36 yaşına qədər 12 dəfə xərçəngə tutuldu: Səbəbi tibb dünyasını heyrətə gətirdi

36 yaşına qədər 12 dəfə xərçəngə tutuldu: Səbəbi tibb dünyasını heyrətə gətirdi36 yaşına qədər xərçəngin 12 müxtəlif növünə (beşi bədxassəli) tutulan qadının vəziyyətini araşdırmağa başlayan həkimlər olduqca təəccüblü nəticəyə gəliblər. Məlum olub ki, dəfələrlə bu xəstəliyə tutulan qadının xərçəngə meylləndirən xüsusi vəziyyəti, eyni zamanda onu ölümdən qoruyur.

İspaniya Milli Xərçəng Araşdırma Mərkəzinin bu barədə tədqiqatı "Science Advances" jurnalında yayımlanıb.

Bildirilir ki, həyatı boyu müxtəlif şiş növlərilə mübarizə aparan adı açıqlanmayan qadının vəziyyəti həkimləri maraqlandırıb. Elm adamları onun xərçəngə bu qədər həssas olmasının səbəbini öyrənmək üçün bir az dərindən araşdırma aparmaq qərarına gəliblər.

Məlum olub ki, xəstənin xərçəngə daha çox meylli olmasına səbəb onun dünyada tayı-bərabəri olmayan genetik mutasiyasıdır. Bu mutasiya hüceyrələrin təkrarlanması disfunksiyasına səbəb olub və fərqli sayda xromosomlu hüceyrələr əmələ gətirir. Qadının qan hüceyrələrinin təxminən 30-40 faizində anormal sayda xromosom aşkarlanıb.

Ancaq həmçinin müəyyən olunub ki, genetik balanssızlığın səbəb olduğu xərçəngə meyllilik həm də qadının ölümdən qoruyur. Tədqiqatçılar xəstənin immun sisteminin daim SOS vəziyyətində olduğunu aşkar ediblər. Qadının immun sisteminin yüksək hazırlığı indiyədək əmələ gələn xərçəng hüceyrələrinin əksəriyyətini məhv edib.

"Xəstənin genetik qüsuru əslində onu qoruyub. İmmunitet sistemi sayəsində bütün bədxassəli şişlərdən xilas olub", - deyə tədqiqat qrupunun üzvlərindən biokimyaçı Karolina Villarroya bildirib.

Sözügedən xəstədə 2014-cü ildən bəri heç bir şiş görünmədiyi, sağlam və normal bir həyat sürdüyü açıqlansa da, elm adamları bu kəşfin erkən xərçəng diaqnozunun yaxşılaşdırılmasına və yeni müalicə üsullarının inkişaf etdirilməsinə kömək edəcəyini bildirirlər.(oxu.az)


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1621   Tarix: 06 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Narazı gəlin diqqət çəkdi - VİDEO

Toy məclislərindən birində lentə alınan görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. xəbər verir ki, yayılan kadrlarda ən çox diqqət çəkən məqam gəlinin üz ifadəsi olub. İzləyicilər onun narazı və bir qədər soyuq göründüyünü qeyd ediblər. Görüntülərdə cütlüyün rəqs etdiyi anlar da yer alıb

03.05.2026 831
.

Sulanmayan qatığın sirri bu qədər sadə imiş

Qatığın qısa müddətdə sulanmasının arxasında çox vaxt fərq edilməyən saxlama səhvləri dayanır. Gündəlik istifadədə edilən kiçik laqeydliklər qatığın strukturunu pozaraq qatılığın itməsinə yol aça bilər. Halbuki düzgün saxlama vərdişləri ilə bu vəziyyətin qarşısını almaq mümkündür. xəbər verir ki, qatığı

03.05.2026 340
.

"WhatsApp" bu telefonlarda İŞLƏMƏYƏCƏK

Dünyada ən çox istifadə olunan mesajlaşma tətbiqlərindən "WhatsApp" 8 sentyabr 2026-dan etibarən Android 6.0-dan aşağı əməliyyat sisteminə malik cihazlarda dəstəyi dayandıracaq. xəbər verir ki, qərar xüsusilə Android 5.0 və 5.1 ilə işləyən köhnə modellərə təsir edəcək. Şirkət bu addımı təhlükəsizli

03.05.2026 490
.

Gəlini görən bəy elə ƏZİZLƏDİ Kİ... - VİDEO

Sosial şəbəkələrdə yayılan maraqlı video qısa zamanda izləyicilərin diqqətini cəlb edib. Görüntülərdə bəyin gəlini gördüyü an yaşadığı emosiyalar xüsusi maraq doğurub. xəbər verir ki, bəy gəlinini ilk dəfə gəlinlikdə görəndə sevincini gizlədə bilməyib. O, hisslərini qeyri-adi və səmimi şəkildə ifad

09.05.2026 332
.

Dünyada milyarderlərin sayı daha da artır: hansı ölkələr ən sürətlə zənginləşir

Avropada varlıların sayında ən sürətli artım Polşada gözlənilir. Dünya üzrə dollar milyarderlərinin sayı sürətlə artır və 2031-ci ilə qədər təxminən 400 nəfərə çata bilər. -ın xarici mediaya istinadən xəbərinə görə, mütləq say artımına baxmayaraq, Avropa öz payını artırır, Amerika isə mövqelərini itirir

10.05.2026 290
.

Tezbazar.Az - Hobbi və asudə, istirahət və əyləncə elanları

ın Hobbi və Asudə bölməsi hər kəs üçündür! Çünki hobbisi olmayan insan yoxdur. Hobbi asudə vaxtlarında etdiyin və ondan zövq aldığın məşğuliyyət deməkdir. Hobbilər müxtəlifdir: kimisi səyahət etməyi xoşlayır, kimisi velosiped sürməyi, kimisə kitab oxumağı, kimisi isə ova və ya balıq tutmağa getməyi

10.05.2026 480
.

Turlar.Az - Daxili Turlar

Pulsuz turizm elanları saytı olan -da sizə Quba, Qusar və İsmayıllı turları təklif olunur. Ən münasib qiymətlər bizdə!. Daxili turlar arasında Quba-Qusar-Laza turu ən məşhurlardandır. İlin istənilən fəslində bu turlar təşkil olunur. Ekonom və standart paketlər arasında qiymət fərqi olur. Qiymətə daxildir

12.05.2026 609
.

Qırmızı saçlı insanların hüceyrə "supergücü" qədim təkamül sirrini ortaya çıxardı

Qırmızı saç və narıncı lələklər uzun müddət riskli təkamül xüsusiyyəti kimi qiymətləndirilib. Bunun səbəbi əvvəlki tədqiqatların onları hüceyrə stressini artıran və insanlarda xərçəng riskini yüksəldə bilən dəri piqmentləri ilə əlaqələndirməsi idi. Yeni araşdırma isə göstərib ki, müəyyən şəraitdə həmi

08.05.2026 338
.

Azərbaycanda ən populyar sosial şəbəkə açıqlandı

Ötən ay Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkə "Facebook" olub. Bu barədə "StatCounter"a istinadən xəbər verir. Aprel ayında "Facebook"un Azərbaycanın sosial şəbəkə bazarındakı payı 28,83% təşkil edib. Bu isə mart ayı ilə müqayisədə 2,51 faiz bəndi çox, ötən ili

03.05.2026 302
.

TOP MP3