"Onlar dəqiq davransaydılar, indi mən yox idim..." – Ərdoğandan ŞOK SÖZLƏR
FETÖ lideri Fəthullah Güləni ABŞ və onun Prezidenti Co Bayden gizlədir.
BiG.AZ teleqraf.com-a istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Prezident Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Özbəkistanda keçirilən sammiti çərçivəsində üzv dövlətlərin liderləri ilə FETÖ ilə mübarizə məsələsini müzakirə etdiyini açıqlayıb:
"Bu liderlərlə hər dəfə bir araya gələndə terrorla, PKK/PYD/YPG, FETÖ və İŞİD-lə mübarizə mövzusunu xatırladırıq. FETÖ ilə bağlı "bizdə var" demirlər. Həmişə deyirlər ki, təmizləmişik, təmizləyirik. Qırğızıstan, Özbəkistan və Qazaxıstanla eyni şeyi danışdıq. Soruşdum ki, bu məsələ ilə bağlı mübarizəniz hansı mərhələdədir? FETÖ ilə mübarizədə müəyyən irəliləyiş əldə edə bildinizmi? Deyirsiniz ki, yoxdur, amma təəssüf ki, bizdə olan kəşfiyyat məlumatlarına görə, hətta sizin dövlət qurumlarınızda belə onlardan var.
Ondda sizə deyəcək bircə sözüm var: sizin kəşfiyyat xidmətlərinizlə bizim kəşfiyyat xidmətlərimiz bir yerdə işləsinlər, əgər doğrudan da təmizlənibsə, eybi yoxdur, siz də rahat olun, biz də. Ancaq bilin ki, bunlar sizin üçün böyük təhlükələr və təhdidlərdir.
Ətraflı
Məsələn, dünən liderlərdən biri mənə dedi ki, siz buna bu qədər diqqət yetirdiyiniz halda mən hələ də FETÖ-nün nə olduğunu bilmirəm. Budur, təəssüf ki, mənbələriniz sizə yanlış məlumat verirlər. Bu alçaqların və vicdansızların nə olduğunu başa düşə bilmirsiniz, çünki sizə yanlış məlumat verirlər".
Türkiyə lideri FETÖ-nün 2016-cı il iyulun 15-də ölkəsində dövlət çevrilişinə cəhdinə də diqqət çəkib:
"Baxın, bizdə 15 iyul hadisələri baş verdi və təəssüf ki, 252 şəhidimiz oldu. Bundan başqa, 2000-dən çox vətəndaşımız həm hərbçi, həm də mülki vətəndaş yaralandı, qazi oldu. Bütün bunları yaşadıq. Demokratiyanın mərkəzi olan parlamentimizi bombaladılar. Nə ilə? Bu ölkənin, bu dövlətin, bu ordunun təyyarələri ilə... Helikopterlərlə vurdular. Əgər o zaman dədiq olsaydılar, bəlkə də mən bu gün olmazdım. İki cangüdənim şəhid oldu.
İndi onlara kim sahib çıxır? İlk növbədə Yunanıstan. Yunanıstana qaçırlar, Avropaya qaçırlar. Almaniya, Fransa, Hollandiya, Danimarka, İngiltərə və Amerikada yaşayırlar. Və bu adamı (FETÖ lideri Fəthullah Güləni) Amerika gizlədir. Kim gizlədir? Bayden gizlədir. Pensilvaniyada onlara nəhəng malikanə verdilər, bu adam orada yaşayır. Məndən soruşsanız ki, terrorun mərkəzi haradadır, mən sizə bunları deyərəm".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1049 Tarix: 12 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyevdən Rəcəb Tayyib Ərdoğana: "Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir"
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında deyib. Buna görə Türkiyə Prezidentinə xüsusi minnətdarlığını bildirən dövlətimizi
16:12 147 Leyla Əliyeva Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib - Foto
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 8 noyabr tarixində Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib. paylaşımı təqdim edir:
17:47 95 Demokratlar Ukraynaya 15 milyard dollarlıq yardım paketi hazırlayır
ABŞ Demokratlar Partiyasının nümayəndələri Ukraynaya təxminən 15 milyard dollar məbləğində yeni hərbi yardım paketinin ayrılması, eləcə də Rusiyaya qarşı sanksiya təzyiqinin gücləndirilməsi imkanlarını müzakirə edirlər. "Report" xəbər verir ki, bu barədə "Financial Times" müzakirələrl
13:50 149 Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto
"Zəfər xəbərini ilk kiminlə bölüşdünüz?" Vətən Müharibəsi qəhrəmanına şagirdlərin ünvanladığı ilk sual bu idi. Bütün zalın cavabını maraqla gözlədiyi suala qəhrəman belə cavab verir:. "Şuşada idik. Noyabrın 9-dan 10-na keçən gecə, təxminən saat 2 radələrində atəşkəs elan olunduğunu dedilər
14:16 153 ABŞ İrandan silah daşınmasının qarşısını almaq üçün əməliyyat qrupu yaradıb
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın quru sərhədləri və Xəzər dənizi üzərindən silah daşınmasının qarşısını almaq vəzifəsi daşınan xüsusi tapşırıq qrupunun yaradıldığını elan edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) sosial şəbək
14:50 146 Kirill Budanov rus dilində danışdığına görə cərimə ödəyəcək
Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov Petropavlovskaya Borşaqovkada baş verən iğtişaşlar zamanı rus dilindən istifadə etdiyinə görə cərimə ödəyəcək. xəbər verir ki, bu barədə "RBK Ukrayna" dövlət dilinin mühafizəsi üzrə müvəkkil Yelena İvanovskayanın sosial şəbəkədəki paylaşımın
14:30 154 Kişi icazəsiz evdən çıxan arvadını telefonla döydü
Kürdəmirdə kişi arvadını döyüb. Hadisə şəhər ərazisində qeydə alınıb. 54 yaşlı Cəfər İmanov (şərti adla) yaşadıqları evdə ondan icazəsiz tikinti materialları satışı mərkəzinə gedən arvadı ilə mübahisə edib. Mübahisə zamanı Cəfər əlindəki mobil telefonla arvadının sifət və sinə nahiyəsinə bir neçə dəf
15:00 172 Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında
18:40 0 Qazaxıstanda 3 milyard dollar investisiya ilə yeni xüsusi iqtisadi zona yaradılacaq
Qazaxıstanın Abay vilayətində "Semey" xüsusi iqtisadi zonasının yaradılması planlaşdırılır. "Report" xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, layihələrə proqnozlaşdırılan investisiya həcmi 1,4 trilyon tengə (3,13 milyard dollar
17:40 102