"Vətən müharibəsində xalqın güc və birlik rəmzinə çevrilmiş "dəmir yumruq" öz gücünü bütün dünyaya göstərdi"- Deputat

"Vətən müharibəsində xalqın güc və birlik rəmzinə çevrilmiş "dəmir yumruq" öz gücünü bütün dünyaya göstərdi"- Deputat"Düz iki il əvvəl Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında tarixi torpaqlarımızı işğaldan azad etməklə, ölkəmizin ərazi bütövlüyünü, suverenliyini və tarixi ədaləti bərpa etdi. Azərbaycanın dövlətçilik, hərbi-siyasi, müstəqillik tarixinə yeni qəhrəmanlıq salnaməsi yazıldı. Bu möhtəşəm qələbədən ötən iki il ərzində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu diplomatik səyləri nəticəsində dünya yaranmış yeni reallığı və Qarabağ Azərbaycandır həqiqətini qəbul edib".

Bu sözləri Sonxəbər az-a açıqlamasında deputat Tamam Cəfərova deyib.

44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbədə dövlət-ordu-xalq həmrəyliyinin əhəmiyyətini vurğulayan deputat qeyd edib ki, xalqın güc və birlik rəmzinə çevrilmiş "dəmir yumruq" öz gücünü və şücaətini bütün dünyaya göstərdi:

"Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı. Bu Zəfər sayəsində "Ermənistanın güclü ordusu var" və "erməni xalqı döyüşkən xalqdır" kimi miflərə birdəfəlik son qoyuldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, Erməni mifini də məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası məhv edildi, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Vətən müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək tarixi torpaqlarımızın işğaldan azad olunmasına nail oldu".

T.Cəfərova qeyd edib ki, Vətən müharibəsində azərbaycanlı kimliyi, vətən mənsubiyyəti etnik çərçivələri aşaraq bütün Azərbaycan xalqını bir yumruq kimi birləşdirdi. 44 gündə düşmən üzərində hər yeni qələbəmiz Prezident İlham Əliyevin yumruğunu daha güclü, daha yenilməz birlik və güc rəmzinə çevirdi. Bir yumruq kimi birləşən xalqımız həm öz möhtəşəm birliyi ilə, həm də bu birlikdən qaynaqlanan gücü ilə, Ali Baş Komandanın ifadəsi ilə desək, düşmənin başını əzdi".

Vətən müharibəsi dövründə ölkəmiz bütün cəbhələrdə uğurla mübarizə aparıb qalib gəlmişdir deyən millət vəkili söyləyib ki, bu dövrdə ölkə Başçısının informasiya cəbhəsində apardığı mübarizəni xalqımız xüsusilə qiymətləndirir. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xarici mətbuata müsahibələrində xüsusi peşəkar və vətənpərvər ritorikası ilə xalqın xüsusi rəğbətini qazanmışdır. Vətən müharibəsi dövründə cənab Prezidentin nitqi, işlətdiyi ifadələr Azərbaycan xalqının yaddaşında əbədi həkk olunmuş və dillər əzbərinə çevrilmişdir. Dövlət başçısının gələcəyə ümid dolu sözləri insanları itkilər qarşısında sönməməyə, əksinə qürurla durmağa ruhlandırdı. Vətəndaşlar müharibə dövründə Prezidentin simasında artıq ölkəni idarə edən rəsmi şəxslə bərabər, doğma insan, xalqının yenilməz övladını görürdülər.

Xüsusilə qeyd etməliyik ki, Prezident İlham Əliyev müharibə dövründə dünyanın ən böyük media qurumlarına 30-dan çox müsahibə verdi, münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı. İnformasiya savaşının əsas konturlarını təşkil edən bu müsahibələr milli mətbuatımızın fəaliyyətinə istiqamət verdi. Müzəffər Ali Baş Komandanın müharibə ilə bağlı müsahibələri XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilə bilər. Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-ə müsahibələr vermişdir. Bu müsahibənin hər biri Azərbaycanın diplomatik uğurudur – beynəlxalq təşkilatlar vasitəsilə ölkəmizə təzyiqlər cəhdinin qarşısı müvəffəqiyyətlə alınmışdır. Müsahibələr ardıcıl, dünyanın ən müxtəlif ölkələrinin, müxtəlif kanalları vasitəsi ilə aparılırdı. Müsahibələri real mübarizə və silah üsuluna çevirən Azərbaycan Prezidenti bu müharibədə də qalib gəldi. Həmin nitqlərdə gerçəklikdən doğan konkretlik, qətiyyət, iradə əsaslı şəkildə yer alırdı. Müzəffər Ali Baş Komandan verdiyi müsahibələrlə münaqişə ilə bağlı dünyanın fikrini dəyişdirməyə müvəffəq olub".

