"Azərbaycan xalqı cənab İlham Əliyevin başçılığı altında sıx birləşərək bütün dünyaya öz gücünü nümayiş etdirdi" - Deputat

"Azərbaycan xalqı cənab İlham Əliyevin başçılığı altında sıx birləşərək bütün dünyaya öz gücünü nümayiş etdirdi" - Deputat"Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyev Prezident seçildiyi ilk vaxtlardan müqəddəs amal uğrunda - işğal altında qalan torpaqlarımızı azad etmək üçün yorulmadan, usanmadan çalışdı. Cənab İlham Əliyevin gərgin əməyinin, güclü və düşünülmüş siyasətinin nəticəsində Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Xalqımız dünyada əzmkar, qürurlu xalq kimi tanındı. Vətən müharibəsində qazandığımız qələbəmizi şərtləndirən amillərdən biri də Prezident cənab İlham Əliyevin Azərbaycanı iqtisadi cəhətdən güclü bir dövlətə çevirməsi oldu. Məhz bu dayanıqlı iqtisadiyyat nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer aldı. Dövlət büdcəsindən ordumuza kifayət qədər vəsait ayrıldı. Azərbaycan Silahlı Qüvvələri dünyanın ən müasir silahları ilə təchiz edildi. Azərbaycan münaqişə dövründə bütün nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq etdi və münaqişənin həlli üçün hüquqi baza yaratdı. BMT nin Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və bir sıra beynəlxalq təşkilatlarda qətnamələr qəbul edildi. Görülən bütün fəaliyyət Azərbaycanı Qalibiyyətə - 8 noyabr Zəfərinə aparırdı".

Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva Sonxeber.az-a açıqlamasında deyib.
Deputat həmçinin bildirib ki, dünya tarixində belə bir hadisə olmamışdır ki, bir dövlət 30 il işğalda olan torpaqlarını 44 gün ərzində hərbi və siyasi yolla azad etsin. Xalqımız bunu bacardı:
"Azərbaycan tarixində 8 noyabr 2020-ci ildə qazandığımız böyük Zəfər qələbəmizə bərabər tutula biləcək bir tarix yaşamamışdıq. Azərbaycan dövlətinin və xalqının qazandığı bu hərbi və siyasi gələbə dünyada öz unikallığı ilə tarixə yazılmış oldu. Dünya tarixində belə bir hadisə olmamışdır ki, bir dövlət 30 il işğalda olan torpaqlarını 44 gün ərzində hərbi və siyasi yolla azad etsin. Xalqımız bunu bacardı. Azərbaycan xalqı öz liderinin, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında sıx birləşərək bütün dünyaya öz gücünü, mübarizliyini nümayiş etdirdi. 44 gün ərzində Azərbaycan Ordusunun əsgər və zabitləri böyük şücaət və qəhrəmanlıq göstərdi, döyüşlər zamanı bir addım belə geri çəkilmədi. Əsgərlərimiz torpaqlarımız və dövlətimiz naminə öz canlarını, qanlarını əsirgəmədilər. Azərbaycan xalqı həmişə olduğu kimi müharibə zamanı da öz prezidentinə inandı. Xalqımız cənab İlham Əliyevin ətrafında sıx birləşdi, öz ordusunun arxasında dayandı. Bu vəhdət dəmir bir yumruğa çevirildi. Elə bir yumruğa çevrildi ki, bu yumruğu açmağa heç kimin nə gücü, nə də güdrəti çatmaz.
Prezident cənab İlham Əliyevin hərb meydanında Müzəffər sərkərdə olması ilə yanaşı, diplomatik cəbhədə də böyük diplomat va güclü siyasətçi olması öz təsdiqini tapdı.
Cənab İlham Əliyev 44 gün ərzində informasiya sahəsində Azərbaycan xalqının haqq səsi oldu, cəsarətlə, qətiyyətlə bütün xarici təzyiqlərə sinə gəldi və mübarizlik rəmzinə çevirildi.
Cənab İlham Əliyev Prezident seçildiyi ilk vaxtdan bir gün də olsun Qarabağla bağlı xalqımızın ruh düşkünlüyünə qapılmasına yol vermədi. Xalqımız da hər zaman vətən həsrətini, vətən sevgisini ürəklərində yaşatdı. Hər zaman vətəni və dövləti sevməyi və qorumağı hər şeydən üstün tutan gənclərimiz də bu ruhda tərbiyə olundu. Müharibəni də məhz bu ruhda yetişən gənclərimizin qəhrəmanlığı nəticəsində qalib xalq kimi qazandıq.
Ulu Öndər Heydər Əliyev xalqla görüşlərində "Biz Şuşanı da, Laçını da, Kəlbəcəri də və işğalda olan bütün torpaqlarımızı qaytaracağıq" deyirdi.
Cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunu, irsini rəhbər tutaraq bu yolu davam etdirdi. "Biz Qarabağı qaytaracağıq, Qarabağ Azərbaycan torpağıdır" söyləyirdi. Ölkə başçımız Ulu öndərə və xalqa verdiyi vədləri yerinə yetirdi. Xalqımızın qürur yeri, mədəniyyət beşiyimiz olan Şuşa şəhərinin işğaldan azad edildiyi gün cənab İlham Əliyevin Ulu öndərin qəbrini ziyarət etməsi və orada "Mən xoşbəxtəm ki, ata vəsiyətimi yerinə yetirdim" deməsi xalqın öz liderinə olan sevgisini daha da artırdı. İlham Əliyev öz irsinə, dövlətinə, xalqına bağlı bir şəxsdir. Ulu öndərin "Mən İlham Əliyevə özüm qədər inanıram" deməsi bu gün öz təsdiqini tapıb və tapmaqdadır.
Bu gün Azərbaycan Qarabağa, Şərqi Zəngəzura qovuşdu. Azərbaycan Ordusu Xocalı qurbanlarının, müharibədə günahsız gətlə yetirilmiş mülki əhalimizin, şəhidlərimizin qisasını döyüş meydanında aldı. Biz bütün dünyaya göstərdik ki, bir qarış torpağımızı da işğalda saxlamayacağıq.
Böyük Zəfərdən sonra artıq Böyük Qayıdış proseslərinə start verilib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev böyük dövlət xadimi, dünya azərbaycanlılarının lideri kimi artıq işğaldan azad edilmiş torpaqlara qayıdış prosesinə də rəhbərlik edir. Bu missiyada da bütün Azərbaycan xalqı İlham Əliyevin ətrafında mütəşəkkil şəkildə birləşib.
8 Noyabr xalqımızın yaddaşında şanlı bir gün kimi qalacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 756   Tarix: 07 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

