"Cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan parlaq zəfərlə Azərbaycan tarixində yeni mərhələ başladı" - Cavid Osmanov

"Cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan parlaq zəfərlə Azərbaycan tarixində yeni mərhələ başladı" - Cavid Osmanov"Azərbaycan Ordusu 44 gün ərzində şanlı Zəfərə imza atmaqla tarixi ədaləti bərpa etdi. Rəşadətli Ordumuz qarşısında diz çökən düşmən kapitulyasiya aktı imzalamağa məcbur oldu və bir güllə belə atmadan Ağdam, Kəlbəcər və Laçın rayonları düşmən tapdağından azad edildi. Bu üç rayonun itkisiz işğaldan azad edilməsi Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin diplomatik müstəvidə əldə etdiyi möhtəşəm uğurun göstəricisidir".

Bu sözləri Milli Məclisin deputatı Cavid Osmanov Sonxeber.az-a Vətən müharibəsindəki zəfərdə prezident İlham Əliyevin rolu ilə bağlı danışarkən deyib.

Deputat həmçinin bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı bütün dünya Azərbaycan xalqının öz ordusu və Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident cənab İlham Əliyevə yekdil şəkildə dəstək vediryinin şahidi oldu. Bu möhtəşəm həmrəylikdən güc alan ordumuz isə düşmənə döyüş meydanında ağır dərs verdi. Azərbaycan Ordusunun gücü qarşısında diz çökən erməni silahlı birləşmələri 44 günlük hərbi əməliyyatlar dövründə dəfələrlə müharibə cinayətlərinə əl ataraq döyüş zonasından 100 kilometrlərlə uzaqda yerləşən şəhər və rayonlarımızı qadağan olunmuş silahlarla- ballistik raketlərlə atəşə tutur, dinc əhaliyə qarşı qanlı terror törədir, mülki infrasturktura ciddi ziyan vururdular. Bütün bunlara baxmayaraq Azərbaycan xalqının döyüş əzmi azalmır, əksinə düşmənə qarşı olan qəzəb hissi daha da artır, törədilən bütün qanlı cinayətlərin qisası düşməndən döyüş meydanında alınırdı:

