Jurnalistlər üçün "Etika, müəllif hüquqları və jurnalistika" mövzusunda təlimlərə başlanılıb - FOTO
Noyabrın 18-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə 40-a yaxın jurnalist üçün "Etika, müəllif hüquqları və jurnalistika" mövzusunda təlimlərə başlanılıb.
BiG.AZ xəbər verir ki, təlimin açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli bildirib ki, media etikası jurnalist peşəkarlığının əsas prinsipi olmalı, jurnalist peşəsinə sadiqlik nümayiş etdirməli, müəllif hüquqlarına hörmətlə yanaşmalı, təqdim etdiyi faktları təhrif etməməlidir.
O, daha sonra MEDİA Agentliyinin media nümayəndələrinin peşəkarlığının artırılması istiqamətində həyata keçirdiyi layihələrin əhəmiyyətini vurğulayıb.
ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyeva jurnalistlərin etik davranış qaydalarına riayət etməsinin vacibliyindən bəhs edib, belə təlimlərin ictimaiyyətə dolğun informasiya çatdırma funksiyasını ən yüksək şəkildə icra etməsi üçün media nümayəndələrinin fəaliyyətinə töhfə verəcəyini bildirib.
ADA Universitetində keçirilən təlimlərdə spiker kimi çıxış edən Tükiyənin bir çox media subyektlərində çalışmış, 4 il "The Washington Times"da köşə yazarı kimi fəaliyyət göstərmiş, 30 il xarici siyasət şərhçisi olmuş, bundan əlavə bir çox məqalələri "New York Times", "International Herald Tribune", "ForeignPolicy.com", "Daily Caller", "Daily Star", "Middle East Times" ve "SAIS Turkey Analyst Report" kimi media subyektlərində nəşr edilmiş Tülin Daloğludur. O, "Jurnalistikada etika və müəllif hüquqları nədir?", "Redaksiya siyasəti və jurnalist etikası: peşəkar dəyərlərin formalaşması", "Yeni media və etika: internet jurnalistikasında tez-tez rast gəlinən etik pozuntular", Medianın hazırki vəziyyəti - ictimai gözləntilər və jurnalistika prinsipləri" və s. mövzularında çıxış edəcək, interaktiv müzakirə sessiyalarında jurnalistləri maraqlandıran sualları cavablandıracaq.
Qeyd edək ki, 2 gün davam edəcək təlimlərin məqsədi jurnalist peşəsinin əsas prinsiplərinin, etika qaydalarının və müəllif hüquqlarının qorunmasının, ictimaiyyəti düzgün məlumatlandırmaq məsuliyyətinin vacibliyinin bir daha vurğulanmasıdır.
Əlavə məlumat üçün:
Email: [email protected]
Telefon: (012) 526-16-16
(994) 55-362-90-95




BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 723 Tarix: 18 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİranda nüvə hücumuna hazırlıq başladı: Əhaliyə yod paylayır
ABŞ-nin ehtimal olunan zərbəsi ilə bağlı yaranan təşviş fonunda İran hökuməti nüvə obyektlərinin yaxınlığında yaşayan sakinlərə yod həbləri paylamağa başlayıb. xəbər verir ki, bu barədə "The Times" nəşri İranın Səhiyyə Nazirliyinin nümayəndəsinə istinadən yazıb. Bildirilib ki, dərman preparatlar
17:30 0 Azərbaycanın və Türkiyənin birinci xanımları çay süfrəsi arxasında söhbət ediblər - Foto
Noyabrın 8-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan ilə çay süfrəsi arxasında söhbət ediblər. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb
17:39 0 Şəhid Elşən Əhmədlinin anası: "Qəhrəman böyütməyimdən xəbərim olmayıb" - Video
23 yaşında adını Zəfər tariximizə həkk etdi. Vətən müharibəsində döyüşlərə qatıldı, göstərdiyi şücaətlə fərqləndi. Son döyüşü isə noyabrın 8-də oldu. Şuşanın sıldırım qayalıqlarında gedən qızğın döyüşlər zamanı şəhidlik zirvəsinə ucaldı. Zəfər Gününü görə bilməsə də, tarixi qələbəmizin qazanılmasınd
13:11 150 Rumıniya sahillərində tankerdə beş nəfərin meyiti aşkarlanıb
Rumıniyanın Qara dəniz sahillərində ötən ay dron hücumuna məruz qalan tankerdə beş dənizçinin meyiti aşkarlanıb. xəbər verir ki, bu barədə "BurgasMedia" nəşri məlumat yayıb. Qeyd olunub ki, gəmiyə oktyabrın 15-də zərbə endirilib. Həmin vaxt tankerdə 12 dənizçi olub. Onlardan beşi xilas edilib
13:20 147 Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb
2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö
16:50 0 ABŞ İrandan silah daşınmasının qarşısını almaq üçün əməliyyat qrupu yaradıb
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın quru sərhədləri və Xəzər dənizi üzərindən silah daşınmasının qarşısını almaq vəzifəsi daşınan xüsusi tapşırıq qrupunun yaradıldığını elan edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) sosial şəbək
14:50 123 İrəvandan Tehrana TRIPP mesajı: "Layihə heç bir halda İrana qarşı yönəlməyəcək"
"İrəvan "Tramp marşrutu" (TRIPP) layihəsinin icrası zamanı heç bir halda İrana qarşı addımlar atmayacaq". TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib. "Biz heç vaxt İrana və ya hər hansı digər qonşumuza qarşı heç bir proses
14:20 141 Ölkə başçısı: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"
"Biz keçmişdə də bir yerdə olmuşuq, müharibə dövründə də bir yerdə idik, bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib. "Hesa
16:35 0 Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
"Türkiyə və Azərbaycan arasında əlaqələr gündəlik məsələ deyil, çox uzun əsrlərə söykənir və əbədi qardaşlıq, ortaq taledir". xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının İdarə Heyətinin üzvü, millət vəkili Kürşad Zorlu "Haber Global" telekanalına müsahibəsində deyib
17:44 0