Dərs bir aydan çoxdur başlayıb, amma kitablar paylanmayıb

Dərs bir aydan çoxdur başlayıb, amma kitablar paylanmayıbOrta məktəblərin rus bölmələrində 7-ci siniflərə hələ də dərsliklər paylanmayıb.

Axşam.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə valideynlər məlumat yayıblar.

Onlar şikayətlənirlər ki, tədris ilinin başlamasından bir aydan çox vaxt keçsə də, əsas fənlərdən, o cümlədən, riyaziyyat, Azərbaycan dili, ingilis dili, ümumi tarix, coğrafiya kitabları uşaqlara paylanmayıb. Hətta köhnə - ötənilki dərsliklər belə şagirdlərə istifadə üçün verilməyib. Əvəzində məktəblilər telefon vasitəsilə kitabların PDF variantından istifadə etmək məcburiyyətində qalırlar.

Oxşar problem Azərbaycan bölməsinin bəzi siniflərində də yaşanır. Məsələn, bu bölmədə elə məktəblər var ki, 5-ci siniflərə yeni dərsliklər ötən həftə paylanıb. Artıq bir neçə ildir ki, şagirdlər ildə iki dəfə - hər yarımilin əvvəlində bu problemi yaşayırlar.

Məsələ ilə əlaqədar "Qafqazinfo" Elm və Təhsil Nazirliyinə müraciət edib. Nazirlikdən bildirilib ki, dərsliklərin çatışmazlığı halları mütəmadi olaraq araşdırılır və aradan qaldırılır:

"Bildiyiniz kimi, dövlət və bələdiyyə ümumi təhsil müəssisələri Elm və Təhsil Nazirliyi tərəfindən nəşr edilən kağız dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələrlə yerli təhsili idarəetmə orqanları tərəfindən təqdim olunan proqnoz tələbat əsasında təmin edilirlər. Mütəmadi olaraq dərsliklərin çatışmazlığı və bu kimi hallara dair edilmiş müraciətlər Regional Təhsil idarələri tərəfindən araşdırılaraq aradan qaldırılır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 787   Tarix: 27 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video

Sosial şəbəkələrdə yayılan Qobustan rayonu Ərəbşahverdi kənd ümumi orta ümumtəhsil məktəbinin müəlliminin direktora qarşı uyğunsuz davranışını əks etdirən video ilə bağlı araşdırma aparılıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib

19.12.2025 443
.

İmran Xan və həyat yoldaşı 17 il azadlıqdan məhrum ediliblər

Pakistanın sabiq baş naziri İmran Xan və onun həyat yoldaşı Buşra Bibi korrupsiya işi üzrə 17 il azadlıqdan məhrum ediliblər. BİG.AZ NBC News-a istinadən xəbər verir ki, məhkəmənin qərarına əsasən, İmran Xan və həyat yoldaşı dövlət vəsaitlərinin qanunsuz mənimsənilməsi və səlahiyyətlərdən sui-istifad

11:19 183
.

FOX News: "ABŞ-ın Suriyaya zərbəsi nəticəsində azı 5 İŞİD üzvü öldürülüb"

ABŞ Silahlı Qüvvələri Suriyada İŞİD hədəflərinə hava zərbələri endirib və nəticədə azı 5 İŞİD üzvü öldürülüb. BİG.AZ FOX News-a istinadən xəbər verir ki, ölümlər arasında terror qrupunun regional hüceyrəsinin lideri də var. Bu zərbələr, dekabrın 13-də Palmyra yaxınlığında İŞİD tərəfindən ABŞ əsgərlərin

14:11 118
.

Bu qadağa fevralın 1-dək ləğv olundu

Ekologiya və Təbii Sərvətlər Nazirliyində "Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın növbəti iclası keçirilib. Qaynarinfo xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən məlumat verilib. Bildirilib ki, iclasda aparılan ekoloji monitorinqlərin nəticələri və mövcud elm

10:15 160
.

"Natavan istəmir övladı onun çəkdiyini çəksin"

Reper Dado Əliyev keçmiş həyat yoldaşı, müğənni Natavan Həbibidən danışıb. Axşam.az xəbər verir ki, "Astar" yutub layihəsində qonaq olan ifaçı sevgilərindən, ayrılıqdan, övladından bəhs edib:. Heç vaxt ikinci övlad haqqında düşünməyəcəyəm. Bütün sevgimi oğluma verirəm. Biz boşansaq da, Natava

10:58 220
.

Bakıda obyektin qarşısındakı özəl parkinq müzakirə yaratdı

Paytaxtın Xətai rayonu Mehdi Mehdizadə küçəsində yolun kənarında yaradılmış parkinq yeri müzakirələrə səbəb olub. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkədə ərazinin fotosunu paylaşan ictimai fəal Haldun Novruzzadə orada 3 maşınlıq pulsuz yerin ayrıldığını iddia edib. Onun sözlərinə görə

13:50 125
.

Meyxanaçı Kərim dəfn edildi

Ötən gün 61 yaşında vəfat edən meyxanaçı Ağakırim (Kərim Novruzov) Maştağada dəfn edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onun nəşi Maştağa kəndində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb. Dəfn mərasimində meyxanaçının sənət dostları, yaxınları iştirak edib. Xatırladaq ki, 2017-c

12:36 205
.

Səhiyyə Nazirliyi və onun qurumlarından 12 milyonluq sifariş alan sirli şirkət

Səhiyyə Nazirliyi və onun tabeliyindəki qurumların keçirdikləri satınalma müsabiqələrinin əvəzsiz qalibi olan "Pro Construction Company" MMC cari ildə növbəti tenderini qazanıb. Qaynarinfo xəbər verir ki, tender Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Akademik Mustafa Topçubaşo

14:49 90
.

Putin Yeni ili onlarla qeyd edəcək

"Rusiya Prezidenti Vladimir Putin Yeni ili yaxınlarının və doğmalarının əhatəsində qeyd edəcək"​. "Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a bildirib. Peskovun sözlərinə görə, Putin üçün Yeni il əsl ailəvi bayramdır. Kremlin nümayəndəs

19.12.2025 312
.

TOP MP3