"Ermənilər tərəfindən azərbaycanlılara qarşı aparılan 200 ildən çox müddəti əhatə edən düşmənçilik siyasəti 1990-cı illərin əvvəllərində ən kəskin formaya keçdi. Sovetlər Birliyinin dağılmasından istifadə edən Ermənistan ölkəmizə qarşı açıq-aşkar ərazi iddiaları ilə elan edilməmiş müharibəyə başladı və 20 faiz torpaqlarımızı işğal etdi. İşğala və soyqırıma məruz qalan Azərbaycan bütün bunlara baxmayaraq yaranmış münaqişənin sülh yolu ilə həllində maraqlı idi. Lakin Ermənistan öz təcavüzkar siyasətindən əl çəkmək istəmir və davamlı olaraq təxribatlar törətməklə məşğul olurdu. Azərbaycan dövləti hər zaman qeyd edirdi ki, biz münaqişənin sülh yolu ilə həllinin tərfədarı olsaq da bu o demək deyildir ki, danışıqlar əbədi davam edəcəkdir. Danışıqlar yolu ilə münaqişə öz həllini tapmadğı təqdirdə hərb variantı qaçılmaz olacaq. Ermənistan son illər ərzində davamlı təxribat xarakterli əməlləri ilə danışıqlar prosesinə ciddi zərbə vurur və keçmiş təmas xətti, eyni zamanda, dövlət sərhəddində hərbi təcavüzlər törədirdi.
Ermənistanın növbəti təxribat cəhdlərindən biri də məhz 2020-ci ilin 27 sentyabr tarixində baş verdi. Artıq səbri tükənmiş Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əmrinə əsasən genişmiqyaslı əks-hücum əməliyyatlarına başlamalı oldu. Hərbi əməliyyatlar cəmi 44 gün davam etdi və bu müddət ərzində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarix yazdı, torpaqlarımız işğaldan azad edildi, parlaq Zəfər qazanıldı.
44 günlük Vətən müharibəsi zamanı bütün dünya Azərbaycan xalqının öz ordusu və Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident cənab İlham Əliyevə yekdil şəkildə dəstək vediryinin şahidi oldu. Bu möhtəşəm həmrəylikdən güc alan ordumuz isə düşmənə döyüş meydanında ağır dərs verdi. Azərbaycan Ordusunun gücü qarşısında diz çökən erməni silahlı birləşmələri 44 günlük hərbi əməliyyatlar dövründə dəfələrlə müharibə cinayətlərinə əl ataraq döyüş zonasından 100 kilometrlərlə uzaqda yerləşən şəhər və rayonlarımızı qadağan olunmuş silahlarla- ballistik raketlərlə atəşə tutur, dinc əhaliyə qarşı qanlı terror törədir, mülki infrasturktura ciddi ziyan vururdular. Bütün bunlara baxmayaraq Azərbaycan xalqının döyüş əzmi azalmır, əksinə düşmənə qarşı olan qəzəb hissi daha da artır, törədilən bütün qanlı cinayətlərin qisası düşməndən döyüş meydanında alınırdı.
Azərbaycan xalqı öz əzəli torpaqlarını işğaldan azad etməkdə və parlaq qələbə qazanmaqda israrlı idi. Azərbaycan əsgəri düşmənin belini qırır, hər gün yeni ərazilərimizi işğaldan azad edirdi. Düşmən isə qorxub qaçır, canını qurtarmağa çalışırdı.
Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin apardığı düşünülmüş siyasət və müasir orduquruculuğu sayəsində dünyanın ən güclü ordularından birinə çevirilən Azərbaycan Ordusu 44 gün ərzində şanlı Zəfərə imza atmaqla tarixi ədaləti bərpa etdi. Rəşadətli Ordumuz qarşısında diz çökən düşmən kapitulyasiya aktı imzalamağa məcbur oldu və bir güllə belə atmadan Ağdam, Kəlbəcər və Laçın rayonları düşmən tapdağından azad edildi. Bu üç rayonun itkisiz işğaldan azad edilməsi Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin diplomatik müstəvidə əldə etdiyi möhtəşəm uğurun göstəricisidir.
