"Cinsi qısnamalara görə cəza tədbirləri genişləndirilməli və sərtləşdirilməlidir" - Hüquqşünasdan AÇIQLAMA

"Cinsi qısnamalara görə cəza tədbirləri genişləndirilməli və sərtləşdirilməlidir" - Hüquqşünasdan AÇIQLAMAAzyaşlılara və yeniyetmələrə qarşı cinsi qısnama halları artıb. Demək olar ki, hər gün bununla bağlı müəyyən informasiyalar alırıq.

Mütəxəssislər arasında bu, uşaq istismarı fiziki qısnama, cinsi təcavüz, psixoloji təzyiq və məlumatsızlıq kimi dəyərləndirilir. Bütün bu kateqoriyalara uşaqları cinsi istismar etmək, uşaqlara zərər vermək, uşaqları erkən yaşda evləndirmək və saya bilməyəcəyimiz bir çox başqa şeylər daxildir.

Lakin son zamanlar azyaşlı qızlara qarşı cinsi istismar halları artıb. Xüsusən də bəzən özlərindən yaşca böyük, bəzən də öz yaşıdları tərəfindən belə hallara rast gəlinir.

Maraqlıdır, azyaşlılara qarşı seksual qısnama halları niyə artıb?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən hüquqşünas Əliməmməd Nuriyev bu halların artmasının səbəbini sosial şəbəkələrlə əlaqələndirib:

"Burada bir qədər yanaşmada diqqətli olmalıyıq. Əvvəllər sosial şəbəkələr yox idi. Eyni zamanda, KİV-də bu tipli məlumatları verməkdən çəkinirdilər. Pozitiv informasiyalar verirdilər. İndi isə KİV çoxluğu müxtəlif fikirləri ifadə etmək imkanı, sosial şəbəkələrin geniş miqyası, hər kəsin ora çıxması və bu vasitə ilə informasiya ötürməsi belə məlumatların daha çox olması təəssüratını yaradır.

İnformasiya kommunikasiyalarının çoxluğu, qloballaşma, internetin geniş miqyasda istifadəsi həyatımızın sadəcə ictimai hissəsinə yox, həm də daxilinə nüfuz edir. Bu da, hesab edirəm ki, qloballaşmanın mənfi təzahürlərindəndir".

Ə.Nuriyev qeyd edib ki, cəza tədbirləri genişləndirilməlidir:

"Ümumiyyətlə, cinsi tərbiyəni ölkə miqyasında doğru-düzgün aparmırıq. Övladlarımızla danışmaqdan çəkinirik.

Cəzalar var, amma bunun sərtləşdirilməsi və real həyata keçirilməsi istiqamətində də addımlar atılmağa çalışmalıyıq. Cəza həm sərt, həm də icraedilən olsun. Önləyici tədbirlər də bu siyahıya daxil edilə bilər. Bu, nisbətən neqativ halların qarşısının alınmasına gətirib çıxaracaq".

Psixiatr Vəfa Şirinovanın sözlərinə görə, media mütəmadi şəkildə işıqlandırdığına görə bu kimi hallar daha da aktuallaşıb:

"Cəmiyyətdə davranış pozuntusu deyə bir anlayış var. Əvvəllər pis davranışı adətən görməzdən gələrdik, olmamış kimi qələmə alardıq. İndi isə o qədər ictimailləşir və müzakirə olunur. Bir gün geniş müzakirə olunur, lakin ikinci günü artıq unudulur. Ona görə də adi hal kimi qəbul olunub.

Kimsə müzakirə olunub, danışılmaq istəyirsə, edir. Cəmiyyətdə sosial şəbəkələrin və internetin bu qədər aktual olması bütün bu halların artmasına səbəb olub. Artma səbəbləri də daha çox işıqlandırmaq və müzakirədir".

Seksoloq Təhmasib Cavadzadə uşaqların düzgün şəkildə cinsi tərbiyə olunmadığını söyləyib:

"Dünyanın hər bir ölkəsində belə neqativ faktlarla üzləşirik. Azyaşlılara və yeniyetmələrə qarşı belə hallar olur. Hər bir cəmiyyətdə psixoloji cəhətdən xəstə olan insanlar olduğu üçün belə nüanslarla rastlaşmaq mümkündür. Amma bu, normal hal deyil.

Bəzən seriallar və filmlər uşaqların cinsi həyatını təhrik edir. Uşaq görür ki, serialda bu şəkildədir. O, özünə düzgün yol seçə bilmir. Ailəsində zorakıllıq görən uşaqlar cinsi istəkləri də fərqli formalaşır. Qarşısındakını zorla özünə tabe etdirmək istəyir. Qapalı olan ölkələrdə bu hallar daha çox olur. Ehtiyaclarını düzgün ödəmirlər və bu kimi hallar ortaya çıxır".

T.Cavadzadə əlavə edib ki, valideyn özü övladına vəziyyəti izah etməlidir:

"Erkən yaşda yeniyetmələrin cinsi ehtiyacları düzgün şəkildə ödənmədikdə qarşı tərəfə təcavüz edirlər. Sosial şəbəkələr də həddindən artıq çox açıqdır. Valideynlərin nəzarəti yox səviyyəsindədir. Uşaqlar sosial şəbəkələrdə olmamalıdırlar.

Və onlar özləri valideynlərinə suallar verəndə, valideyn cavablandırmalıdır. Uşaq nə vaxtdan sual verməyə başlayırsa, o vaxtdan valideyn onun yaşına uyğun şəkildə məlumat verməlidir. Əgər uşaqlara cinsi tərbiyə verilsə, bu hallar azalar".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1298   Tarix: 13 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Son Xəbərlər