"Bizim beynəlxalq siyasətimiz Azərbaycanın milli maraqlarına uyğun bir siyasətdir"- DEPUTAT
"Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi yalnız döyüş meydanında getmədi. Bu müddət ərzində Prezident İlham Əliyev diplomatiya cəbhəsində də mübarizə apardı, ölkəmizə olan təzyiqlərə, təsirlərə qarşı özünün siyasi iradəsini, əzmkarlığını nümayiş etdirdi. Qarabağ münaqişəsinin yalnız Azərbaycan xalqının maraqları çərçivəsində həll oluna biləcəyini bütün dünyaya bəyan etdi. Prezidentimizin ardıcıl, məqsədöyünlü siyasəti sayəsində qardaş Türkiyə başda olmaqla dost və tərəfdaş ölkələrin siyasi və mənəvi dəstəyi Azərbaycanın diplomatik uğurlarını, siyasi mövqeyini daha da möhkəmləndiridi. Məhz bu hərbi-siyasi mübarizənin nəticəsində regionda yeni düzən, reallıqlar və fərqli geostrateji şərait yarandı.
Azərbaycan heç bir siyasi bloka qoşulmur. Təbii ki, bu, sadə bir siyasət deyil. Cənab Prezident İlham Əliyev həmişə bildirir ki, bizim beynəlxalq siyasətimiz Azərbaycanın milli maraqlarına uyğun bir siyasətdir. Dövlətlərlə ikitərəfli və çoxtərəfli əlaqələrimiz var".
Bunu Sonxeber.az saytına Milli Məclisin deputatı Musa Quliyev deyib.
"Vətən müharibəsindən qalib çıxan dövlətimiz regionda əbədi sülhü qazanmaq üçün səylərini bu gün uğurla davam etdirir. Özünün konstruktiv, ədalətli mövqeyini müxtəlif formatlı danışıqlar masasında və diplomatik gedişlərdə ən yüksək səviyyədə göstərir. Əminliklə söyləyirik ki, tarixi Zəfərdən sonra qalib ölkə kimi Azərbaycanın bölgədə rolu və çəkisi, dünyada nüfuzu daha da artıb, ölkəmiz artıq sözün bütün mənalarında söz sahibinə çevrilib. Artıq dünyanın güc mərkəzləri, siyasi çevrələr birmənalı şəkildə Azərbaycanla hesablaşır, onun qalib ölkə kimi danışıqlar masasında diktə etdiyi şərtlərlə birmənalı olaraq razılaşır.
Vətən müharibəsi günlərində olduğu kimi tarixi Zəfərdən sonra əldə edilmiş diplomatik uğurların, azad edilmiş ərazilərdə həyata keçirilən möhtəşəm layihələrin, aparılan bərpa-quruculuq işlərinin sayəsində bu günlər hər birimiz tarixi anlar yaşayırıq. Azərbaycanda demək olar elə bir gün yoxdur ki, hansısa əlamətdar bir hadisənin, tarixi bir məqamın şahidi olmayaq. Qələbədən sonra ölkəmiz hər gün daha da qüdrətlənir, hər gün tariximizə ilklər yazılır. Bütün bunlar bizim hər birimizin qəlbini qürur və fərəh hissi ilə doldurur. Ötən ilin dekabr ayının 10-da Azadlıq meydanında keçirilən və tariximizə ilk Zəfər Paradı kimi düşən şanlı gün yaddaşımıza əbədi həkk olundu. Zəfər Paradı qalib Azərbaycanın qüdrətini, gücünü bir daha bütün dünyaya nümayiş etdirdi".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 530 Tarix: 07 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşABŞ Kanadanın İranla əlaqəli səkkiz qurumuna sanksiyalar tətbiq edib
ABŞ İranla əlaqəli sanksiyalar siyahısına Kanadada qeydiyyatdan keçmiş səkkiz qurumu əlavə edib. "Report" xəbər verir ki, müvafiq məlumat ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında dərc edilib. Məlumata görə, məhdudiyyətlər valyuta mübadiləsi xidmətləri, pu
19:40 0 Ölkə başçısı: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"
"Biz keçmişdə də bir yerdə olmuşuq, müharibə dövründə də bir yerdə idik, bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib. "Hesa
16:35 161 Alyona Əliyeva: "Şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik" - Foto
Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva 8 Noyabr - Zəfər Günü münasibətilə paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir:. "8 Noyabr - Zəfər Günü münasibətilə xalqımızı səmimi-qəlbdən təbrik edirik! Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əzi
15:59 153 ABŞ İraqdan sərhəd keçid məntəqələrini bağlamasını istəyib
ABŞ İraqdan İranla ikisi istisna olmaqla bütün sərhəd keçid məntəqələrini bağlanmasını istəyib. "Report" xəbər verir ki, məlumatı "əl-Cəzirə" telekanalı İraqın Xarici İşlər Nazirliyinə istinadən yayıb. Bildirilib ki, rəsmi Bağdad Tehrana dostluq və ittifaqa hazır olduğunu çatdırs
15:50 134 Azərbaycan Prezidenti Türkiyə ilə münasibətlər barədə: "Heç kimə imkan vermərik ki, bizim aramıza girsin"
"İki xalq, ilk növbədə, iki lider heç kimə imkan vermərik ki, bizim aramıza girsin, yaxud da öz şəxsi maraqları naminə bizim birliyimizə, qardaşlığımıza, həmrəyliyimizə kölgə salsın". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyi
16:32 157 Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Şuşa qalası önündə foto çəkdiriblər. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb
17:42 131 ABŞ İrandan silah daşınmasının qarşısını almaq üçün əməliyyat qrupu yaradıb
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın quru sərhədləri və Xəzər dənizi üzərindən silah daşınmasının qarşısını almaq vəzifəsi daşınan xüsusi tapşırıq qrupunun yaradıldığını elan edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) sosial şəbək
14:50 147 Prezident: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"
"Bu gün Türkiyə dövləti, əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə böyük gücə çevrilib, dünya miqyasında böyük gücdür". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında bildirib
16:33 153 Azərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali
15:20 146