Son olaraq deputat qeyd edib ki, prezidentin qəti və prinsipial mövqeyi, özünə, arxalandığı xalqa və orduya inamı isə bütövlükdə Azərbaycan xalqını, həmçinin dünyanın müxtəlif ölkələrindəki azərbaycanlıları, başqa ölkələrin vətəndaşları olan soydaşlarımızı dünyanın bütün azərbaycanlılarının vətəni olan Azərbaycan Respublikası naminə birləşdirir və konsolidasiya edir:

"Döyüşlərdə yaranan dostluq kimi, Vətən müharibəsində özünü təsdiqləyən və bərkiyən milli həmrəyliyimiz də artıq qırılmaz, geridönməz və əbədidir.Əminik ki, 44 gündə ruhumuza hakim olan bu həmrəylik və möhkəm birlik vətənimizin bundan sonra da etibarlı müdafiəsində və həyata keçirilən genişmiqyaslı quruculuq işlərində də öz bəhrəsini verəcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 854   Tarix: 08 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - Foto/Video+YENİLƏNİB

Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla çıxış ediblər. BİG.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış edib. Prezident İlham Əliyevin bəyanatı. - Hörmətl

18:41 159
.

Qubernator ABŞ prezidentliyinə namizəd olur: Pul toplamağa başladı

ABŞ-nin Florida ştatının qubernatoru Ron Desantis 2028-ci ildə keçiriləcək növbəti prezident seçkisində öz namizədliyini irəli sürmək üçün hazırlıqlara başıayıb. xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb. Məlumata görə, Desantis Respublikaçılar Partiyasından ABŞ prezidentliyin

19:20 0
.

NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb

Ağ Evin yeni Aparat rəhbəri Stiven Miller ABŞ Prezidenti Donald Trampa İranla hərbi münaqişəyə son qoymağı tövsiyə edib. "Report"un məlumatına görə, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən xəbər verib. Məlumata görə, Miller Ağ Evin Aparat rəhbəri vəzifəsinə namizədliyin

18:50 19
.

Şuşada Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub - Video

Noyabrın 8-də Şuşada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Respublikasının Prezident

15:03 177
.

Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

17:56 120
.

"Vətən uğrunda şəhid olmaq mənim üçün şərəfdir" - Veteranın müharibəyə getmək qərarı

"27 sentyabr hadisələri başlayanda evdə idim. Həmin gün anamı kənara çəkərək müharibəyə getmək istədiyimi bildirdim. Anam qərarıma hörmətlə yanaşdı və istəyimə qarşı çıxmadı. Bundan sonra səfərbərlik xidmətinə müraciət etdim. Lakin atamın olmaması və ailənin yeganə oğlu olmağım nəzərə alınaraq

14:41 162
.

Kirill Budanov rus dilində danışdığına görə cərimə ödəyəcək

Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov Petropavlovskaya Borşaqovkada baş verən iğtişaşlar zamanı rus dilindən istifadə etdiyinə görə cərimə ödəyəcək. xəbər verir ki, bu barədə "RBK Ukrayna" dövlət dilinin mühafizəsi üzrə müvəkkil Yelena İvanovskayanın sosial şəbəkədəki paylaşımın

14:30 155
.

Azərbaycan Prezidenti: "44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi"

"Şuşanın azad edilməsi həm böyük rəmzi məna daşıyırdı, həm də İkinci Qarabağ müharibəsinin önəmli hissələrindən biri idi". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında bildirib. "44 gün ərzind

16:16 154
.

Tramp: "ABŞ seçkiyə görə 3 trilyon dollar itirdi"

"Demokratların Konqresə nəzarəti ələ keçirməsi ilə nəticələnən aralıq seçkisinə görə ABŞ 3 trilyon dollar itirib". xəbər verir ki, bunu Floridadakı Con Kennedi adına Kosmik Mərkəzdə çıxış edərkən ABŞ Prezidenti Donald Tramp deyib. Ölkə başçısı oktyabr ayında iş yerlərinin sayının 165 min artdığın

19:30 0
.