"İlham Əliyev elə bir tarixi zəfərə imza atıb ki, bununla adını əbədi olaraq dünyanın hərb tarixinə həkk edib"- Deputat
"Vətən müharibəsində əldə edilən tarixi qələbədə heç şübhəsiz Ali Baş Komandan, Prezident İlham Əliyevin müstəsna xidmətləri var. Bu baxımdan Azərbaycan Prezidenti tarixi şəxsiyyətdir".
Bunu Sonxeber.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. Deputat bildirib ki, zəfərin üç qəhrəmanı var:
"44 günlük Vətən müharibəsində qazandığımız tarixi zəfər bizə hədiyyə edilməyib. Zəfəri döyüş meydanında, şəhidlərimizin qanı hesabına almışıq. Bu tarixi qələbənin üç qəhrəmanı var. Ali Baş Komandan, onun formalaşdırdığı yenilməz ordu və böyük xalqımız. Məhz həmin birlik tarixi qələbənin əldə edilməsinə gətirib çıxarıb. İlham Əliyev elə bir tarixi zəfərə imza atıb ki, bununla adını əbədi olaraq həm ölkə, həm də dünyanın hərb tarixinə həkk etmiş edib.
Qələbə təsadüfən əldə edilməyib. Prezidentin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatı gücləndi. İqtisadi güc nəticəsində hərbi üstünlük də əldə etdik. Ən müasir silahlar aldıq, 20-dən artıq hərbi zavodu işə saldıq, 1200-dən artıq çeşiddə silah istehsal etdik. Xalqımız vətəndaş sülhünə, həmrəyliyinə qədər böyük bir yol keçən millətdir. Xalqın öz prezidenti ətrafında bir yumruq kimi birləşməsi və Prezidentin xalqın mənafeyinə cavab verən siyasət həyata keçirməsi tarixi qələbədə müstəsna rol oynadı.
Müharibə dövründə Prezidentin yeni siyasi konfiqurasiya, yeni siyasi mədəniyyətin formaşalması istiqamətində atdığı addımlar da öz nəticəsini verdi. Demək olar bütün müxalif partiyalar hakim partiya ilə birlikdə Vətənin müdafiəsinə qalxdı, ortaq mövqe ortaya qoydular. Tarixi zəfərdə Ali Baş Komandanın mahir diplomat olması da mühüm rol oynadı. O elə bir siyasət həyata keçirdi ki, müharibəyə müdaxilə edə biləcək dövlətlər bundan çəkindilər. Azərbaycan Prezidentinin Türkiyə ilə yaratdığı münasibətlər burada öz sözünü dedi. Türkiyə bütün müharibə dövründə Azərbaycana böyük mənəvi və siyasi dəstək verdi".
Deputat qeyd edir ki, İlham Əliyevin hakimiyyəti dövründə ordumuz dünyanın ən güclü ordularından birinə çevrilib:
"2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 135 milyon dollar idi. İndi isə 2,7 milyard dollardır, gələn il isə bu rəqəm 3,1 milyon dollardan çox olacaq. Dövlətimizin atdığı addımlar ordumuzun daha da güclənməsi mənafeyinə xidmət edir. Ali Baş Komandan sözün həqiqi mənasında tarixi şəxsiyyət olaraq torpaqlarımız üzərində tam suverenliyimizin təmin edilməsini reallaşdırdı. Bu addımı ilə o öz adını birdəfəlik dünyanın hərb tarixinə müzəffər prezident kimi həkk etmiş oldu".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 395 Tarix: 06 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞuşada Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub - Video
Noyabrın 8-də Şuşada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Respublikasının Prezident
15:03 183 Tramp: "ABŞ seçkiyə görə 3 trilyon dollar itirdi"
"Demokratların Konqresə nəzarəti ələ keçirməsi ilə nəticələnən aralıq seçkisinə görə ABŞ 3 trilyon dollar itirib". xəbər verir ki, bunu Floridadakı Con Kennedi adına Kosmik Mərkəzdə çıxış edərkən ABŞ Prezidenti Donald Tramp deyib. Ölkə başçısı oktyabr ayında iş yerlərinin sayının 165 min artdığın
19:30 69 Kişi icazəsiz evdən çıxan arvadını telefonla döydü
Kürdəmirdə kişi arvadını döyüb. Hadisə şəhər ərazisində qeydə alınıb. 54 yaşlı Cəfər İmanov (şərti adla) yaşadıqları evdə ondan icazəsiz tikinti materialları satışı mərkəzinə gedən arvadı ilə mübahisə edib. Mübahisə zamanı Cəfər əlindəki mobil telefonla arvadının sifət və sinə nahiyəsinə bir neçə dəf
15:00 180 Ölkə başçısı: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"
"Bu gün artıq Ermənistanla Azərbaycan arasında normallaşma prosesi gedir və ümid edirəm ki, bu proses konkret nəticələrə gətirib çıxaracaq". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib
16:17 154 Türkiyə Prezidenti Ankara ilə Bakı arasındakı münasibətləri "sönməz məşəl" adlandırıb - Video
"Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının bərpası və inkişafı istiqamətindəki səylər Türkiyədə diqqətlə izlənilir. Qarabağın irsinin bərpası xalqın gələcəyə inamının parlaq sübutudur". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbayca
17:38 133 Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
"Türkiyə və Azərbaycan arasında əlaqələr gündəlik məsələ deyil, çox uzun əsrlərə söykənir və əbədi qardaşlıq, ortaq taledir". xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının İdarə Heyətinin üzvü, millət vəkili Kürşad Zorlu "Haber Global" telekanalına müsahibəsində deyib
17:44 162 ABŞ Kanadanın İranla əlaqəli səkkiz qurumuna sanksiyalar tətbiq edib
ABŞ İranla əlaqəli sanksiyalar siyahısına Kanadada qeydiyyatdan keçmiş səkkiz qurumu əlavə edib. "Report" xəbər verir ki, müvafiq məlumat ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında dərc edilib. Məlumata görə, məhdudiyyətlər valyuta mübadiləsi xidmətləri, pu
19:40 28 Qubernator ABŞ prezidentliyinə namizəd olur: Pul toplamağa başladı
ABŞ-nin Florida ştatının qubernatoru Ron Desantis 2028-ci ildə keçiriləcək növbəti prezident seçkisində öz namizədliyini irəli sürmək üçün hazırlıqlara başıayıb. xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb. Məlumata görə, Desantis Respublikaçılar Partiyasından ABŞ prezidentliyin
19:20 80 Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
8 Noyabr - Zəfər Günü münasibətilə Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin birgə bəyanatından əvvəl son hazırlıq işləri görülüb. Baku TV-nin məlumatına görə, tədbir ərəfəsində məkanda azərbaycanlı və türkiyəli jurnalistlər bir araya gələrək həmkarları ilə söhbətləşiblər. Azərbaycanın xarici işlə
18:19 137