44 günlük Vətən müharibəmiz həmçinin ilk anlardan informasiya cəbhəsində də uğurla aparıldı. İnformasiya müharibəmizə də rəhbərliyi məhz Prezident cənab İlham Əliyev edirdi. Cənab Prezidentin xarici mətbuata verdiyi 30-dan çox müsahibə, eyni zamanda xalqa edilən müraciətlər informasiya müharibəsində də ölkəmizin üstünlüyünü təmin etdi. Xalqımız Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin hər bir müsahibə və müraciətlərini böyük maraqla izləyir, yüksək əhval-ruhiyyə ilə Ordumuza dəstək verirdi. Eyni zamanda Azərbaycanın haqq səsini dünyaya çatdırırdı.
30 il müddətində torpaqlarımızı işğalda saxlayaraq Azərbaycana qarşı talançılıq, çoxnövlü terror törədən Ermənistana qarşı dünya ölkələri, beynəlxalq təşkilatlar tərəfindən heç bir təsir göstərilməmiş, əksinə bəzi ölkə və dairələr bu ölkəyə havadarlıq etməyə çalışmışlar. Lakin Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi qətiyyətli və xalqımızın milli maraqlarına xidmət edən düşünülmüş siyasəti bu istiqamətdə də öz sözünü demiş, ermənipərəst dairələri öz yerinə oturtmuşdur. Başqa sözlə desək, 44 günlük Vətən müharibəsi ilə Azərbaycan erməni lobbisi, ermənipərəst dairələrə də ciddi zərbə vurmuş, erməni faşizminin başını əzmişdir.
Möhtəşəm Zəfəri ilə Azərbaycan qalib ölkə olaraq regionda artıq yeni reallıqlar yaradıb. Azərbaycan bölgədə davamlı sülh və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır. İşğaldan azad edilmiş ərazilərimizdə hərbi əməliyyatlar bitər-bitməz başladılan genişmiqyaslı yenidənqurma-bərpa işləri də məhz bunun göstəriciləridir.
Azərbaycan öz qələbəsi ilə regionda yeni əməkdaşlıq mühiti yaradıb və bunun üçün müxtəlif platformalar irəli sürülüb. Bütün bunlar isə regionun inkişafında yeni mərhələnin başlanğıcı hesab edilə bilər. Region ölkələri, hətta Ermənistan da öz siyasətində dəyişiklik etməklə, bu təkliflərdən yararlana bilərlər. Azərbaycan qalib ölkə olaraq regionun hər bir ölkəsi ilə əməkdaşlıqda maraqlıdır. Bu vaxta qədər də Ermənistan istisna olmaqla regionun hər bir ölkəsi ilə əməkdaşlıqlar yüksək səviyyədə olub. Azərbaycan-Türkiyə münasibətləri bu deyilənlərə ən gözəl nümunədir. Ölkələrimiz hər zaman bir-birinin yanında olub və biz Vətən müharibəsi başlanan ilk saatlardan bir daha bu birliyin şahidi olduq. Qardaş Türkiyə dövləti və dövlət başçısı cənab Rəcəb Tayyip Ərdoğan hərbi əməliyyatlar başalayan ilk saatlardan ölkəmizə siyasi dəstək verərək Azərbaycanın yanında olduqlarını bütün dünyaya bəyan etdilər.
Böyük ruh yüksəkliyi və qürur hissləri ilə Zəfər təntənəsini yaşayan xalqımız və dövlətimiz bu zəfəri bizə bəxş edən şəhidlərimizi dərin ehtiramla yad edir, qazilərimizə şəfa diləyir, Silahlı Qüvvələrimizə öz dərin təşəkkürünü bildirir. Dövlətimiz, xüsusilə də Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə, qazilərimizə qarşı yüksək diqqət-qayğı vardır.
Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan parlaq Zəfərlə Azərbaycan tarixində yeni mərhələ başladı. Bu mərhələ artıq azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri ilə davam edir. İşğaldan azad olunmuş torpaqlarımıza yeni həyat qayıdır. Müzəffər Ali Baş Komandan İlham cənab Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir.
Vətən müharibəsi günlərində olduğu kimi bu gün də qalib xalqımız öz lideri - Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında birləşərək işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması, Böyük Qayıdış strategiyasının həyata keçirilməsi, bir sözlə, daha güclü və qüdrətli Azərbaycan qurmaq naminə böyük əzmkarlıq göstərir. Bu müqəddəs yolda isə qalib xalqımızın öz dahi Sərkərdəsinin ətrafında birliyi əbədi və sarsılmazdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 620   Tarix: 07 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

