Arvadını əvvəlcə maşınla vurdu, sonra bıçaqla qətlə yetirdi - Ağlasığmaz qətlin təfərrüatları - VİDEO
Gəncə ağır cinayətlər məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Mehman Süleymanovun məhkəməsi başa çatıb. Mehman Süleymanov xalası qızı olan həyat yoldaşını əvvəlcə avtomobillə vurub, daha sonra isə ona bıçaqla zərbələr endirərək qətlə yetirməkdə ittiham olunub.
BAKU.WS xəbər verir ki, hadisə Goranboy rayonunun Dəliməmmədli kəndində baş verib. M.Süleymanov xalası qızı - 1985-ci il təvəllüdlü Əfsanə Məmmədova ilə 2003-cü ildə ailə həyatı qurub. Həmin evlilikdən onların 3 övladı dünyaya gəlib.
M.Süleymanovun sözlərinə görə, evli olduqları müddətdə ailədaxili söz-söhbətləri olub və bu, əsasən qısqanclıq zəminində baş verib. Həyat yoldaşının onu boş-boşuna qısqanması səbəbindən tez-tez mübahisələri olub. Mübahisələrin nəticəsində 2021-ci ildə aprel ayından ayrı yaşayıblar. Uşaqlar anaları ilə qalıblar. Evdən getdikdən sonra Əfsanənin sosial şəbəkədə paylaşdığı gəzdiyi yerlərin şəkli, işləmədən kirayə qalması onda müəyyən şübhələr yaranmasına səbəb olduğunu deyən Mehman Süleymanov yaranan qısqanclıqdan Əfsanəni gördüyü yerdə öldürmək qərarına gəlib.
Hadisə günü Dəliməmmədliyə çatanda Əfsanəni bacısı ilə dəmir yoluna tərəf getdiklərini görüb. Avtomobilə onların qarşısını kəsib.
Təqsirləndirilən şəxsin sözlərinə görə, maşından düşüb Əfsanəni yaxınlaşmaq istəyəndə o qaçıb. Avtomobilə minib onun arxasınca sürüb. Əvvəlcə həyat yoldaşını maşınla vurub. Sonra isə avtomobildə olan bıçağı götürüb huşsuz vəziyyətdə olan Ə.Məmədovaya bir neçə zərbə endirib. Sonra yol ilə keçən avtomobilə əyləşən M.Süleymanov polisə gələrək təslim olub. Əfsanə Məmmədova xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Məhkəmənin hökmünə əsasən, M.Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə təqsirli bilinib. Onun barəsində 17 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Daha ətraflı İTV-nin süjetində:
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1351 Tarix: 28 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb
2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö
16:50 158 Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - Foto/Video+YENİLƏNİB
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla çıxış ediblər. BİG.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış edib. Prezident İlham Əliyevin bəyanatı. - Hörmətl
18:41 208 İranda yanvar etirazları ilə bağlı üç nəfər edam edilib - Foto
İranda yanvar ayında keçirilən etirazlarla əlaqədar saxlanılan üç nəfər edam edilib. bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir. Məlumata görə, İranın məhkəmə orqanları yanvarın 8-də və 9-da Kərəc şəhərində baş verən etirazlarla əlaqədar həbs olunan Həsən Diyubənd
20:30 102 Qubernator ABŞ prezidentliyinə namizəd olur: Pul toplamağa başladı
ABŞ-nin Florida ştatının qubernatoru Ron Desantis 2028-ci ildə keçiriləcək növbəti prezident seçkisində öz namizədliyini irəli sürmək üçün hazırlıqlara başıayıb. xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb. Məlumata görə, Desantis Respublikaçılar Partiyasından ABŞ prezidentliyin
19:20 136 İranda nüvə hücumuna hazırlıq başladı: Əhaliyə yod paylayır
ABŞ-nin ehtimal olunan zərbəsi ilə bağlı yaranan təşviş fonunda İran hökuməti nüvə obyektlərinin yaxınlığında yaşayan sakinlərə yod həbləri paylamağa başlayıb. xəbər verir ki, bu barədə "The Times" nəşri İranın Səhiyyə Nazirliyinin nümayəndəsinə istinadən yazıb. Bildirilib ki, dərman preparatlar
17:30 150 Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında
18:40 154 İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"
"Bizi birləşdirən ortaq tarixdir, etnik köklərdir, dilimizdir, ədəbiyyatımızdır, mənəvi dəyərlərimizdir. Bu, böyük sərvətdir və bu sərvət üzərində, bu güclü təməl üzərində bu gün dövlətlərarası münasibətlər də inkişaf edir". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Preziden
16:24 168 Ərdoğan: "Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb"
"Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə Cənubi Qafqaz tarixində yeni səhifə açıb". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında bildirib. "Türkiyə həm Azərbaycanı
17:36 147 Ağ Evin yaxınlığında saxlanılan şəxs: "Başımdakı səslər Trampı öldürməyi əmr etdi"
ABŞ-nin Məxfi Xidmət agentləri Ağ Evin yaxınlığında ölkə Prezidenti Donald Trampı öldürməklə hədələyən venesuelalı qeyri-qanuni miqrantı saxlayıblar. xəbər verir ki, bu barədə "Fox News" telekanalı ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyinə istinadla məlumat yayıb. Bildirilir ki, əməliyyat zaman
18:20 159