MTN generalı Mövlam Şıxəliyev həyat yoldaşından ayrıldı - SENSASİON TƏFƏRRÜAT

MTN generalı Mövlam Şıxəliyev həyat yoldaşından ayrıldı - SENSASİON TƏFƏRRÜATMilli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev həyat yoldaşından ayrılıb. O, boşanma haqda şəhadətnaməni məhkəməyə təqdim edib.

Bu haqda "Yeni Müsavat"a daxil olan məlumatda deyilir ki, Mövlam Şıxəliyevin həyat yoldaşından ayrılması onun istintaqa cəlb edilməsindən sonraya təsadüf edib.

Bakı Hərbi Məhkəməsində Mövlam Şıxəliyev və digər 3 MTN polkovnikinin cinayət işi üzrə keçirilən prosesdə Aybəniz Şıxəliyevanın adı dəfələrlə hallanıb. Zərərçəkənlər Aybəniz Şıxəliyevanın və ailə üzvlərinin - oğlu Elgün Şıxəliyevin, qızı Samirə Əliyevanın də istintaqa cəlb olunmalarını tələb ediblər.

Tələblərini belə əsaslandırıblar ki, Mövlam Şıxəliyev cinayət yolu ilə əldə olunan əmlakların böyük bir hissəsini həyat yoldaşı Aybəniz Şıxəliyevanın, oğlu Elgün Şıxəliyevin və qızı Samirə Əliyevanın adına rəsmiləşdirməklə leqallaşdırıb.

Zərərçəkənlərdən Hüseyn Səfərov deyib ki, Mövlam Şıxəliyevin həyat yoldaşından ayrılması müsadirə olunacaq əmlakları xilas etməyə hesablanmış addımdır:

"Bir çoxları kimi, deyəsən, Mövlam Şıxəliyev də bilmir ki, onun həyat yoldaşından ayrılması üzərinə həbs qoyulan əmlakları müsadirədən xilas etməyəcək. Çünki Mövlam Şıxəliyev istintaqa cəlb ediləndən dərhal sonra onun və ailə üzvlərinin adına rəsmiləşdirilən bütün əmlaklar üzərinə həbs qoyulub. Mövlam Şıxəliyevlə Aybəniz Şıxəliyevanın boşanması isə bundan sonraya təsadüf edir. Yəni Mövlam Şıxəliyev həyat yoldaşı ilə əmlaklara görə əbəs yerə boşanıb".

Hüseyn Səfərov bildirib ki, Bakı Apellyasiya Məhkəməsinə təqdim etdikləri şikayətlərində Mövlam Şıxəliyevin üzərinə həbs qoyulmuş bütün əmlaklarının müsadirə edilməsini, onun ailə üzvlərinin də istintaqa cəlb olunmalarını tələb ediblər: "İbtidai istintaq dövründə Mövlam Şıxəliyevin 23 əmlakının üzərinə həbs qoyulub. Bakı Hərbi Məhkəməsi həmin mülklərin 7-ni heç bir əsas olmadan Mövlam Şıxəliyevin özünə qaytardı. Bundan başqa məhkəmə üzərində həbs olan 16 mülkdən səkkizinin 1/2-nin yenə də heç bir əsas olmadan Mövlam Şıxəliyevin özünə qaytarılması barədə qərar qəbul etdi.

Yerdə qalan 12 mülkün satılması və zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsinə qərar verilib. İşdə 36 zərərçəkən, 20 milyon manat zərər var. Mövlam Şıxəliyevin ümumilikdə 23 mülkü satılsa da, yenə də biz zərərçəkmişlərə dəymiş ziyanın tam ödənilməsi mümkün deyil. Çünki zərərçəkmişlərə dəymiş ziyanın həcmi müsadirəyə götürülmüş 23 mülkün mövcud qiymətləndirmə ilə dəyərindən daha çoxdur. Bu səbəbdən Mövlam Şıxəliyevə məxsus bütün əmlakların müsadirə olunmasını, doğru-dürüst qiymətləndirilməsini tələb edirik. Mən 76 gün MTN-də girov saxlanılmışam. 76 gün ərzində ailəm, oğlum, qızlarım zülm-zillət içində olublar. Bu gün də mən onun arvadı Aybənizin, qızı Samirənin və oğlu Elgünün həbsini tələb edirəm. Onun arvadı Aybəniz Şıxəliyeva, 36 yaşlı qızı Samirə Əliyeva və 38 yaşlı oğlu Elgün Şıxəliyev də istintaqa cəlb olunmalıdırlar. Cinayət Məcəlləsində Mövlam Şıxəliyevin arvadı Aybənizin, qızı Samirənin, oğlu Elgünün həbsi üçün 2 maddə var. Cinayət Məcəlləsinin 193-1. maddəsi cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma adlanır. Arvadı da, qızı da, oğlu da Mövlam Şıxəliyevin evinə apardığı torba-torba pulların, qızılların mənbəyini bilib.

