Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlət Bayrağı Gününün qeyd olunması həm dövlətimiz, həm də xalqımız üçün olduqca əlamətdar bir hadisədir, eyni zamanda keçib gəldiyimiz yola, tarixə qısa bir nəzər salmaq imkanıdır.
Bayraq bizim müstəqilliyimizi dərk etməyimiz, onun qədrini – qiymətini bilməyimiz baxımından tapındığımız, kölgəsinə sığındığımız müqəddəs bir varlıqdır.
Dövlət bayrağı gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb. Təəssüf ki, müstəqil dövlətimiz yalnız 2 il yaşayıb və 1920-ci il aprelin 28-də bolşevik işğalı ilə sona çatıb.
70 il keçəndən sonra Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu, yenidən üçrəngli bayrağımız dalğalanmağa başladı. Biz yenidən bayrağımızla fəxr etmək, onunla qürur duymaq imkanı əldə etdik.
17 noyabr 1990–cı il tarixində Ümummilli lider Heydər Əliyevin təklifi ilə üçrəngli bayrağımız Naxçıvan Ali Məclisinin qərarı ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olundu. Daha sonra üçrəngli bayraq bütövlükdə Azərbaycanın dövlət bayrağı kimi qəbul olundu.
2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirildi.
Təbii ki, müstəqilliyimiz asanlıqla əldə olunmayıb. Bu bayrağın dalğalanması üçün nə qədər qanlar tökülüb, nə qədər insanlar şəhid olub. Dünya ictimaiyyəti də xalqımızın öz bayrağına, öz atributlarına bu qədər sayğılı olduğunu görür. Ulu Öndər Heydər Əliyevin bəyan etdiyi kimi Azərbaycan müstəqilliyi əbədidir, daimidir, dönməzdir və üçrəngli bayrağımız da daim zirvələrdə dalğalanacaq.
Nəhayət ki, 30 illik həsrətdən sonra bu gün üçrəngli bayrağımız doğma Qarabağımızda – Şuşada, Ağdamda, Zəngilanda, Füzulidə, Kəlbəcərdə, Qubadlıda, Laçında dalğalanır.
Sevindirici haldır ki, bu gün Azərbaycan bayrağı BMT-də, Avropa Şurasında dalğalanır və hər bir vətəndaşımız iftixarla deyə bilər ki, var millətimin imzası imzalar içində. Qoy bu iftixarımız əbədi olsun!
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 794 Tarix: 03 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMicrosoft Mağazasından yüklənən tətbiqlərlə bağlı vacib xəbərdarlıq
Windows əməliyyat sistemində tətbiqləri yalnız Zibil qutusuna köçürməklə silmək onların tamamilə kompüterdən silindiyi anlamına gəlmir. xəbər verir ki, bu barədə PCWorld nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, Microsoft Mağazasından yüklənən tətbiqləri tam silmək üçün onları "Parametrlər"
11:40 146 Dərmanlara davamlı gənələr arıçılığı təhdid edir
"Arı ailələri üçün ən böyük təhlükələrdən biri gənələrdir. Son illərdə aparılan müşahidələr göstərir ki, arılar üzərində parazitlik edən bəzi gənələr istifadə olunan dərmanlara qarşı davamlılıq qazanıb. Nəticədə müalicədən sonra onların sayı arzu olunan səviyyəyə enmir və qısa müddətdə yenidən çoxalır"
14:44 88 Paytaxtın bu ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi yerlərində qaz kəsiləcək. BİG.AZ xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə ki, təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu qəsəbəsinin Ə. Dadaşov, Y. Saratov, M. Kalinin, Ş. Rustaveli, M. İbrahimov küçələrinin və Bakıxano
06.08.2026 322 Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb
Dünən səhər saatlarında Tərtər şəhərində ər və arvadın yanaraq öldüyü hadisənin qəsdən törədilməsi bəlli olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisənin rayon sakini 1987-ci il təvəllüdlü Vüqar Baxşəliyev tərəfindən törətdiyi üzə çıxıb. Məlum olub ki, o, sübh saatlarında 1941-c
10:14 194 Yeni Şuraya əlavə hüquqlar verildi
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında yaradılan Media və Yayım Şurası Azərbaycanda media və yayım sahəsində səlahiyyətli dövlət orqanı olacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, Media və Yayım Şurasına əlav
13:39 128 Paşinyan: Ermənistan eyni vaxtda Aİ və Aİİ-yə üzv ola bilməz
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkənin eyni vaxtda həm Avropa İttifaqına (Aİ), həm də Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olması mümkün deyil. xəbər verir ki, hökumət başçısı Ermənistanın Aİ-yə üzvlüyə tam hazır olmasının ölkənin avtomatik şəkildə quruma qəbul ediləcəyi anlamın
10:50 136 Media və Yayım Şurası yaradıldı - Fərman
Azərbaycan Respublikası Media və Yayım Şurasının strukturu formalaşdırılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, Media və Yayım Şurası Audiovizual Şuranın hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Şuraya keçir. Medi
13:32 133 Plastik düyü iddiaları nə dərəcədə doğrudur?
"Son vaxtlar sosial şəbəkələrdə "plastik düyü" ilə bağlı müxtəlif iddialar yayılır. Lakin elmi baxımdan bu iddiaların əsası yoxdur. Ümumiyyətlə, düyünün plastikdən hazırlanması həm iqtisadi, həm də texniki cəhətdən məntiqsizdir. Plastik qranulların istehsalı təbii düyünün becərilməsi v
14:37 82 1967-ci ildə ölümün astanasında olan qadının iddiası diqqət çəkdi
ABŞ-da yaşayan 83 yaşlı Ket Dankl 1967-ci ildə ölümün astanasında olduğunu, həmin vaxt cənnət və cəhənnəmlə bağlı görüntülər gördüyünü, daha sonra isə həyatının tamamilə dəyişdiyini iddia edib. xəbər verir ki, bu barədə Need To Know nəşri məlumat yayıb. Dankl bildirib ki, həmin il oğlunu itirib və b
11:36 186