1 milyon avroluq lotereya biletini səhvən zibilə atdı

İtaliyada böyük şans qazanan, lakin səhv anlaşılma səbəbindən zibilə atılan 1 milyon avro dəyərində lotereya bileti iki günlük axtarışdan sonra tapılıb. "Qafqazinfo"nun xəbərinə görə, hadisə ölkənin cənubundakı Apuliya bölgəsinin Bari şəhəri yaxınlığındakı Bitonto qəsəbəsində baş verib. Qali

06.08.2026 328
.

Toyunda əri öldürüldü, özü dağlara qaçdı - Reyqana həsr olunduğu düşünülən mahnı haqqında bilinməyənlər

Azərbaycan musiqisində elə əsərlər var ki, illər keçsə də, dəyərini itirmir. Onlar nəinki bir dövrün simvoluna çevrilir, hətta nəsildən-nəslə ötürülərək xalqın yaddaşında yaşayır. -ın yeni "Mahnıların tarixçəsi" rubrikasında bu dəfə haqqında bəhs edəcəyi "Dağlar qızı Reyhan" da məh

06.08.2026 308
.

Məşhur müğənni Rusiyaya qarşı döyüşməyə hazırdır

Latviyalı müğənni Layma Vaykule Rusiya ilə Latviya arasında mümkün hərbi münaqişə baş verəcəyi təqdirdə silaha sarılmağa hazır olduğunu bildirib. xarici mediaya istinadla xəbər verir ki, müsahibə zamanı jurnalistlər Vaykuledən "Rusiya Latviyaya hücum etsə, nə edərdiniz?" sualını ünvanlayıblar

06.08.2026 204
.

Azərbaycanda 13 stomatoloq məsuliyyətə cəlb edildi

İyul ayı ərzində Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən ümumilikdə 39 yoxlama aparılıb. APA-ya xəbər verir ki, bu barədə AEM-dən məlumat verilib. Bildirilib ki, həmin yoxlamalardan 32-si özəl tibb müəssisəsində, 7-si isə fiziki şəxsə məxsus obyektlərdə keçirilib. Yoxlamalar zamanı müxtəlif sahələ

10:54 127
.

Ailəsi ilə şəlaləyə gedən yeniyetmə faciəvi şəkildə öldü

Türkiyədə yeniyetmə şəlalədə faciəvi şəkildə ölüb. yerli mediaya istinadla bildirir ki, hadisə Kayseri rayonunun, Yəhyalı qəsəbəsində baş verib. Məlumata görə, ailəsi ilə birlikdə rayon ərazisində yerləşən Kapuzbaşı şəlalələrinə gedən 14 yaşlı Ela Nur Ç. Cənub Şəlaləsində tarazlığını itirərək suya düşüb

06.08.2026 267
.

David Seliverstova Çingiz Qənizadəyə CAVAB: "Hüquqi müzakirələr qanun üzərində qurulmalıdır"

Hörmətli Çingiz Qənizadə!. Siz uzun illərdir hüquq müdafiəçisi kimi çıxış edir, ictimaiyyət qarşısında hüququn aliliyini, qanunçuluğu və Konstitusiyanın prinsiplərini müdafiə etdiyinizi bəyan edirsiniz. Məhz buna görə də cəmiyyət sizdən hər bir məsələyə hüquqi meyarlarla yanaşmağı gözləyir. Azərbayca

06.08.2026 299
.

Moskva: Yerevan şantaj yolu ilə üstünlük qazanmağa çalışır

Yerevan Rusiya ilə münasibətlərdə şantaj yolu ilə üstünlük əldə etməyə çalışır. xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Fadeyev "YouTube" platformasında yayımlanan brifinqdə bildirib. Onun sözlərinə görə, Rusiya-Ermənista

10:54 106
.

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Paytaxtın bəzi yerlərində qaz kəsiləcək. BİG.AZ xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə ki, təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu qəsəbəsinin Ə. Dadaşov, Y. Saratov, M. Kalinin, Ş. Rustaveli, M. İbrahimov küçələrinin və Bakıxano

06.08.2026 320
.

"İnfantino dərhal getməlidir" - Futbol əfsanəsi Fiqudan FİFA prezidentinə sərt TƏNQİD

"Barselona" və "Real"ın keçmiş oyunçusu FİFA prezidentini yalan danışmaqda günahlandırıb və istefa verməyə çağırıb. -ın xarici mediaya istinadən xəbərinə görə, portuqaliyalı futbol əfsanəsi Luiş Fiqu FİFA prezidenti Canni İnfantinonu sərt tənqid edib. "Barselona" və "Real"ı

06.08.2026 245
.

TOP MP3