Gəlin görək, MTN-in İstintaq İdarəsində rəis işləyən biri maaşla milyonluq mülklər ala bilərdi? Haradandır torbalarla pullar, qızıllar? Arvadı Aybəniz bu gün milyonçudur. 10 milyonlarla ölçülən varidatın sahibidir. Onun sahibi olduğu əmlakları adına əri Mövlam Şıxəliyev iz azdırmaq üçün keçirib. İndi də formal olaraq boşanıblar, düşünürlər ki, bu cür gülünc üsullarla istintaqı və məhkəməni aldada biləcəklər.

Aybəniz Qinyaz qızı Şıxəliyeva 1961-ci ildəndir. Ağdaşdandır. Öyrənmişik ki, Aybənizin atası Qinyaz kasıb biri olub. Ortabab dolanıb. Aybənizin babası, Qinyazın atası da milyonçu olmayıb. Aybəniz Şıxəliyeva isə milyonçudur. Milyoner Aybənizin varidatının mənbəyi gizli deyil, ortadadır. Bu pulların mənbəyi Azərbaycan sahibkarlarının cibidir. Ağdaşlı Aybənizi milyonerə çevirən mənim kimi qanunsuz həbs edilən, girov saxlanılan iş adamlarıdır.

Cinayət Məcəlləsinin 194-cü maddəsi isə cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermə adlanır. Bu nə deməkdir? Mövlam Şıxəliyev günahı pul qazanmaq olan sahibkarları MTN-ə gətirdib və qanunsuz olaraq həbsə almaqla əllərindən pullarını alıb. Həmin pulları, həmin pullar hesabına əldə etdiyi varidatı arvadı Aybənizin, qızı Samirənin, oğlu Elgünün adına dövr etdirib. Mövlam Şıxəliyev cinayət yolu ilə əldə etdiyi əmlaklara ailə üzvlərini də şərik etməklə onları da cinayətkara çevirib. Azərbaycanda Mövlam Şıxəliyevin soyğununa məruz qalan şəxslərdən biri də mən olmuşam. Təsəvvür edin ki, çağırıb deyiblər ki, pul ver. Mən də heç bir cinayətim olmadığını demişəm, pul verməkdən imtina etmişəm. 2 ay yarım məni həbsdə saxlayıb evimi, oğlumun maşınını, qızlarımın, həyat yoldaşımın qızıl-zinət əşyalarını satdırıb pulunu alıblar.

Bundan sonra məni qanunsuz həbsdən azad etsələr də, yenə də əl çəkməyiblər. Mövlam Şıxəliyev tipik dələduzdur. Hər dəfə bir şey fikirləşib məndən pul qoparırdı. Gah deyirdi ki, ad günümdür, mənə kostyum al. Gah deyirdi rütbə almışam, pul ver. Mənim kimi yüzlərlə iş adamı, sahibkarlar olub ki, şərləyib qanunsuz həbs ediblər, girov saxlayıblar, pul alıb buraxıblar. Amma əl çəkməyiblər. Onun qızı Samirə Əliyev Sumqayıtda musiqi məktəbində işləyib. Musiqi məktəbində işləyən müəllimənin 5-10 milyonluq əmlakı haradandır? Arvadı 2-ci qrup əlildir. Dövlətdən ayda 220 manat təqaüd alır. Haradandır adına olan 5-10 milyonluq əmlak? Oğlunun adına da milyonluq əmlaklar var. Mövlam Şıxəliyevin özü kimi ailəsi də bizə qarşı cinayətlərdə iştirak etdiklərinə görə həbsə alınmalıdırlar!"


