"Azdrama"nın günlük icarə haqqı AÇIQLANDI: Bütün xərcləri çıxdıqdan sonra qalan 100 min manat hara getdi?
Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultayının təşkilinə büdcədən 203 min manat ayrıldığını açıqladığı gündən etibarən məsələ böyük rezonans doğurub. AYB üzvləri bu vəsaitin Azərbaycan Akademik Milli Dram Teatrının icarəsinə, qurultay üçün hazırlanan posterlərə, qonaqlar üçün təşkil edilən kofe-breykə və xarici qonaqların təyyarə bileti ilə Bakıda qonaqlanmasına xərcləndiyini bildirirlər. Sadaladığımız faktorların 203 min manatlıq bir xərc tələb etmədiyini düşündüyümüz üçün kiçik bir araşdırma etmək istədik.
Oxu.Az-ın məlumatına görə, tədbirə təxminən 20 nəfər xarici qonaq dəvət edilib. Tədbirdəki müşahidələrimizə əsasən isə qurultaya Türkiyədən üç, Pakistandan bir, Rusiyadan da bir nəfər təşrif buyurmuşdu. "Google"da Bakıdakı beşulduzlu hotellərin bir gecəlik qiyməti barədə araşdırma apardıqda məlum olur ki, günlük icarə haqqı 100-200 manat aralığındadır. Qonaqların Bakıda iki-üç gün gecələyəcəklərini, eləcə də yemək və yol xərclərini nəzərə alsaq, bir nəfər üçün təxminən üç min manat civarında vəsait xərclənir. Yəni ümumilikdə 60 min manatın 20 nəfər xarici qonaq üçün xərcləndiyini deyə bilərik.
Geriyə qalan əsas məsələ qurultayın keçirildiyi məkanın - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının icarə haqqıdır. Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, "Azdrama"nın günlük kirayəsi beş-altı min manat civarındadır.
Müqayisə üçün qeyd edək ki, Azərbaycanın məşhur məkanlarından olan "Hilton Baku"da 150-200 nəfərlik bir günlük icarə haqqı 5 000, yarım günlük isə 3 500 manatdır. Həmin qiymətə zalda proyektor, ekran, iki ədəd mikrofonla birlikdə səs sistemi, mineral sular və konfrans üçün avadanlıqlar daxildir. Kofe-breyk isə adambaşı 17 manat təşkil edir.
"JW Marriott Absheron"da da məbləğ çox fərqlənmir. Belə ki, burada 200 nəfərlik zalın icarə haqqı altı min manatdır. Qiymətə proyektor, ekran, səs sistemi daxildir. Kofe-breyk isə bir nəfər üçün 15 manata nəzərdə tutulub.
"Azdrama"da kofe-breykə ayrılan vəsait isə nəinki adambaşı 15-17 manat, heç 10 manat məbləğində də olmazdı. Ən maksimal məbləğdən hesabladıqda bunun üçün də iki min manat xərcləndiyini ehtimal edə bilərik. Kitab və poster çapına isə nə qədər pul sərf olunduğu bəlli deyil. Amma güman edirik ki, 135 min manat xərclənməyib. 35 min manatın da kiçik işlər üçün xərcləndiyini düşünsək, sual olunur: Yerdə qalan 100 min manat hanı?
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 963 Tarix: 27 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏrdoğan: "Qarabağda bərpa edilən tarixi irs Azərbaycan xalqının gələcəyə olan inamını göstərir" - Foto
"Qarabağ Zəfərinin 6-cı ildönümünü Azərbaycan Prezidenti, əziz qardaşım İlham Əliyevlə birlikdə tarix, təbiət və mədəniyyət şəhəri olan gözəl Şuşada qeyd etməkdən məmnunluq duydum". xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabındakı paylaşımında bildirib
18:21 168 Prezident: "Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Video
"44 günlük Vətən müharibəsi Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib. Müharibədən sonra Şuşada tarixi Şuşa Bəyannaməsinin imzalandığın
16:19 174 İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və ailə üzvləri Vətən Müharibəsi Qəhrəmanları ilə görüşdülər
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanla birlikdə hərbi qulluqçularla görüşüblər. xəbər verir ki, görüşdə Vətən Müharibəsi Qəhrəmanları, eləcə də "Qarabağ" və "Zəfər" ordenlər
19:59 126 Qazaxıstanda 3 milyard dollar investisiya ilə yeni xüsusi iqtisadi zona yaradılacaq
Qazaxıstanın Abay vilayətində "Semey" xüsusi iqtisadi zonasının yaradılması planlaşdırılır. "Report" xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, layihələrə proqnozlaşdırılan investisiya həcmi 1,4 trilyon tengə (3,13 milyard dollar
17:40 143 Leyla Əliyeva Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib - Foto
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 8 noyabr tarixində Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib. paylaşımı təqdim edir:
17:47 175 Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
Xankəndidə Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. "Qafqazinfo" xəbər verir ki, ziyafətdə konsert proqramı təqdim olunub. Sonra Azərbaycan Prezidenti İlham Əliyev, birinc
21:00 77 Tramp: "ABŞ seçkiyə görə 3 trilyon dollar itirdi"
"Demokratların Konqresə nəzarəti ələ keçirməsi ilə nəticələnən aralıq seçkisinə görə ABŞ 3 trilyon dollar itirib". xəbər verir ki, bunu Floridadakı Con Kennedi adına Kosmik Mərkəzdə çıxış edərkən ABŞ Prezidenti Donald Tramp deyib. Ölkə başçısı oktyabr ayında iş yerlərinin sayının 165 min artdığın
19:30 138 Ölkə başçısı: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"
"Biz keçmişdə də bir yerdə olmuşuq, müharibə dövründə də bir yerdə idik, bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib. "Hesa
16:35 175 Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Şuşa qalası önündə foto çəkdiriblər. BİG.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb
17:42 164