"Azərbaycanın əzəmətinə hər kəs şahiddir" - Deputat
"Hər bir azərbaycanlı bir ürək, bir yumruq olub Vətən müharibəsi şəhidlərini anır. 50 milyonluq dünya Azərbaycanlılarının hər bir fərdi, hər bir şəhidimizə öz ailəsinin itkisi kimi hüznlənir, eyni zamanda qürur duyur. Çünki 44 günlük savaşın ilk günü, Vətən müharibəsində ilk şəhidimizi verdiyimiz bu tarix həm də zəfərə gedən yolun başlanğıcı idi. Can verdik, qan tökdük, torpaqdan VƏTƏN yapdıq. 30 il işğal və murdar tapdaq altında olan evimizi, yurdumuzu cənab Ali Baş Komandanın rəhbərliyi altında azad etdik, bu günsə Onun ətrafında birləşib bu torpaqları abad edirik. Biz bu 44 gün bir olduq, İlham Əliyev şəxsiyyəti ətrafında birlik olduq, onun komandası altında əziləndən əzənə çevrildik, düşməni də havadarını da yerlə yeksan etdik. Məhz bu həmrəyliyin, ordu, xalq və hakimiyyət birliyinin sayəsində".
Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O qeyd edib ki, ötən dövrün təhlili göstərir ki, 27 sentyabr - Anım Günü həm də Azərbaycanın və bütövlükdə regionun tarixində dönüş nöqtəsidir.
"Bu tarixdə Müzəffər Ali Baş Komandanın müsəlləh əsgərləri kimi canını qurban verən hər bir şəhidimiz şərəf tariximizi yazmaqla bərabər, həm də haqqın, ədaləti bərpasına nail olmaqla, beynəlxalq hüququn aliliyini təmin etməklə Qafqazda yeni bir dövrün təməlini qoyuldu. Prezident İlham Əliyevin memarı, ordumuzun isə icraçısı olduğu yeni reallığın başlıca xarakterik xüsusiyyəti isə Azərbaycanın istisnasız olaraq regionun əsas hərbi-siyasi gücünə, diqtə edən beynəlxalq subyektə çevrilməsidir. Üstəlik qəhraman əsgərimiz 30 illik işğala cəmi 44 günə son qoymaqla, 30 il möhkəmlənən düşmənin keçilməz hərbi sədlərini gözünü qırpmadan dəqiqələr içində adlamaqla güclüdən-güclü, qəhrəmandan-qəhrəman olduğunu göstərib bizə xor baxanlara meydan oxudu, kim olduğumuzu dünya gördü və bu gündə hər kəs əzəmətimizə şahiddir.
Allah bu böyük tarixin qəhrəmanlıq səhifələrini yazan hər bir şəhidlərimizə rəhmət eləsin, İlham Əliyev şəxsiyyəti ətrafında birliyimiz isə əbədi olsun!"
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 783 Tarix: 07 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşCeyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
8 Noyabr - Zəfər Günü münasibətilə Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin birgə bəyanatından əvvəl son hazırlıq işləri görülüb. Baku TV-nin məlumatına görə, tədbir ərəfəsində məkanda azərbaycanlı və türkiyəli jurnalistlər bir araya gələrək həmkarları ilə söhbətləşiblər. Azərbaycanın xarici işlə
18:19 96 Prezident: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"
"Bu gün Türkiyə dövləti, əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə böyük gücə çevrilib, dünya miqyasında böyük gücdür". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında bildirib
16:33 153 Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan və Türkiyə prezidentləri Memorialın önünə əklillər qoyublar
17:36 115 Ölkə başçısı: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"
"Bu gün artıq Ermənistanla Azərbaycan arasında normallaşma prosesi gedir və ümid edirəm ki, bu proses konkret nəticələrə gətirib çıxaracaq". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib
16:17 148 Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb
17:56 120 Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb
2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö
16:50 144 Paraqvayın sabiq prezidenti ev dustaqlığına məhkum edildi
Paraqvayın sabiq prezidenti Santyaqo Penya impiçment qərarından dərhal sonra Asunson şəhərindəki şəxsi iqamətgahında saxlanılıb. xəbər verir ki, bu barədə ABC məlumat yayıb. Bildirilib ki, Penyanın tutulması noyabrın 6-da axşam saatlarında - Senat tərəfindən vəzifədən uzaqlaşdırılmasından sonra onu əvə
18:30 90 İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"
"Bizi birləşdirən ortaq tarixdir, etnik köklərdir, dilimizdir, ədəbiyyatımızdır, mənəvi dəyərlərimizdir. Bu, böyük sərvətdir və bu sərvət üzərində, bu güclü təməl üzərində bu gün dövlətlərarası münasibətlər də inkişaf edir". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Preziden
16:24 161 "Reuters": Rubio Dövlət Departamentində nizam-intizamı gücləndirməyi tələb edib
ABŞ-nin dövlət katibi Marko Rubio Dövlət Departamentinin yüksəkvəzifəli əməkdaşlarından öz səlahiyyətləri çərçivəsində hərəkət etməyi tələb edib və hökumətdəki əlaqələrindən asılı olmayaraq qeyri-etik davranışa görə işdən çıxarılmalarla bağlı xəbərdarlıq edib. "Report" xəbər verir ki, bu barəd
16:40 149