Gələn il ərzaq böhranı olarsa, büdcə köməyə çatacaqmı?

Gələn il ərzaq böhranı olarsa, büdcə köməyə çatacaqmı?Pərviz Heydərov yazır...

Ərzaq təhlükəsizliyi mövzusu qlobal miqyasda İkinci Dünya müharibəsindən sonra cari ildəki qədər heç bir ildə ciddi müzakirəyə məruz qalmadığı kimi, ölkəmizdə sözügedən məsələnin 2023-cü ildə daha güclü şəkildə diqqət mərkəzinə alınacağı şübhə doğurmur. Bunu növbəti ilin dövlət büdcəsi layihəsi də əyani büruzə verir. 2023-cü ilin dövlət büdcəsində kənd təsərrüfatı bölməsi üzrə 1 milyard 202 milyon 100 min manat vəsait nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 204 milyon 800 min manat (20,5%), keçən ilin icra göstəricilərinə görə isə 291 milyon 700 min manat (32,0%) çoxdur.

Qeyd olunan vəsaitin 52%-nin, yəni 625 milyon 200 min manatının ölkədə bilavasitə ərzaq təhlükəsizliyi məqsədilə xərclənməsi nəzərdə tutulur ki, söhbət bunu təmin etmək üçün tələb olunan tədbirləri həyata keçirməkdən gedir. Bu zaman, dünya miqyasında əhalinin gündəlik tələbatına aid bir sıra ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərinin artım dinamikası əsas götürüləcək. Ərzaq təhlükəsizliyi məsələsi yuxarıda qeyd etdiyim kimi real olaraq təkcə Azərbaycanda yox, dünyanın əksər ölkələri üçün ən aktual məsələlərdən biri və bəlkə də, birincisi sayılır.

Ölkəmizə gəldikdə isə, bu məsələ ölkə başçısı İlham Əliyevin hakimiyyətinin ilk günlərindən prioritet müəyyən olunub ki, ötən dövr ərzində bu sahədə ciddi addımlar atılıb və tədbirlər görülüb. Bu istiqamətdə hökumətin konkret siyasəti olub. Bununla belə, sözügedən məsələ o qədər incə və mürəkkəb xarakter daşıyır ki, konkret olaraq bir onillik ərzində onu həll etmək mümkün deyil. Və heç bir ölkə də bəyan edə bilməz ki, ərzaqla özünü tam təmin edir. Bu mümkün deyil. Ancaq düzdür, elə mühüm ərzaq məhsulları var ki, qlobal təzyiqdən sığorta baxımından onlara tələb məhz daxili imkanlar hesabına təmin edilsə yaxşıdır. Bu baxımdan, Azərbaycanın bu gün böyük valyuta ehtiyatlarına malik olduğu halda, daxili istehlak bazarının ən çox tələb olunan istehlak məhsulları üzrə idxaldan asılı vəziyyətdə olması təəssüf doğurur. Bu məsələ ciddi yanaşma tələb edir. Daxili istehlak bazarımız ən çox istehlak olunan kütləvi tələbat malları üzrə xarici istehsala məxsus məhsullardan asılı vəziyyətdə olduğundan xarici amillər bizə daha tez və güclü təsir edir.
Belə ki, dünyada bu və ya digər məhsul bahalaşan - bazarlarda qiymət dəyişikliyi baş verən kimi bu hadisə dərhal bizdə də hiss olunur. Yəni, idxal inflyasiyası baş verir. Cari il ərzində ölkəmizdə ərzaq inflyasiyasının rəsmi olaraq 20%-i aşması bunun nəticəsidir. Ümumiyyətlə, əvvəlki illərdə də ölkəmizdə qeydə alınan bütün inflyasiya göstəricilərində idxal mühüm rol oynayıb. Ona görə də bu məsələ ciddi narahatlıq doğurur.
Odur ki, ölkəmizin ərzaq təhlükəsizliyinin təmini məsələsində ilk növbədə ərzaq buğdası sahəsində idxaldan asılılıq səviyyəsini azaltmaq ən ümdə və ciddi vəzifə sayılır. Ümumiyyətlə, ən vacibi ərzaqlıq buğdadır. Ərzaq təhlükəsizliyi strategiyasında bu, prioritet sayılır.

Gələn il, "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" Prezidentin 2022-ci il 19 iyul tarixli 1754 nömrəli Fərmanı ilə ölkənin ərzaq təhlükəsizliyini təmin etmək, idxal olunan buğdadan asılılığı azaltmaq və yeni tənzimləmə mexanizmləri yaratmaq hesabına ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsini yüksəltmək sahəsində tədbirləri həyata keçirmək məqsədilə 180 milyon manat sərf etmək nəzərdə tutulur.

Neçə illərdir ölkədə taxılçılığın inkişafı, ərzaq buğdası tədarükü, istehsalı sahəsində məhsuldarlığa nail olmaq üçün dövlət tərəfindən bütün zəruri tədbirlər həyata keçirilsə də, təəssüf ki, hələ istənilən nəticə yoxdur. Çünki yerli istehsal xarici istehsalla müqayisədə baha başa gəlir. Odur ki, ərzaq təhlükəsizliyi məsələsində buna ciddi fikir verməli, yerli istehsalatı ucuzlaşdırmalıyıq. Yuxarıda qeyd etdim ki, gələn ilin büdcəsindən kənd təsərrüfatına ayrılacaq 1 milyard 202 milyon 100 min manat vəsaitin 52%-i, yəni 625 milyon 200 min manatı ölkədə bilavasitə ərzaq təhlükəsizliyi üçün xərclənəcək. Bu zaman, işğaldan azad olunmuş ərazilərdən yeni torpaqları əkinə cəlb etmək əsas vəzifələrdən sayılır.

Yeri gəlmişkən, işğaldan azad olunmuş ərazinin potensialından geniş istifadə həqiqətən önəmlidir, ona görə ki, orada kifayət qədər böyük su ehtiyatları, əkin üçün yararlı münbit torpaqlar var. Həmin resursları dövriyyəyə cəlb etməklə buğda istehsalında böyük imkanlar əldə etmək mümkündür. Bütün bunlar reallaşdırılarsa, ərzaqlıq buğda sarıdan xaricdən asılılıq səviyyəsi 20%-dək enə bilər. Ümumiyyətlə, yerli istehsalın ucuz başa gəlməsinə nail olsaq, zaman keçdikcə ərzaq təhlükəsizliyi məsələsinin təmini sahəsində istehlak bazarının xarici məhsullardan asılılığına son qoya bilərik.

2023-cü ilə gəldikdə, ölkənin ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsini yüksəltmək üçün tədbirlər məqsədilə 180 milyon manat vəsait hələ ki, az deyil. Əsas odur ki, büdcədən ayrılan pul təyinatına uyğun xərclənsin.

Növbəti il ərzində ölkəmizi ərzaq böhranı gözləməsə də, büdcədən ayrılacaq vəsait baş verə biləcək hər hansı fors-major hallarından yaxa qurtarmağa kömək edə biləcək. Ancaq ümumən, ərzaq sarıdan təhlükəsizliyə nail olmaq baxımından isə hələ xeyli çıxmalı olduğumuz nərdivanın növbəti pilləsi əhəmiyyəti daşıyacaq.(oxu.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 604   Tarix: 19 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

TOP MP3