ABŞ Kanadanın İranla əlaqəli səkkiz qurumuna sanksiyalar tətbiq edib

ABŞ İranla əlaqəli sanksiyalar siyahısına Kanadada qeydiyyatdan keçmiş səkkiz qurumu əlavə edib. "Report" xəbər verir ki, müvafiq məlumat ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında dərc edilib. Məlumata görə, məhdudiyyətlər valyuta mübadiləsi xidmətləri, pu

19:40 0
.

Ölkə başçısı: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

"Biz keçmişdə də bir yerdə olmuşuq, müharibə dövründə də bir yerdə idik, bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib. "Hesa

16:35 161
.

Alyona Əliyeva: "Şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik" - Foto

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva 8 Noyabr - Zəfər Günü münasibətilə paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir:. "8 Noyabr - Zəfər Günü münasibətilə xalqımızı səmimi-qəlbdən təbrik edirik! Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əzi

15:59 153
.

ABŞ İraqdan sərhəd keçid məntəqələrini bağlamasını istəyib

ABŞ İraqdan İranla ikisi istisna olmaqla bütün sərhəd keçid məntəqələrini bağlanmasını istəyib. "Report" xəbər verir ki, məlumatı "əl-Cəzirə" telekanalı İraqın Xarici İşlər Nazirliyinə istinadən yayıb. Bildirilib ki, rəsmi Bağdad Tehrana dostluq və ittifaqa hazır olduğunu çatdırs

15:50 134
.

Azərbaycan Prezidenti Türkiyə ilə münasibətlər barədə: "Heç kimə imkan vermərik ki, bizim aramıza girsin"

"İki xalq, ilk növbədə, iki lider heç kimə imkan vermərik ki, bizim aramıza girsin, yaxud da öz şəxsi maraqları naminə bizim birliyimizə, qardaşlığımıza, həmrəyliyimizə kölgə salsın". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyi

16:32 157
.

Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Şuşa qalası önündə foto çəkdiriblər. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

17:42 131
.

ABŞ İrandan silah daşınmasının qarşısını almaq üçün əməliyyat qrupu yaradıb

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın quru sərhədləri və Xəzər dənizi üzərindən silah daşınmasının qarşısını almaq vəzifəsi daşınan xüsusi tapşırıq qrupunun yaradıldığını elan edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) sosial şəbək

14:50 147
.

Prezident: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

"Bu gün Türkiyə dövləti, əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə böyük gücə çevrilib, dünya miqyasında böyük gücdür". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında bildirib

16:33 153
.

Azərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?

Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali

15:20 146
.