"Tahir Əkbəri atasının məzarında dəfn ediblər" - Video

"Tahir Əkbəri atasının məzarında dəfn ediblər" - VideoƏməkdar artist Aybəniz Haşımova mərhum bəstəkar, Əməkdar mədəniyyət işçisi tahir Əkbərin ölümündən əvvəl çəkilən son videosunu paylaşıb.

Axşam.az xəbər verir ki, müğənni onla bağlı xatirələrini bölüşərək bunları qeyd edib. Haşımova bildirib ki, Tahir Əkbəri dəfn etmək üçün yer belə tapılmayıb:

"O gün onu son dəfə çəkirmişəm, heç xəbərim yox. Tahir Əkbər soruşdu ki, çəkirsən? Çəkmə, nə olar, sonra götürüb qoyacaqsan internetə. İstəmirəm... Dedim ki, yaxşı çəkməyəcəyəm. Çəkdim, amma internetə qoymadım. Gizlincə ailəsinə göndərdim. Axır vaxtlar beyin əməliyyatından sonra onunla olan hər anı çəkib saxlamaq istəyirdim.

Noyabrın 2-si və Tahir Əkbərin son çəkilişi... Nə yaxşı ki, bu videonu çəkmişəm. Hətta ona qoşulub bir zümzümə etmişəm.

Çox təvazökar, alicənab, aristokrat idi, musiqiləri onun daxili dünyasının aynasıydı. Yeri heç vaxt dolmayacaq, nəhəng bəstəkar. Hər nöqtə, vergülü bir qızılgül baxçası idi, düzülmüşdü onun not sətirlərinə. Mahnıları özündən xoşbəxt doğulmuşdu. Özü isə bu dünyada xoşbəxt ola bilmədi. Allah bir tərəfdən verəndə, digər tərəfdən mütləq alırmış. Görünür necə şanssız doğulubmuş ki, bir qəbir yeri belə ona qismət olmadı. Sonda atasının məzarını açıb, balasını onun qucağına qoydular. Sanki, balana yiyə dur, biz sahib çıxa bilmədik, dedik. Bu da həyatın ədalətsiz, qəddar, acımasız həqiqəti. Eybi yox, əsas odur ki, atasının qucağındadır. Yoxsa ona dəfn üçün verilən qurbağa gölünün ətrafında, qamışlığın içindən səslənən qurbağaların kəsilməyən səsindən bəstəkarın illərlə ana laylasını, büllur səsilə oxuyan dahi Şövkətimizin avazını qurbağaların qurultusu bəstəkara unutduracaqlardı. Olan-qalan beynini də onların səsi dağıdacaqdı.

Neçə ildir noyabrın 2-də qızı Bəhriyyə, həyat yoldaşı Aybəniz xanım gedib onu ziyarət edirlər, gülünü qoyub gəlirlər. Onun da nağılının sonu belə bitdi, əbədi rəhmət olsun sənə, Tahir Əkbər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1626   Tarix: 03 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İranın nüvə fəaliyyəti barədə məlumat verənlərə fantastik mükafat vəd olundu

ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verən şəxsləri 20 milyon dollaradək mükafatlandırılacağını və onların xaricə getməsinə kömək göstərəcəyini bəyan edib. xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Dövlət Departamenti məlumat yayıb. İranın nüvə fəaliyyətinə aid obyektlər, texniki avadanlıqlar

16:30 162
.

Dünyadan "ərzaq yığın" ÇAĞIRIŞI: Niyə məhz 3 gün? - ŞOK DETALLAR

Dünyanın bir çox ölkəsi eyni vaxtda vətəndaşlarına evlərində ərzaq və su ehtiyatı toplamaqla bağlı çağırış edərək həyəcan təbili çaldı. Bəs bu addımın arxasında hansı səbəblər dayanır və əslində nə baş verir?. "GZT"yə istinadən xəbər verir ki, müasir dövrdə hər hansı bir ölkəni böhrana sürükləmə

16:00 170
.

Azərbaycan Prezidenti Türkiyə ilə münasibətlər barədə: "Heç kimə imkan vermərik ki, bizim aramıza girsin"

"İki xalq, ilk növbədə, iki lider heç kimə imkan vermərik ki, bizim aramıza girsin, yaxud da öz şəxsi maraqları naminə bizim birliyimizə, qardaşlığımıza, həmrəyliyimizə kölgə salsın". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyi

16:32 162
.

Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - Foto/Video+YENİLƏNİB

Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla çıxış ediblər. BİG.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış edib. Prezident İlham Əliyevin bəyanatı. - Hörmətl

18:41 183
.

Ölkə başçısı: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

"Bu gün artıq Ermənistanla Azərbaycan arasında normallaşma prosesi gedir və ümid edirəm ki, bu proses konkret nəticələrə gətirib çıxaracaq". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib

16:17 154
.

İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanı Füzuli Beynəlxalq Hava Limanında qarşılamasına dair videoçarx

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qarşılayıblar. Prezidentin Mətbuat Xidməti qarşılanm

15:21 177
.

ABŞ Kanadanın İranla əlaqəli səkkiz qurumuna sanksiyalar tətbiq edib

ABŞ İranla əlaqəli sanksiyalar siyahısına Kanadada qeydiyyatdan keçmiş səkkiz qurumu əlavə edib. "Report" xəbər verir ki, müvafiq məlumat ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında dərc edilib. Məlumata görə, məhdudiyyətlər valyuta mübadiləsi xidmətləri, pu

19:40 28
.

İlham Əliyevdən Rəcəb Tayyib Ərdoğana: "Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir"

"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında deyib. Buna görə Türkiyə Prezidentinə xüsusi minnətdarlığını bildirən dövlətimizi

16:12 151
.

Türkiyə Prezidenti Ankara ilə Bakı arasındakı münasibətləri "sönməz məşəl" adlandırıb - Video

"Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının bərpası və inkişafı istiqamətindəki səylər Türkiyədə diqqətlə izlənilir. Qarabağın irsinin bərpası xalqın gələcəyə inamının parlaq sübutudur". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbayca

17:38 133
.