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2159   Tarix: 04 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bu universitetlər BAĞLANA BİLƏR - XƏBƏRDARLIQ

Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılması ali təhsil müəssisələrinin fəaliyyəti məsələsini yenidən gündəmə gətirib. Bu qərar universitetlərin keyfiyyət standartlarına uyğunluğu, tədris və idarəetmə prosesləri, maddi-texniki baza və digər tələblərin nə dərəcədə vacib olduğunu göstərir

12:22 201
.

ABŞ-da vətəndaşlıq əldə etmək üçün doğuş məqsədli səfərlər qadağan olundu

ABŞ Prezidenti Donald Tramp ABŞ vətəndaşlığı əldə etmək məqsədilə doğuş üçün ölkəyə səfər etməyi qadağan edən sərəncam imzalayıb. xəbər verir ki, Tramp bu qərarını ABŞ-da doğulan uşaqlara qeyd-şərtsiz vətəndaşlıq verilməsini nəzərdə tutan Konstitusiya düzəlişindən yüz minlərlə insanın sui-istifadə etməs

10:47 137
.

Paşinyan: Ermənistan eyni vaxtda Aİ və Aİİ-yə üzv ola bilməz

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkənin eyni vaxtda həm Avropa İttifaqına (Aİ), həm də Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olması mümkün deyil. xəbər verir ki, hökumət başçısı Ermənistanın Aİ-yə üzvlüyə tam hazır olmasının ölkənin avtomatik şəkildə quruma qəbul ediləcəyi anlamın

10:50 125
.

1 milyon avroluq lotereya biletini səhvən zibilə atdı

İtaliyada böyük şans qazanan, lakin səhv anlaşılma səbəbindən zibilə atılan 1 milyon avro dəyərində lotereya bileti iki günlük axtarışdan sonra tapılıb. "Qafqazinfo"nun xəbərinə görə, hadisə ölkənin cənubundakı Apuliya bölgəsinin Bari şəhəri yaxınlığındakı Bitonto qəsəbəsində baş verib. Qali

06.08.2026 337
.

"Tarqovı"da yanğın - Video - Yenilənib

Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində yerləşən obyektdə yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğını

11:31 218
.

Özünü vampir təriqətinin üzvü hesab edən şəxs saxlanıldı

Böyük Britaniyada 48 yaşlı Benjamin Luis heyvanları ayin məqsədilə öldürdüyünə görə məcburi müalicəyə göndərilib. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. İstintaq zamanı müəyyən edilib ki, Luis vampirlərə aludə olub və özünü vampir təriqətinin üzvü hesab edib. O, bunu nümayiş etdirmək məqsədil

11:32 154
.

Bu ərazilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 7-də paytaxtda və bəzi regionlarda elektrik şəbəkəsində əsaslı təmir, yenidənqurma işləri aparılacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Azərişıq" məluma

10:53 136
.

Quduz qunduzlar biri uşaq olmaqla iki nəfəri yaraladı

ABŞ-ın Merilend ştatındakı Kanninqem Fols Parkı quduz qunduzların ziyarətçilərə iki dəfə hücum etməsindən sonra qismən bağlanıb. xəbər verir ki, bu barədə RİA Novosti yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Bildirilib ki, quduz qunduz çayda üzən 13 yaşlı uşağa hücum edib. Heyvan tutulduqda

11:23 148
.

Atasının pensiyasını almaq üçün meyitini illərlə dondurucuda gizlətdi

Yunanıstanda 55 yaşlı kişi atasının meyitini illərlə dondurucuda gizlədib onun təqaüdünü almağa davam etməkdə şübhəli bilinərək həbs edilib. "Qafqazinfo" xəbər verir ki, Yunanıstan polisinin məlumatına görə, hadisə Peloponnes yarımadasında, Sparta yaxınlığındakı Mistra kəndində qeydə alınıb

06.08.2026 329
.

TOP MP3