12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya GünüdürAzərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 27 il ötür. Müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib.
1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır. Azərbaycanın Konstitusiya quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir. 1921, 1925 və 1978-ci ildə qəbul edilən hər 3 konstitusiyalar SSRİ Konstitusiyasına uyğunlaşdırılmışdı.
Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı.
1995-ci ilin mayında Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə yaradılan Konstitusiya Komissiyasının hazırladığı Konstitusiya layihəsi 1995-ci ilin oktyabrında ümumxalq müzakirəsinə verildi və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı. Referendumda seçicilərin 86 faizi iştirak etdi və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi.
Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi. 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir.
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi. Azərbaycan Prezidentinin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.
Ötən 27 ildə ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar Azərbaycan Konstitusiyasına bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr edilib. Bununla da Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklər nəticəsində Əsas Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılıb.

Ramil Qədimquliyev –hüquqşünas, BDU-nin doktorantı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 896   Tarix: 08 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"İddiaların əhəmiyyətli hissəsi həqiqəti əks etdirmir"

İlk növbədə bildirmək istəyirəm ki, haqqımda yayılan materiallarda istifadə olunan bəzi şəkillər fotomontaj yolu ilə hazırlanıb, görüntülər manipulyasiya edilib və ictimai rəyi məqsədli şəkildə yanlış istiqamətə yönəltməyə xidmət edir. Fikir ayrılığı və tənqid demokratik cəmiyyətin ayrılmaz hissəsidir

06.08.2026 258
.

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Paytaxtın bəzi yerlərində qaz kəsiləcək. BİG.AZ xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə ki, təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu qəsəbəsinin Ə. Dadaşov, Y. Saratov, M. Kalinin, Ş. Rustaveli, M. İbrahimov küçələrinin və Bakıxano

06.08.2026 319
.

"İnfantino dərhal getməlidir" - Futbol əfsanəsi Fiqudan FİFA prezidentinə sərt TƏNQİD

"Barselona" və "Real"ın keçmiş oyunçusu FİFA prezidentini yalan danışmaqda günahlandırıb və istefa verməyə çağırıb. -ın xarici mediaya istinadən xəbərinə görə, portuqaliyalı futbol əfsanəsi Luiş Fiqu FİFA prezidenti Canni İnfantinonu sərt tənqid edib. "Barselona" və "Real"ı

06.08.2026 245
.

Bağlanan universitetin müəllimləri narazıdır - İşsiz qalıblar-Video

Bakı Qızlar Universitetinin onlarla müəllimi, eyni zamanda texniki işçisi işini itirmək təhlükəsi yaşayır. "Qafqazinfo" -a istinadən xəbər verir ki, universitetdə oxuyan tələbələrin digər özəl universitetlərə köçürülməsi haqda qərar verilib, lakin qərar bir çox müəllimlərə, eləcə də texnik

10:15 126
.

Təkbaşına səyahətlər niyə yeni trendə çevrilir?

Getdikcə daha çox turist mütləq planlaşdırma azadlığı naminə şüurlu şəkildə solo-səyahətlərə üstünlük verir. Əvvəllər tək səyahət edənlərə yüngül rəğbətlə yanaşırdılar: hesab olunurdu ki, insan tək səyahətə yalnız şirkətin (yoldaşın) olmaması səbəbindən gedir. Lakin bu gün vəziyyət kökündən dəyişib

06.08.2026 228
.

1967-ci ildə ölümün astanasında olan qadının iddiası diqqət çəkdi

ABŞ-da yaşayan 83 yaşlı Ket Dankl 1967-ci ildə ölümün astanasında olduğunu, həmin vaxt cənnət və cəhənnəmlə bağlı görüntülər gördüyünü, daha sonra isə həyatının tamamilə dəyişdiyini iddia edib. xəbər verir ki, bu barədə Need To Know nəşri məlumat yayıb. Dankl bildirib ki, həmin il oğlunu itirib və b

11:36 73
.

Ətirinizin qoxusu günlərlə qalacaq - Satıcıların demədiyi sadə üsul

Bir çox insan bahalı ətirlərin belə bir neçə saatdan sonra demək olar ki, hiss olunmadığını müşahidə edir. Çox vaxt bunun səbəbinin ətirin keyfiyyəti və ya istehsalçısı olduğu düşünülür. Halbuki parfümeriya sahəsinin mütəxəssisləri bildirirlər ki, qoxunun qalıcılığı böyük ölçüdə onun necə tətbiq edilməsində

06.08.2026 324
.

ABŞ-da vətəndaşlıq əldə etmək üçün doğuş məqsədli səfərlər qadağan olundu

ABŞ Prezidenti Donald Tramp ABŞ vətəndaşlığı əldə etmək məqsədilə doğuş üçün ölkəyə səfər etməyi qadağan edən sərəncam imzalayıb. xəbər verir ki, Tramp bu qərarını ABŞ-da doğulan uşaqlara qeyd-şərtsiz vətəndaşlıq verilməsini nəzərdə tutan Konstitusiya düzəlişindən yüz minlərlə insanın sui-istifadə etməs

10:47 106
.

Suyun altında sirli ildırımlar çaxır: Alimlər səbəbini tapa bilmir

Sakit okeanda əsrlərdir müşahidə olunan və "te lapa" ("işıq parıltısı") adlandırılan sirli sualtı işıq saçmaları alimlər üçün hələ də açılmamış təbiət hadisələrindən biri olaraq qalır. Qaynarinfo xəbər verir ki, "Popular Mechanics" nəşrinin yazdığına görə, bu hadisə okeanı

06.08.2026 302
.

TOP MP3