"Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmaq yolunu tutmasa, onun siyasi gələcəyi olmayacaq" - ŞƏRH

"Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmaq yolunu tutmasa, onun siyasi gələcəyi olmayacaq" - ŞƏRHErmənistanın baş naziri Nikol Paşinyan Azərbaycana sülh haqqında çərçivə sazişi imzalamağı təklif edir, ancaq bunun üçün öz əlavələri var. Onun sözlərinə görə, sazişdə "xüsusi detallar" olmamalıdır. Baş nazir həmçinin İrəvan qoşunların çıxarılmasında (o cümlədən Azərbaycanın Qarabağ bölgəsi) və beynəlxalq monitorinq mexanizminin tətbiqində təkid edir.

Oxu.Az bununla bağlı müstəqil rusiyalı politoloq İqor Dmitriyevdən münasibət öyrənib.

Siyasətçi Ermənistan hökumət başçısının bəyanlarını absurd adlandırıb və elə özünün imzaladığı sənədlərlə ziddiyyət təşkil etdiyini vurğulayıb.

"Ermənistan rəhbərliyi görür ki, hətta ABŞ-nin simasında köhnə müttəfiqi də İrəvanın radikal mövqeyindən üz döndərir. Belə ki, Birləşmiş Ştatlar Rusiyanın sanksiyaya məruz qalmış şirkətləri ilə əməkdaşlığa görə erməni müəssisələrinə qarşı sanksiyalar tətbiq edir. Bəli, bu vəziyyətdə Ermənistanın yalnız bir - Qərb (hətta bu da "yarımçıq") müttəfiqi var – Paris. Fransa Senatı Azərbaycan əleyhinə qətnamə qəbul edib, lakin bu, tövsiyə xarakteri daşıyır. Paris radikal anti-Azərbaycan fəaliyyətləri həyata keçirə bilməyəcək".

Ekspert o yan-bu yana vurnuxan Paşinyanın artıq anlaqsız vəziyyətdə olduğunu, özünü zəif lider kimi göstərdiyini və mövqeyini sarsıtmaqda davam etdiyini bildirdi.

Politoloqun sözlərinə görə, öz-özü ilə ziddiyyət təşkil edən, dövlət üçün əsas məsələyə yanaşmanı daim dəyişən bir rəhbərə hətta ən sabit ölkə belə tab gətirə bilməz.

"Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmaq yolunu tutmasa, onun siyasi gələcəyi olmayacaq. Azərbaycanın arxasında isə güc və həqiqət dayanıb", - deyə İqor Dmitriyev sözlərini yekunlaşdırıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 705   Tarix: 19 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Rumıniya sahillərində tankerdə beş nəfərin meyiti aşkarlanıb

Rumıniyanın Qara dəniz sahillərində ötən ay dron hücumuna məruz qalan tankerdə beş dənizçinin meyiti aşkarlanıb. xəbər verir ki, bu barədə "BurgasMedia" nəşri məlumat yayıb. Qeyd olunub ki, gəmiyə oktyabrın 15-də zərbə endirilib. Həmin vaxt tankerdə 12 dənizçi olub. Onlardan beşi xilas edilib

13:20 147
.

Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilib - YENİLƏNİB+Foto

Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilib. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb. 14:57. Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezident

16:15 123
.

Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri

13:39 200
.

ABŞ İrandan silah daşınmasının qarşısını almaq üçün əməliyyat qrupu yaradıb

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın quru sərhədləri və Xəzər dənizi üzərindən silah daşınmasının qarşısını almaq vəzifəsi daşınan xüsusi tapşırıq qrupunun yaradıldığını elan edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) sosial şəbək

14:50 123
.

ABŞ İraqdan sərhəd keçid məntəqələrini bağlamasını istəyib

ABŞ İraqdan İranla ikisi istisna olmaqla bütün sərhəd keçid məntəqələrini bağlanmasını istəyib. "Report" xəbər verir ki, məlumatı "əl-Cəzirə" telekanalı İraqın Xarici İşlər Nazirliyinə istinadən yayıb. Bildirilib ki, rəsmi Bağdad Tehrana dostluq və ittifaqa hazır olduğunu çatdırs

15:50 98
.

"Reuters": Rubio Dövlət Departamentində nizam-intizamı gücləndirməyi tələb edib

ABŞ-nin dövlət katibi Marko Rubio Dövlət Departamentinin yüksəkvəzifəli əməkdaşlarından öz səlahiyyətləri çərçivəsində hərəkət etməyi tələb edib və hökumətdəki əlaqələrindən asılı olmayaraq qeyri-etik davranışa görə işdən çıxarılmalarla bağlı xəbərdarlıq edib. "Report" xəbər verir ki, bu barəd

16:40 0
.

İrəvandan Tehrana TRIPP mesajı: "Layihə heç bir halda İrana qarşı yönəlməyəcək"

"İrəvan "Tramp marşrutu" (TRIPP) layihəsinin icrası zamanı heç bir halda İrana qarşı addımlar atmayacaq". TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib. "Biz heç vaxt İrana və ya hər hansı digər qonşumuza qarşı heç bir proses

14:20 141
.

Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla çıxış ediblər. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb. Videonu təqdim edirik:

16:01 85
.

Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Şuşa qalası önündə foto çəkdiriblər. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

17:42 0
.