiqat Bürosu (FBI) tərəfindən saxlanıldığı iddia olunur. Axşam.az xəbər verir ki, "Daily Mail" nəşrinin məlumatına görə, 82 yaşlı kişi Floridada, demensiya xəstələri üçün nəzərdə tutulan xüsusi qayğı müəssisəsində cümə günü səhər saatlarınd
07.11.2026 207 Xalçadakı pis qoxudan qurtulmaq üçün üzərinə səpin - 30 dəqiqə gözləyin
Xalçalara hopan arzuolunmaz qoxuları kənarlaşdırmaq üçün bahalı təmizlik vasitələrinə ehtiyac yoxdur. Mətbəxdə olan sadə bir ərzaq - çay sodası xüsusilə yemek və ev heyvanlarından yaranan yüngül qoxuları azalda bilir. xəbər verir ki, tətbiqdən əvvəl xalça səthinin tamamilə quru olduğuna əmin olun. Sod
01.11.2026 461 Payızda yarpaqların rəngini dəyişən görünməz proses
Payız fəslinin gəlişi ilə ağacların yaşıl yarpaqları sarı, narıncı, qırmızı və hətta bənövşəyi rənglərə bürünür. Təbiətdə müşahidə olunan bu dəyişiklik sadəcə mövsümi gözəllik deyil, ağacların qışa hazırlaşması ilə bağlı mürəkkəb biokimyəvi prosesin nəticəsidir. Qaynarinfo xəbər verir ki, Türkiyəni
06.11.2026 369 Almaniyada müəllim 16 il işə çıxmadan maaş alıb
Almaniyada 62 yaşlı müəllim 16 il ərzində xəstəlik məzuniyyətində olmasına baxmayaraq, rəsmi maaş alıb. Bu müddətdə onun dalğıclıqla məşğul olduğu üzə çıxıb. "Lad Bible" nəşrinə istinadən xəbər verir ki, söhbət Vezel şəhərindəki peşə kollecinin müəlliməsindən gedir. Təhsil müəssisəsi qadın
01.11.2026 456 14-cü mərtəbədən yıxılan kişi sağ qaldı
Rusiyanın paytaxtı Moskvada yaşayış binasının 14-cü mərtəbəsindən yıxılan kişi möcüzə nəticəsində sağ qalıb. yerli mediaya istinadla xəbər verir ki, hadisə bu gün səhər saat 8 radələrində Marşal Rokossovski bulvarında baş verib. Məlumata görə, kişi binanın 14-cü mərtəbəsindən yıxılaraq avtomobilin damın
01.11.2026 475 Tozsoran niyə zəif çəkir? - 3 əsas səbəb
Tozsoran əvvəlki kimi tozları yaxşı təmizləmirsə, bu, cihazın sıradan çıxması demək deyil. Əksər hallarda problem çirklənmiş filtrlər, tıxanmış boru və ya dolmuş toz qabı ilə bağlı olur. xəbər verir ki, mütəxəssislərin fikrincə, bir neçə sadə yoxlama ilə problemin səbəbini müəyyənləşdirmək və əlavə xər
01.11.2026 483