Körpənin saçını qırxmaq olar?
Körpələr bir qədər böyüyəndən sonra saçlarını dibdən qırxmaq ənənəsi var. Bu ənənə uzun illərdir ki, yaşayır. Bu, həm də dibdən kəsiləndən sonra tüklərin daha canlı olacağı, daha çox uzanacağı mənasına gəlir. Mütəxəssislər isə hesab edir ki, bu, düzgün yanaşma deyil və elmi-tibbi baxımdan izahı yoxdur.
Lent.az xəbər verir ki, "Erkən Uşaqlıq Dövründə İnkişaf" layihəsinin (UNICEF və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin birgə icra etdiyi layihə) bununla bağlı hazırladığı məlumatı təqdim edir:
Sağlamlıq baxımından, körpənin saçını qırxmağa ehtiyac yoxdur. Saçın qırxılması saçın tez uzanmasına, gur olmasına təsir etmir. El arasında belə bir inanc olsa da, əslində elmi olaraq bu, sübut olunmayıb. Çünki saç folikulu (saçın kökünü əhatə edən quruluş) körpə ana bətnində olarkən formalaşmış olur.
Əgər saç çox uzun olarsa və hansısa formada uşağa mane olursa, o zaman 7 həftədən sonra qayçı ilə saçı qısaltmaq olar (saç dibdən qırxılmamalıdır).
Ülgüc yaxud saçkəsən aparatdan istifadə tövsiyə olunmur, çünki uşağın həssas dərisinə zərər verə bilər. İstifadə olunan qayçının isə ucları iti olmamalı və saç ehtiyatla kəsilməlidir.
Tövsiyə olunur ki, uşağın qorxmaması üçün ilk saç kəsimi ev şəraitində olsun.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2551 Tarix: 03 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPlastik düyü iddiaları nə dərəcədə doğrudur?
"Son vaxtlar sosial şəbəkələrdə "plastik düyü" ilə bağlı müxtəlif iddialar yayılır. Lakin elmi baxımdan bu iddiaların əsası yoxdur. Ümumiyyətlə, düyünün plastikdən hazırlanması həm iqtisadi, həm də texniki cəhətdən məntiqsizdir. Plastik qranulların istehsalı təbii düyünün becərilməsi v
14:37 76 Polşadan Ukraynanın hava məkanı ilə bağlı yeni təklif
Polşa Ukrayna səmasında raketlərin zərərsizləşdirilməsi məsələsini müzakirə etməlidir. xəbər verir ki, bunu Polşanın xarici işlər naziri PAP agentliyinə açıqlamasında deyib. Nazirin sözlərinə görə, əsas məsələ raketlərin sonradan Polşa ərazisi üzərində vurulmasındansa, onların Ukrayna səmasında zərərsizləşdirilməsini
11:17 143 Media və Yayım Şurası yaradıldı - Fərman
Azərbaycan Respublikası Media və Yayım Şurasının strukturu formalaşdırılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, Media və Yayım Şurası Audiovizual Şuranın hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Şuraya keçir. Medi
13:32 131 Bir səhv bütün vəsaitinizi itirməyinizə səbəb ola bilər
"Son vaxtlar "faizsiz kredit", "dövlət proqramı", "hesabınıza pul köçürəcəyik" kimi vədlərlə vətəndaşların bank kartı məlumatlarını ələ keçirməyə çalışan dələduzların sayı artır. Unutmayın ki, bank kartınızın nömrəsi, son istifadə tarixi, CVV kodu və bankdan göndərilə
14:28 95 Bu ərazilərdə işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 7-də paytaxtda və bəzi regionlarda elektrik şəbəkəsində əsaslı təmir, yenidənqurma işləri aparılacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Azərişıq" məluma
10:53 157 ABŞ-da vətəndaşlıq əldə etmək üçün doğuş məqsədli səfərlər qadağan olundu
ABŞ Prezidenti Donald Tramp ABŞ vətəndaşlığı əldə etmək məqsədilə doğuş üçün ölkəyə səfər etməyi qadağan edən sərəncam imzalayıb. xəbər verir ki, Tramp bu qərarını ABŞ-da doğulan uşaqlara qeyd-şərtsiz vətəndaşlıq verilməsini nəzərdə tutan Konstitusiya düzəlişindən yüz minlərlə insanın sui-istifadə etməs
10:47 143 "Azərlotereya"nın "Poz-Qazan" oyunları iyulda 15,7 milyon manatdan çox uduş qazandırıb
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın tirajlı lotereyaları və "Poz-Qazan" oyunları üzrə iyul ayında növbəti böyük uduşlar qeydə alınıb. Belə ki, ötən ay tirajlı lotereyalar arasında ən böyük uduş "Super Keno" oyununda qazanılıb
11:37 168 Paytaxtın bu ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi yerlərində qaz kəsiləcək. BİG.AZ xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə ki, təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu qəsəbəsinin Ə. Dadaşov, Y. Saratov, M. Kalinin, Ş. Rustaveli, M. İbrahimov küçələrinin və Bakıxano
06.08.2026 321 Antarktikadakı Qan Şəlaləsi yaxınlığında canlıların izləri tapıldı
Alimlər Antarktika qitəsi yaxınlığındakı Qan Şəlaləsində araşdırma aparıblar. Nəticədə mikroskopik evakariot canlılardan ibarət bir topluluğun molekulyar sübutları kəşf edilib. Tədqiqatçılar bu tapıntının dəniz suyunun Antarktikanın qədim dövrlərində dərəyə daxil olmuş və buzlaq altında hapsola bilmi
06.08.2026 265