Qarabağın milli-mənəvi irsinin tanıdılmasına daha bir töhfə: "Şuşa" musiqili-qrafik layihəsi - FOTO/VİDEO
8 Noyabr - Zəfər Günü ərəfəsində İqtisadiyyat Nazirliyinin dəstəyi ilə daha bir maraqlı layihə ərsəyə gəlib. "Şuşa" musiqili-qrafik layihəsi Qarabağ və onun döyünən ürəyi Şuşanın 30 illik işğaldan azad edilməsinin ildönümünə həsr olunub.
Uzun sürən həsrət və şanlı Qələbəmizin gətirdiyi qovuşma bir çox sənətçiləri yeni əsərlər yaratmağa ruhlandırır. "Şuşa" əsəri də bir qrup istedadlı insanın təşəbbüsü ilə ərsəyə gətirilib. Layihə "SS Production" şirkəti tərəfindən həyata keçirilib. Sözləri Kübra Kərimliyə məxsus olan musiqinin müəllifi və ifaçısı AİSEL, səs prodüseri Emin Kərimdir. Layihənin baş prodüseri Aysel Rəcəblidir.
Layihənin maraqlı tərəflərindən biri də onun vizual həllidir. Bu həll məşhur rəssam, Əməkdar incəsənət xadimi Elturan Avalovun "Şuşa şəhərinin memarlığı" adlı qrafik rəsmlər silsiləsinə əsaslanır. Bu təsvirlərdə Şuşanın qədim memarlığını özündə əks etdirən tarixi abidələr və tikililər təqdim olunub ki, onların da bir çoxu işğal dövründə dağıdılıb və ya tamamilə məhv edilib.
Qrafik rəsmlər rejissor Teymur Nəcəfzadənin əməyi ilə canlılıq qazanaraq klipə çevrilib. Klipdə mədəniyyət beşiyimiz Şuşanı yalnız Azərbaycan deyil, bütün region üçün unikal və bənzərsiz edən memarlığı ilə birlikdə bu qədim torpağın dahi sənət adamlarına da yer verilib. Layihədə Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələrinin, ölkənin musiqi və yaradıcılıq irsində xüsusi dəyər kəsb edən, parlaq iz qoyan şuşalıların obrazlarından istifadə olunub. Bu virtual gəzintidə Pənahəli xan, Molla Pənah Vaqif, Xurşidbanu Natəvan, Qasım bəy Zakir, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Üzeyir Hacıbəyli, Bülbül və Xan Şuşinski kimi görkəmli şəxsiyyətlər yer alırlar.
Klipin 8 Noyabr - Zəfər Günü ərəfəsində Şuşanı azad edən əsgər və zabitlərimizin şərəfinə, şəhidlərimizin əziz ruhuna hörmət əlaməti olaraq, İqtisadiyyat Nazirliyinin inzibati binası üzərində vizual yayımlanacağı gözlənilir.
"Şuşa" musiqili-qrafik layihəsi Zəfər Günü ərəfəsində Qarabağdakı milli-mənəvi irsimizin, Azərbaycan memarlığının ən gözəl incilərinin, Şuşa şəhərinin zəngin və şanlı tarixi keçmişinin tanıdılmasına mühüm bir töhfədir. Böyük qürur hissi ilə "Şuşa" layihəsini sizə təqdim edirik:




BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 678 Tarix: 07 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÖlkə başçısı: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"
"Bu gün artıq Ermənistanla Azərbaycan arasında normallaşma prosesi gedir və ümid edirəm ki, bu proses konkret nəticələrə gətirib çıxaracaq". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib
16:17 154 Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında
18:40 114 Kişi icazəsiz evdən çıxan arvadını telefonla döydü
Kürdəmirdə kişi arvadını döyüb. Hadisə şəhər ərazisində qeydə alınıb. 54 yaşlı Cəfər İmanov (şərti adla) yaşadıqları evdə ondan icazəsiz tikinti materialları satışı mərkəzinə gedən arvadı ilə mübahisə edib. Mübahisə zamanı Cəfər əlindəki mobil telefonla arvadının sifət və sinə nahiyəsinə bir neçə dəf
15:00 180 Qazaxıstanda 3 milyard dollar investisiya ilə yeni xüsusi iqtisadi zona yaradılacaq
Qazaxıstanın Abay vilayətində "Semey" xüsusi iqtisadi zonasının yaradılması planlaşdırılır. "Report" xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, layihələrə proqnozlaşdırılan investisiya həcmi 1,4 trilyon tengə (3,13 milyard dollar
17:40 135 Ağ Evin yaxınlığında saxlanılan şəxs: "Başımdakı səslər Trampı öldürməyi əmr etdi"
ABŞ-nin Məxfi Xidmət agentləri Ağ Evin yaxınlığında ölkə Prezidenti Donald Trampı öldürməklə hədələyən venesuelalı qeyri-qanuni miqrantı saxlayıblar. xəbər verir ki, bu barədə "Fox News" telekanalı ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyinə istinadla məlumat yayıb. Bildirilir ki, əməliyyat zaman
18:20 133 İranın nüvə fəaliyyəti barədə məlumat verənlərə fantastik mükafat vəd olundu
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verən şəxsləri 20 milyon dollaradək mükafatlandırılacağını və onların xaricə getməsinə kömək göstərəcəyini bəyan edib. xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Dövlət Departamenti məlumat yayıb. İranın nüvə fəaliyyətinə aid obyektlər, texniki avadanlıqlar
16:30 162 Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - Foto/Video+YENİLƏNİB
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla çıxış ediblər. BİG.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış edib. Prezident İlham Əliyevin bəyanatı. - Hörmətl
18:41 183 ABŞ İrandan silah daşınmasının qarşısını almaq üçün əməliyyat qrupu yaradıb
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın quru sərhədləri və Xəzər dənizi üzərindən silah daşınmasının qarşısını almaq vəzifəsi daşınan xüsusi tapşırıq qrupunun yaradıldığını elan edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) sosial şəbək
14:50 151 İlham Əliyevdən Rəcəb Tayyib Ərdoğana: "Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir"
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında deyib. Buna görə Türkiyə Prezidentinə xüsusi minnətdarlığını bildirən dövlətimizi
16:12 151