TAP ilə Avropaya 18 mlrd kubmetrdən çox Azərbaycan qazı nəql edilib

TAP ilə Avropaya 18 mlrd kubmetrdən çox Azərbaycan qazı nəql edilibKommersiya fəaliyyətinə başlayandan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə Avropaya 18 milyard kubmetrdən çox Azərbaycan təbii qazı nəql edilib.

"Report"un məlumatına görə, bu barədə TAP konsorsiumu "Twitter" səhifəsində bildirib.

"Daha bir mərhələ! Kommersiya əməliyyatlarının başlanmasından bəri TAP Yunanıstan, Bolqarıstan və İtaliyaya 18 milyard kubmetrdən çox qazı təhlükəsiz şəkildə nəql edib", - məlumatda qeyd olunur.

Bildirilir ki, TAP-ın gücü Avropanın Enerji Təhlükəsizliyinə əlavə töhfə vermək üçün mərhələli şəkildə ikiqat artırıla bilər.

Qeyd edək ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng "Şahdəniz" yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans-Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.

31 dekabr 2020-ci il tarixindən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib.

TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.

Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir.

TAP-ın səhmdarları SOCAR (20 %), BP (20 %), "Snam" (20 %), "Fluxys" (19 %), "Enagás" (16 %) və "Axpo" (5 %) şirkətləridir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 560   Tarix: 19 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Süni intellektə yeni qaydalar: Dünya AI-ni necə tənzimləyir?

"Süni intellekt texnologiyalarının sürətlə inkişafı dövlətləri və beynəlxalq təşkilatları bu sahədə yeni qaydalar və tələblər formalaşdırmağa sövq edir. Çünki süni intellekt artıq təkcə texnoloji yenilik deyil, həm də məlumat təhlükəsizliyi, müəllif hüquqları, şəxsi məlumatların qorunması və ictima

06.08.2026 191
.

"Evlənmək dəlilərin işidir" sözləri tənqid olundu, açıqlama yaydı

Türkiyəli müğənni Serdar Ortaç səhnədə evliliklə bağlı dediyi sözlərin yanlış anlaşıldığını açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi İstanbul Festivalı çərçivəsində konsert verib. Ortaçın səhnədəki "Evlənmək ağıl xəstələrinin işidir, evlənmək üçün dəli olmaq lazımdır" sözləri tənqid olunub

06.08.2026 247
.

Uşağın əlindən "iPhone 16"sını alıb "20 Yanvar"da satdı - Kamera GÖRÜNTÜLƏRİ

Bakının Nizami rayonunda yeniyetməyə qarşı soyğunçuluq edilib. xəbər verir ki, naməlum şəxs zərərçəkənin əlində olan, dəyəri 1750 manat təşkil edən "iPhone 16" mobil telefonu alaraq hadisə yerindən uzaqlaşıb. Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərl

06.08.2026 205
.

Dənizdə batan qardaşlardan biri Azərbaycan çempionu imiş

Bir neçə gün öncə Buzovnada, dənizdə batan qardaşlardan biri robototexnika və texnologiya yarışının qalibi imiş. BİG.AZ -a istinadən xəbər verir ki, Milli Aviasiya Akademiyasının Aerokosmik fakültəsinin tələbəsi olmuş Ruslan Həmidov 2026-ci ildə Azərbaycanda keçirilən "World Robot Caspian Cup"

06.08.2026 149
.

Sabah 39 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında avqustun 7-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25 isti

06.08.2026 243
.

Atasının pensiyasını almaq üçün meyitini illərlə dondurucuda gizlətdi

Yunanıstanda 55 yaşlı kişi atasının meyitini illərlə dondurucuda gizlədib onun təqaüdünü almağa davam etməkdə şübhəli bilinərək həbs edilib. "Qafqazinfo" xəbər verir ki, Yunanıstan polisinin məlumatına görə, hadisə Peloponnes yarımadasında, Sparta yaxınlığındakı Mistra kəndində qeydə alınıb

06.08.2026 130
.

Məhərrəmlik bitir: Toy qiymətləri artacaq?

Məhərrəmliyin başa çatmasına sayılı günlər qalıb. Bu o deməkdir ki, ölkəmizdə toy mövsümü yenidən canlanmağa başlayacaq. Evlənməyə hazırlaşan cütlükləri ən çox maraqlandıran məsələlərdən biri şadlıq saraylarında qiymətlərin dəyişib-dəyişməməsi, eləcə də uyğun tarix tapmağın mümkünlüyüdür. Bəs real duru

06.08.2026 276
.

Ölkənin ən yaxşı futbolçusu silahlı hücumda öldürüldü

Uqandanın paytaxtı Kampala şəhərində tanınmış futbolçu silahlı hücumun qurbanı olub. "Villa" futbol klubunun kapitanı Devid Ovori avqustun 4-ü axşam saatlarında Makindaye rayonunda, yaşadığı evin yaxınlığında naməlum şəxslərin hücumuna məruz qalıb. xəbər verir ki, "Daily Monitor"

06.08.2026 162
.

Antarktikadakı Qan Şəlaləsi yaxınlığında canlıların izləri tapıldı

Alimlər Antarktika qitəsi yaxınlığındakı Qan Şəlaləsində araşdırma aparıblar. Nəticədə mikroskopik evakariot canlılardan ibarət bir topluluğun molekulyar sübutları kəşf edilib. Tədqiqatçılar bu tapıntının dəniz suyunun Antarktikanın qədim dövrlərində dərəyə daxil olmuş və buzlaq altında hapsola bilmi

06.08.2026 166
.

TOP MP3